Kəkələmə neçə seansa düzələr?

Yoxlanışlar zamanı bütün loqopedlərin tez-tez rastlaşdığı ailələr tərəfindən verilən suallardan biri məhz “kəkələmə neçə seansa düzələr?” sualıdır. Əlbətdəki  bu sualın verilməsi normaldır. Çünki ailə hər seansa ödəniş edir.

Xüsusilə qeyd etmək istərdim ki, bəzən 10 seansa bitən kəkələmə bəzən uzun illər tələb edir. Bu suala cavab verməyə çalışacam.

Kəkələmə tarixən məlum olan nitq qüsurlarından biridir hətta düşünün ki, Demosfenin vaxtından belə. Kəkələmə bu gün uşaqların təxminən 4%-ni və böyüklərin 2%-ni əhatə edir.Kəkələmə müxtəlif səbəblərdən yarana bilər, anadangəlmə və ya qazanılmış ola bilər. Çox vaxt kəkələmə ünsiyyətdə problemlər yaradır, uşağın inkişafını ləngidir, kompleksləri stimullaşdırır. Eyni zamanda, bəzi insanlar bütün həyatı boyu bu nitq qüsuru ilə yaşayır, mütəxəssislərə müraciət etməkdən utanırlar.

Kəkələmə sinir sistemi zəif və həssas uşaqlarda görülür. 2-5 yaş arasında bəzən də 7 yaşında rast gəlmək olar.Oğlanlarda qızlara nisbətən 4 dəfə artıq rast gəlinir.

Amma qeyd etmək istərdim ki, kəkələmə problemi aradan qalxmazsa bunlara  səbəb ola bilər:

  • həmyaşıdları ilə ünsiyyətdə çətinlik;
  • inkişaf gecikmələri;
  • yetkin kimi işə düzəlməkdə problemlər;
  • özünə qapanma xarakterin formalaşması və s.

Qaldı ki, kəkələmənin neçə seansa aradan qaldırılmasına əlbəttə ki, bu bir neçə nüansdan aslıdır. Bunlar aşağıdakılardır:

  • Yaranma səbəbini bilmək vacibdir. Belə ki, irsi, qorxu, mərkəzi sinir sisteminin zəifliyi,təqlidlər və s.;
  • Korreksiyanın başlanma zamanı;
  • Düzgün mütəxəssisin seçimi. Qeyd edim ki,qeyri mütəxəssislərin sayı günü-gündən artır;
  • Dərsin davamlı olması. Bəzi ailələr uşaqların dərslərdə davamlı olaraq iştirak etmirlər;
  • Sadəcə dərman müalicəsinə üstünlük verirlər,amma unutmamalıdırlar ki,müalicə kompleks şəkildə olmalıdır.
  • Loqopedin ailəyə verdiyi dərsləri təkrar etməməsi.

Hər bir uşaqda korreksiya işi necə olur?

Hər kəs üçün fərqlidir, çünki hər bir uşaq fərdidi. Bunun üçündə uşağın yaşını, sosial mühitini və digər amilləri nəzərə alaraq fərdi olaraq proqram  hazırlanır.

Bundan əlavə, kəkələmə uşağı normal ünsiyyət şəraitindən məhrum edir və tez-tez onun uğurlu təhsilinə mane olur. Ona görə də kəkələməni uşaq məktəbə getməzdən əvvəl aradan qaldırmaq vacibdir.

Müalicə kompleks şəkildə olmalıdır.Psixoloq,loqoped və nevroloq hər üç mütəxəssisin birgə işi olmalıdır. Loqoped əzələdə olan gərginliyi aradan qaldırmaq üçün masaj tədbiq edir,artikulyasiyada olan qıcolmanı aradan qaldırmaq üçün artikulyar gimnastikalar, düzgün nitq nəfəsalmasını formalaşdırmaq üçün nəfəs çalışmaları edir və nitqin sürətini nəzarətə götürür.

Əgər uşaqda tiklər varsa sözsüz ki,nevroloqa müraciət olunacaq. Kəkələyən uşaqlarda özgüvən əksikliyi müşahidə olunur.Buna görə də  psixoloji məşğələlər vacib sayılır. 

Uşaqda ilk kəkələmə başlayan zaman loqopedə müraciət olunmur. Kəkələmə başlayan zamanı ən az 6 ay gözləmək lazımdır.Amma 6 ay içərisində o demək deyilki əlini aşağı salıb gözləmək lazımdır.Bu zaman gün rejiminə diqqət etmək, uşaqla aram-aram sakit danışmaq, qorxduğu cizgi filimlərdən kənarlaşdırmaq, yediyi qidalara diqqət etmək lazımdır. Əgər bu 6 ay içərisində getməzsə,stress azalmazsa, o zaman psixoloq və loqopedə müraciət edilməlidir.

Bəzi uşaqlarda kəkələmə hansıki, sinir sistemi normaldır, heçbir psixoloji maneə yoxdur,uşaq davamlı olaraq məşğələlərdə iştirak edir ,gün rejiminə,qidaya nəzarət olunur, təbii ki, kəkələmənin 6 ay müddətində keçmə ehtimalı var. Bəzən isə kəkələmə uzun zaman alır, bu onunla bağlıdır ki, uşağa ətrafda mənfi amillər təsir edə bilər, məsləhət görülənlərə əməl edilməməsi, məşğələlərdə davamlı olaraq iştirak etməməsi.

Ayrı-ayrı müxtəlif metodikalar var.Buna görədə konkret olaraq kəkələmin neçə seansa düzəlməsini demək mümkün olmur. Bəzi metodikalara istinad edərək məşğələlər 3-4 aydan 1,5 bəzən isə 2 ilə qədər  davam edə bilər.

Yəni bu əsasən fərqlilik daşıyır. Ailə,loqoped, psixoloq hər üçü birlikdə işləyərsə tezliklə nəticə əldə etmək olar.

Bu yerdə ailəyə məsləhət vacib bilinir,belə ki düzgün müəyyən edilmiş proqram əsasında uşağın və ya böyüyün düzgün və axıcı danışmasına və öz nitqinə nəzarət etməyi öyrədilir. Əgər uşaqda hər hansı bir təşviş, həyacan, qorxu, stress, həddindən artıq yüklənmə, şiddət yaranarsa təbii ki, kəkələmə geri qayıda bilər. Və burda da böyük rol ailənin üzərinə düşür. Kəkələyən uşaqların yuxu rejiminə, qidasına, gün rejiminə nəzarət edilməlidir.

Ən vacib isə mütəxəsislərlə birgə valideyin də mütləq şəkildə çalışmalıdır. Verilən tapşırıqları tam yerinə yetirilməli, hər gün çalışmalı,evə verdiyimiz tapşırıqları davamlı yerinə yetirilməlidir. Unutmayaq ki, nə qədər erkən müdaxilə olunarsa bir o qədər də əlverişli nəticə əldə etmək mümükündür.

 

Nitq inkişaf mərkəzinin baş defektoloq-loqopedi və Kəkələmə üzrə mütəxəssisi Aynurə Cəfərova

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr