Nitq inkişafının geriliyi

Nitq ilkin yaş dövrlərində əmələ gələn lazimi funksiyadir. Nitqin inkişafi bir neçə faktordan asilidir: uşağın özünün xüsusiyyətindən, sosial ortamnan, cinsindən (qizlar oğlanlara nisbətən daha tez danışmağa meillidirlər), valdeynlərlə ünsiyyetdən, fizioloji xüsusiyyətdən, və s. Böyüyün nitqi uşaq üçün çox vacibdir. Nitq inkişafin ləngliyi - uşagin nitqinin digər uşaqların nitqinə nisbətən gecikməsidir. NİL zamani uşaq danişa bilir ya da heç danışmır. Danışsalarda yaşıdlarına nisbətən nitqində geriləmə olur. Xüsusi ilə də qeyd etmək lazimdir ki nitqin ləngliyi ümumi psixikayada təsirsiz ötuşməyə bilməz. Bu zaman uşaq ətrafdaki insanlarla ünsiyyətdən qacir və ya çətinlik çəkir, emosiyalarin əmələ gəlməsində və formalaşmasinda gecikme muwahide olunur, hətda davranışada mənfi təsir göstərir.

Uşaqda nitqin inkişafının ləngiməsi onun nitqi yaş norması ilə müqayisədə gec mənimsəməsində özünü göstərir.2 yaşında bir uşaq bir söz demirsə, valideynlər nitqin inkişafında gecikmədən şübhələnməli və bir mütəxəssislə -loqoped, defektoloq və ya psixoloqla əlaqə saxlamalıdırlar.

Nitq inkişaf ləngiməsində  səslərin, sözlərin formalaşmasında, ifadələrin və cümlələrin qurulmasında və nəticədə ardıcıl nitqdə gecikmələr özünü göstərir.Nitq inkişaf ləngiməsi oğlanlarda qızlara nisbətən 4 dəfə çox rast gəlinir.

Xüssi ilə qeyd etmək istərdiki ,nitqin inkişafının da yaşla əlaqəli öz normaları var. Beləliklə, uşağın həyatının ilk ilində bir neçə mərhələdən keçməlidir:

  • 1,5 - 2 ay - qığıldama;
  • 4-5 ay - babuldama;
  • 7,5 - 8 ay – təkrarlanan hecalar;
  • 9 aydan 12 aya qədər (uşağın cinsindən asılı olaraq) - ilk sözlər.

Amma bu diaqnozu qoymaq üçün nevropataloqun, psixoloqun və loqopedin rəyi üst-üstə düşməlidir. Bu zaman loqopedlə yanaşi psixoloqun işi vacib sayilir. 2-lik də daha gözəl effekt alınır. Nitqin ləngiməsi zamanı əsasən bu problemlər ortaya çıxır.

  • Nitqin hər tərəfli pozuntusu
  • Deyilişi zamanı səs pozuntusu
  • Qramatik cəhətdən düzgün olmayan deyiliş
  • Luğət ehtiyyatının zəifliyi
  • Tempin və ahəngin pozuntusu
  • Deyilən müraciəti anlamaması

Nitq inişafının ləngliyi aradan qaldırılmasında valideyinlər daha çox maraqlı olmalıdırlar. Yəni onlar mütəxəsislərin tapşırıqlarını evdə mütləq etməli, uşaqla sıx ünsiyyət qurmali, uşaği televizordan kompyüterdən uzaqlaşdırmalıdırlar. Ən əsasıda uşağı baxçaya qoymaq da bu işdə sizə yaxından yardım edər.

Diaqnoz nitq inkişafı gecikmiş uşaqların bütün xüsusiyyətlərini müəyyən etmək üçün bir qrup mütəxəssis tərəfindən hərtərəfli müayinədən ibarətdir. Buraya mütləq pediatr, uşaq nevroloqu, LOR, loqoped və lazım olduqda uşaq psixoloqu daxildir.

Pediatr yaş inkişafını, mümkün sapmaları, somatik xəstəliklərin mövcudluğunu təhlil edir. Bir nevroloq EEG, baş arteriyalarının ultrasəsi və digər müayinələri etməlidir.

Lor həkimi eşitmə kəskinliyini qiymətləndirir, adenoid və digər problemləri  təyin edir.

Loqoped nitq aparatının vəziyyətini, istiqamətləndirici reaksiyaların formalaşmasını, şifahi və şifahi olmayan (sözsüz) ünsiyyət imkanlarını araşdırır.

Bundan sonra ailəyə lazimi məsləhətlər verilir və dərslərə başlanılır.Xüsusi ilə qeyd etmək lazımdır ki,nitq inkişaf ləngiməsi zamanla düzəlmir.

Nitq ləngiməsi olan körpələrə əsasən aşağıdakı dərsləri  tövsiyə edirik:

  • Defektoloq-loqopedlə dərslər;
  • Duyu bütünləmə,nitq terapiyası dərsləri ilə mükəmməl işləyir - nəticələr daha sürətli nəzərə çarpacaq olur
  • Psixoloq dərsləri

Əlbətdəki ardıcıllıq və vəhdət yoxlanış sonrası məlum olur.

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr