Uşağım qorxur, mən nə edim?

Qorxu hissi hər birimizə tanışdır. Yenicə doğulmuş körpənin təhlükəylə bağlı keçirdiyi ilk hiss qorxudur. Qorxu qeyri-ixtiyarı müdafiə refleksidir ki,onun sayəsində insan yaşamaq uğrunda mübarizəni davam etdirir. Qorxunun dayanıqlı şəkildə yaranması artıq fobiyadır.

Kiçik yaşlı uşaqlar niyə qorxurlar?

Həyatla yeni tanış olan,onun hər üzünə bələd olmayan körpə üçün həyat qeyri-müəyyənliklərlə doludur. O çox şeydən qorxa bilər.Uşağın qaranlıqdan, qeyri-adi varlıqlardan qorxması məhz qeyri-müəyyənlik səbəbindəndir. Yəni tanıdığı,bildiyi, məlumatın olduğu bir şey deyildir. 5 yaşlı uşaqlarda təbii qorxu dövrü başlayır. Onların fantaziyaları çox güclü olur. Xəyallarında canlandırdıqları xəyali varlıqlar, ölümlə bağlı eşidib,hələ tam anlaya bilmədiklərindən qorxmağa başlayırlar. Mənasını dərk etmədikləri varlıqlar haqqında beynində təsəvvürlər yaranır,gecə qorxularını formalaşdırır.

Bəzən valideynlər «uşağım həddindən artıq qorxur» deyir, narahat olur və bunun çarəsini müxtəlif alternativ yollarda axtarır.

Əlbəttə ki, psixoloqa müraciət edərək, problemi həll edən valideynləriniz də var. Əvvəlcə qorxunun səbəbi aydınlaşdırmalıdır, diaqnostik proyektiv testlər keçirilməli, daha sonra korreksiya tədbirləri keçirilməlidir. Bəs valideyn özü, qorxan övladına necə yanaşmalıdır? Əlbəttə ki, sevgiylə. Onu qınamaq və ya sən qorxaqsan demək olmaz. Daima ona dəstək olmaq, özgüvənin artırmaq lazımdır. Övladını qucaqlamaq, mən səninləyəm, güvəndəsən siqnalını vermək lazımdır. Bu prosesdə bütün ailə üzvləri iştirak etsə, nəticə daha verimli olacaq. Yox əgər qorxu artıq fobiyaya çevrilibsə, gecikmədən psixoloqa müraciət etmək lazımdır.

 

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr