Davranış pozuntusunun nitqə təsiri

Davranış fərdin mənsub olduğu sosial qrup tərəfindən müəyyən edilmiş standartlara uyğun olaraq, psixoloji və fiziki davranış tərzidir. Davranışın pozulması başqa insanların hüquqlarını pozan, dağıdıcı asosial yönümlü hərəkətlərdə və əməllərdə təzahür edən, müəyyən bir cəmiyyətdə qəbul edilmiş sosial və əxlaqi normalardan yayınmadır.

Uşaqlarda davranış pozuntusu problemi təkcə həkimlər üçün deyil, həm də bu problemlə ən çox qarşılaşan hər kəs üçün müəllimlər, təhsil müəssisələrinin psixoloqları və əlbəttəki valideynlər üçün aktualdır.

 Uşaqlarda davranış pozuntuları necə yarana bilər?

 Kompensasiya - bir komandada uşaqların sosial uyğunlaşmasının çətinlikləri ilə əlaqələndirilir.

 Struktur - üzvi beyin zədələnməsi fonunda baş verir.

 Funksional - "keçid dövründə" mərkəzi sinir sisteminin fizioloji yenidən qurulması ilə əlaqədar.

 Klinik və patoloji - əqli geriliyin və digər psixi pozğunluqların təzahürüdür.

Bəs bütün bunlara səbəb nələrdir?

Ən əsas səbəblər, diqqət çəkmək istəyi, özünü təsdiq etmək istəyi, özünü xatırlatma , valideynlərdən  intiqam almaq və s. ola bilər. Normal yaşa bağlı itaətsizlikdən fərqli olaraq, davranış pozuntusunun əlamətləri 6 ay və daha artıq müddət davam edir. Davranış pozuntusunun yaranmasının bir neçə səbəbi var; ailə, ətraf mühit, genetika və s. Davranış pozuntusunun bir neçə növü var;

  • Uzun müddət davam edən aqressiv davranışlar
  • Dağıdıcı davranış pozuntusu
  • Uyğunsuz ifadələrin işlədilməsi
  • Dırnaq yemə və barmaq əmmə
  • Diqqət çatışmamazlığı və hiperaktivlik və s.

Davranış pozuntusu olan uşaqlar da nitqin ləngiməsi çox tez-tez rast gəlinən hallardan biridir. Davranış pozuntusu olan uşaqlarda sual-cavab prossesi pozulur, bu da təsəvvür, lüğət ehtiyyatının zəif olması, nitqin leksik və qrammatik quruluşunda səhvlərə yol açır. Bu uşaqlarda dinləmə bacarığı olmadığı üçün loqopedin ünvanladığı sualları dinləmir, onun müraciətini anlamırlar. Bu zaman ailələr ilk öncə nevropatoloq və psixoloqla çalışmalıdırlar. Diqqət və davranışlarda olan problemlər aradan qalxdıqdan sonra loqopedlə çalışmaq olar. Davranış pozuntusu uşaqlarla loqoped ilk öncə eşitmə diqqətinin və yaddaşının inkişafını, müraciəti anlama səviyyəsini, təsəvvürünü inkişaf etdirdikdən sonra nitqə başlamalıdır. Loqoped bu kateqoriyalı uşaqlarla həm qrup, həm də fərdi formada dərslər keçməlidir. Loqoped dərs zamanı uşağın maraqlarını müəyyən etməli və müəyyən edilmiş maraqlara əsaslanaraq dərsləri planlaşdırmalıdır.Belə uşaqlarla dərsə başlayarkən, asan tapşırıqdan başlayıb, dərsin sonuna doğru çətinə keçmək lazımdır. İşin əvvəlində dərhal çətinliklərlə üzləşən uşağın motivasiyası düşəcək, beləliklə o dərsdən imtina edəcək. Unutmayaq, ki davranış pozuntusu olan uşaqlar bacardıqlarını etməyi sevirlər.Çətinliklər onları qətiyyən stimullaşdırmır və ruhlandırmır.Buna görə uşağın mütləq uğur qazanacağı ən asan işdən başlamaq lazımdır.

 

NİTQ İNKİŞAF MƏRKƏZİ’nin  Defektoloq-Loqopedi CAVADOVA AYGÜN

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr