Duyğu Bütünləmə terapiyasi 1960-cı illərdə Amerikalı həkim erqoterapevt J.Ayres tərəfindən, University of Southern California -da edilən araşdırma və işlərdən sonra tətbiq olunmus, butün dünyada, uşaqlar üçün, xüsusilə də autizm başda olmaqla bir çox problemlərin həllində olduqca əhəmiyyətli bir müalicə üsulu olaraq tətbiq olunmağa başlanmışdır. Duyğu Bütünləmə terapiyası, birbaşa olaraq uşağın mərkəzi sinir sisteminə təsir etdiyi üçün sinir sisteminin inkişafını təmin edir.
Müalicəvi Bədən Tərbiyəsi (MBT)
MBT-potoloji prosesin fəsadlarının qarşısını almaq və əmək qabilliyyətinin tezliklə bərpa olması üçün müalicə proflaktik məqsədilə həm gimnastik hərəkətlər,həm də bədən tərbiyəsi üsul və vasitələrindən istifadə olunan müalicə metodudur.
Bir çox xəstəliklərin sağalmasında MBT-si böyük əhəmiyyət kəsb edir. MBT-nin məqsədi-əzələləri gücləndirmək;daxili orqanların fəaliyyətini yaxşılaşdırmaq;əsəb sistemini normaya salmaq;sümük və oynaqları normal işlək vəziyyətə gətirmək və orqanizmin bütünlükdə fuksional vəziyyətini qaldırmaqdır.
Həyatın mənası nədir? Biz nəyə görə doğulmuşuq? İnsanlar nəyə görə əzab çəkir? Suallarını ilk dəfə özümə verəndə Bakı Dövlət Universitetinin 2 saylı korpusu 912-ci otağında idim. Defektoloq Malik müəllimin mühazirəsini dinləyirdim. O bizə müxtəlif problemlərin (görmə, eşitmə qüsurları, daun, autizm, nitq qüsurları: rinolaliya, afaziya, kəkələmə, alaliya və s.) determinizm prinsipinə əsaslanaraq endogen və ekzogen amillərini açıqlayırdı. Endogen amillərə əsasən antinatal və natal dövründə baş verə biləcək amilləri, ekzogen amillərə aid isə postnatal dövrə məxsus mümkün ola biləcək travmalar barədə geniş danışmağına baxmayaraq bu məlumatlar məni qane etmir, daha ilahi bir cavab gözləyirdim. Çünki bir körpənin həyatını məhv edən amillər axı necə bu qədər sadə ola bilər? Əlimi qaldırıb sual verdim “Malik müəllim axı o körpələrin nə günahı var axı? Niyə xəstə doğulurlar, axı onları heç bir günahı yoxdu?”
Çox vaxt valideynlə rdən eşidirəm ki, uşağa bərk qida verdikdə tüpürür, bogazında qalır, ona görə də hələ bərk qida verməyə tələsmədiklərini etiraf edirlər. Onsuz da nə vaxtsa çeynəməyi öyrənəcək də!. Əlbəttə öyrənəcək, o zaman övladınızın nitqində problemlər olduğu halda əsla pis olmayın!. Dövrümüzun ən acınacaqlı hallarından biri də bir çox valideynlərin belə düşüncəyə sahib olmasıdır.Bu zaman siz valideynlər sual verə bilərsiniz ki,ceynemənin nitqlə nə əlaqəsi var. El' birbaşa əlaqəsi nəzərinizə çatdırım ki,
Uşaq inkişafına uyğun cəhdlər etməlidir. Həyatımızda bağlanmaq, aidlik duyğusu və s.nə qədər önəmlidirsə bir şəxsiyyət kimi öz mövqeyinin olmasından ötürü də ayrılmalar bir o qədər önəmlidir. Bağça, məktəb və s. bu ayırlmalara nümunədir. Eynilə bu, uşağa tualet tərbiyəsinin verilməsi qədər, uşağı süddən ayırıb əlavə qidalar verlməsi qədər,uşağım özm ayrı otağına köçürtmək qədər önəmli nüansdır. Bunun ən kritik yanı isə bu ayrılmalar nə zaman olmalıdır? Bu prosesə uşağı necə hazırlamaq olar? Hər ayrılmaları vaxtında düzgün şəkildə etmək mütləqdir. Əgər vaxtından tez və ya gec olarsa bu davranış pozuntusuna gətirib çıxarda bilər. Eyni ilə uşağı baxçaya göndərməkdə belədir. Vaxtından tez göndərmək, uşağı baxçaya getməsinə məcbur etsək bir sıra problemlərlə qarşılaşmağımız qaçınılmazdı.
Yoxlanışlar zamanı bütün loqopedlərin tez-tez rastlaşdığı ailələr tərəfindən verilən suallardan biri məhz “kəkələmə neçə seansa düzələr?” sualıdır. Əlbətdəki bu sualın verilməsi normaldır. Çünki ailə hər seansa ödəniş edir.
Xüsusilə qeyd etmək istərdim ki, bəzən 10 seansa bitən kəkələmə bəzən uzun illər tələb edir. Bu suala cavab verməyə çalışacam.
El arasında “əyri pəncə” , “düz daban”, “əyri ayaq” və s. kimi deyilən sözlər əslində yastıpəncəlikdir. Yəni, ayağın iç tərəfdən yerə yapışmamalı olduğu hissəsinin (qövsün) yerə toxunmasıdır. Bu zaman topuq oynaqları da içəri doğru (valqus) əyilir. Uşaq yeriyən zaman ayaq altında və üstündə, topuq oynağında ağrılar olur. Tədricən uşağın yaşı artdıqca yeriş zamanı yastıpəncəlik səbəbindən amortizasiya itir və bu zaman bədənin çəkisinin təzyiqi onurğa sütununa düşür. Uşaqlarda kürək əzələləri zəif olduğu üçün onurğa sütunu gələcəkdə əyilə bilər.
Nitqin inkişafı prosesində ali psixi funksiyalar inkişaf edir və bu da öz növbəsində nitqlə sıx bağlı olan təfəkkür prosesinin inkişafına gətirib çıxarır. Məlumdur ki, düzgün və gözəl nitq müvəffəqiyyətli münasibətə və uşağın özünün inkişafına müsbət təsir edir.
Savadlı və səlis nitq uşağın ətrafdakılarla ünsiyyət qurmasında özündə əminlik yaradır. Gözəl nitq qabiliyyəti olan uşaqlar öz həmyaşıdlarından qat-qat fərqlənirlər. Əlbətdəki bu fərqlilik ailələrin tam ürəyincədir.