10 Yanvar 2014

Daun sindromu və nitq

Dun sindiromu 1862-ci ildə ingilis həkimi Lanqdan Daun tərəfindən aşkarlanıb. Dau sindiromu və xramasomlar haqqında məlumat ilk olaraq ingilis genetiki 1959 cu ildə(13.06.1926 — 03.04.1994) Jerom Lejenə məxsusdur.Sindirom sözü ümumilikdə xüsisiyyətlər və xarakterlər toplusu deməkdir.Bu səbədəndə daun sindiromu demək lazımdır. Daun xəstəliyi termin kimi işlətmək elmi cəhətdən düzgün sayılmır.

XX əsrdə artıq daun sindiromu əlilliyin bir növü kimi tanınaraq daha aktual oldu. 21 mart bütün dünyada daun insanların günü kimi qeyd edilir.

Hər dünyaya gələn 700 uşaqdan biri daun sindiromundan əziyyət çəkir.Daun sindromunun yaranma səbəbi genetika ilə bağlıdır.İrsi faktorlar üstünlük təşkil edir.Nə ata nədəki ananın uşağın daun sindromlu olmasında günahı yoxdur. Əksər ədəbiyyatlar daun sindiromlu insanların maksimum 20-25 il ömür sürmələri haqqında məlumat verilir.Amma hal-hazırda bu yaş həddi artıb.Bəzi ölkələrdə hətda 50 yaş və daha artıq yaşlı daun sindiromlu insanlara rast gəlmək mümkündür.

40 % daun sindromlu insanlar ürək çatışmamazlığından əziyyət çəkir. Daun sindromlu insanların təqribi 60%-də eşitmə problemi olur. Çox zaman gec oturub ,gəzərlər.Normal uşağın fizioloji inkişafında geri qalsalarda gec tez o həddə çatırlar. Elə bu səbəbdən də daun sindromlu uşaqların danışmasıda gec olur. Danışmaya başlayarkən nitqində qüsurlar qabarıq olur. Amma bu qüsurlar erkən loqopedik müdaxilə zamanı aradan qalxa bilər.Sadəcə ailə səbirli olub uşağa dəstək verməlidir.

Daun sindromu olan bəzi adamlarda "Atlantoaksik Sabitsizlik "adlanan vəziyyət olur. Bu onların boynundakı iki üst fəqərənin bir-birinə uyğunsuzluğu ilə bağlı olan problemdir. Daun sindromu olan uşaqlar yaşa dolduqca kökəlməyə meyilli olurlar.Bu çəki artımı mənfi mənəvi yük olmaqla bərabər, artıq dərəcədə kökəlmə həmin şəxslərin sağlamlığını da təhlükə altına alaraq.

Daun sindromlu insanların intim həyatları olur. Onların ailə qurması rast gəlinən bir haldır. Amma oğlanlar çox vaxt sonsuz olurlar. Qızlar isə ana ola bilirlər. Əksər hallarda dünyaya gələn uşaq ya daun sindromlu olur və ya digər prolemi olur. Bəzən isə anadan gəlmə mədə-bağırsaq traktı ilə bağlı problemləri olur. Həmçinin bu uşaqlarda göz çəpliyi, yaxından görmə, uzaqdan görmə əlamətləri tez-tez müşahidə edilir.

Daun sindromlu uşaqlar 1,5 və 2-2,5 yaş dövürlərində danışa bilirlər. Bəzi uşaqlar tez qavrayır və danışırlar.Bəziləri isə müraciəti anlayırlar. Amma özlərini yaxşı ifadə edə bilmirlər. Sözlərə ad verərək danışırlar və təkrar edirlər. Məs dur-d-d-d, mənə-mə-mə-mə və s. Daun sindromlu uşaqlar əsasən jestlərə ünsiyyətə üstünlük verirlər. Cümlə qura bilmirlər.Konkretlik onlar üçün çıxış yolu kimi görsənir.

Daun sindromlu uşaqlarda rast gələn əsas nitq qüsurları bunlardır:

  1. Alaliya
  2. Dislaliya
  3. Dizarteriya
  4. Kəkələmə

Media

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr