Uşağımın danışması gecikir. “Atası da gec danışıb yəqin ondandır” deyərək özünü təsəlli edən ailələr üçün...

Uşağım danışmır yada yaşına uyğun danışmır nə etməliyəm sualına bir loqoped kimi tez-tez rast gəlirəm. Amma qeyd etmək istərdim ki, bu sual ilə mərkəzə gələn ailələrin sayı çox olsada əksər hallarda ciddi qəbul edib gəlmirlər. Bəli-bəli düz oxudunuz. Çünki çox zaman ailə öz istəyinə görə yoxlanışa gəlmir. Ətrafdakı şəxslərin yəni qohum, qonşu, baxça müəllimlərinin tövsiyyəsi ilə gəlirlər. Yəni o tanışlar məmnun qalsınlar deyə gəlirlər. Qəbulda isə boşuna gəlmisiniz zamanla düzələr cümləsini eşitmək üçün səbirsizlənirlər.

Əksər hallarda qəbula gələn ailələr uşağında olan nitq ləngiməsinin səbəbini qohumlarda kiminsə gec danışmasıyla əlaqələndirirlər. İnanın hər qəbulda gözləyirəm ki, ailə üzvlərindən biri nə vaxt deyəcək ki, atasıda gec danışıb.. Ya da yoldaşımda çağıranda gec reaksiya verir, insanlarla ünsiyyəti sevmir və s.

Qəribəsi də bilirsiz nədir? 19 ilə yaxındır ki, loqoped kimi çalışsam da əvvəllər nitq ləngiməsi olan uşaqlarla korreksiya işi çox uzun çəkməzdi. Hətda yaşlı nəsillərdən tez-tez eşitdiyim oğlum 3 yaşından sonra başladı danışmağa fikirinə də az rast gəlmirdim. Hal-hazırda isə nitq ləngiməsi ilə korreksiya işinin uzun çəkməyi bir tərəfə 3 yaşından sonra bu diaqnoz tək olmur. Yanında diqqət əksikliyi, pedaqoji baxımsızlıq, davranış pozuntusu və s. kimi diaqnozlarda qoyulur. Bu zaman isə nitqin korreksiyası ikinci plana keçir.

Qeyd etdiyim kimi əvəllər də nitq ləngiməsi çox olsada loqopedin işi uzun çəkmirdi yada zamanla keçirdi.Buna bir neçə səbəb var. Gəlin aydınlaşdıraq.

1-Əvvəllər bu qədər TV və ya elektron əşyalar vardı? Əlbətdəki xeyir. Uşaq məcbur qalıb oyun oynardı, evdəki insanlarda az seriala baxar və telefona baxmaq yerinə uşaqla daim ünsiyyətdə olardı

2-Yaşayış binalarının önündə uşaqların oyun oynadı necədə nadir hala keçib? Uşaqlar həyətdə olsalar belə daha çox yenə telefon oyunlarından istifadə edirlər. Ən son nə zaman gördünüz həyətdə yeddi şüşə oynayan, gizlənpaç oynayan, evcik oynayan və s.?

3-Hiperqəyyum (uşaq üstündə çox əsən) ailələrin sayı getdikcə artır. Yəni uşağın yerinə cümlə qurur, fikrini bildirir.

Əlbətdəki bu siyahını artırmaq olar. Xüsusi ilədə vurğulamaq istəyirəm ki, xüsusi qayğıya ehtiyacı olan ailələrin sayı getdikcə artır. Uşağınızda düşündüyünüz nitq ləngiməsi deyil başqa problemdə ola bilər. Bu səbəbdəndə zaman itirməyin. Çünki  korreksiya işi çoxlu maddiyat aparacaq və mənəvi tərəfdən sizi yoracaq. Hörmətli ailələr səbəbi nə olursa olsun erkən müdaxilə çox vacibdir. Uşağınızın gələcəyini riskə atmayın. Bir bilsəniz ki, zamanında nitqin inkişaf etməməsi uşağın həyatında necə mənfi rol oynayır. İlk zamanlarda bunu hiss etməsəniz gələcəkdə bu problem sizin üçün böyük yük olacaq. Nitqin zamanında inkişaf etməməsinin gələcəkdə yaradacağı problemləri isə bir sonrakı yazımızda oxuya bilərsiniz.

Hörmətlə sizin E.K

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr