Davranış fərdin mənsub olduğu sosial qrup tərəfindən müəyyən edilmiş standartlara uyğun olaraq, psixoloji və fiziki davranış tərzidir. Davranışın pozulması başqa insanların hüquqlarını pozan, dağıdıcı asosial yönümlü hərəkətlərdə və əməllərdə təzahür edən, müəyyən bir cəmiyyətdə qəbul edilmiş sosial və əxlaqi normalardan yayınmadır.
Uşağım danışmır yada yaşına uyğun danışmır nə etməliyəm sualına bir loqoped kimi tez-tez rast gəlirəm. Amma qeyd etmək istərdim ki, bu sual ilə mərkəzə gələn ailələrin sayı çox olsada əksər hallarda ciddi qəbul edib gəlmirlər. Bəli-bəli düz oxudunuz. Çünki çox zaman ailə öz istəyinə görə yoxlanışa gəlmir. Ətrafdakı şəxslərin yəni qohum, qonşu, baxça müəllimlərinin tövsiyyəsi ilə gəlirlər. Yəni o tanışlar məmnun qalsınlar deyə gəlirlər. Qəbulda isə boşuna gəlmisiniz zamanla düzələr cümləsini eşitmək üçün səbirsizlənirlər.
Qorxu hissi hər birimizə tanışdır. Yenicə doğulmuş körpənin təhlükəylə bağlı keçirdiyi ilk hiss qorxudur. Qorxu qeyri-ixtiyarı müdafiə refleksidir ki,onun sayəsində insan yaşamaq uğrunda mübarizəni davam etdirir. Qorxunun dayanıqlı şəkildə yaranması artıq fobiyadır.
Bir çox valideynlər masaj haqqında internet portalından və ya digər valideynlərdən məlumat alırlar. Bəhs olunan masaj növü loqopedlərin etdiyi loqopedik masajdır və bu masajın nitq qüsurlarına necə müsbət təsirini öyrənib, loqopedlərdən onun övladına masaj olunmasını tələb edirlər. "Niyə bəzi loqopedlər masaj edir, amma siz etmirsiniz!? Masaj ediləndən sonra qonşumun uşağının dili açıldı, bəlkə siz də etsəniz mənim də uşağım danışar!?"
Ərköyün uşaqlar problemi həmişə olub olacaqda. Müasir dövrdə ərköyünlük davranış pozuntusu kimi qəbul edilir. Bəli bu ərköyünlük uzunmüddətli qalarsa və sərhədləri aşarsa uşağın nəinki sosiallaşmasına həmçinin nitqinin inkişafsızlığına, akademik bacarıqların ləngiməsinədə səbəb ola bilər.