Ərköyün uşağa necə davranmalı?
Ərköyün uşaqlar problemi həmişə olub olacaqda. Müasir dövrdə ərköyünlük davranış pozuntusu kimi qəbul edilir. Bəli bu ərköyünlük uzunmüddətli qalarsa və sərhədləri aşarsa uşağın nəinki sosiallaşmasına həmçinin nitqinin inkişafsızlığına, akademik bacarıqların ləngiməsinədə səbəb ola bilər.
Ərköyün davranış nə deməkdir?
Hər vəziyyətdə,hər şərtdə öz istədiklərini ön plana çəkən, istəklərini erteləməyən və gözləməyi bacarmayan, empatiyası aşağı,qarşısındakına hörmət etməyi öyrənməmiş, olduğu məkanlarda diqqəti öz üzərlərinə çəkməyi bacaran, mızmız,zaman zaman aqressiv,qəmgin,sinir krizləri ilə birliktə ağlama krizləri, sadəcə öz istədiklərini etdirməyə çalışan, inadçı uşaqların davranışları ərköyün adlandırılır. Zaman zaman bu davranışlı uşaqlarla qarşılaşırıq. Valideynlərim bu tipli davranışları təsdiq etməsi uşaqda davranışı möhkəmləndirir, beləliklə,uşaq da hər istədiyini bu yolla əldə edə biləcəyini öyrənir. Uşaqlar doğru və yanlış davranışı bilmədiyi üçün hər cür davranış edib sosial çevrənin qəbul edəcəyi davranışı öyrənməyə çalışırlar. Etdiyi hər davranışın nəticəsində ona verilən reaksiyalarla şəxsiyyətini formalaşdırır.
Uşaqlar əsas 2 təmələ görə ərköyünlük edirlər.
- Çox diqqət gördükləri üçün
- Diqqət görmək istədikləri üçün.
Hər iki vəziyyətdə də valideyn tərəfindən ciddi diqqət əksikliyi var. Burada ailənin tutumu,dəyərləri çox önəmlidir.
Əgər ailə uşağın əvəzinə hər şeyi edirsə, uşağın inkişafı boyu qazanacağı davranışlar inkişaf etməmiş olacaqdır. Bunun nəticəsində də həyatda real çətinliklərlə qarşılaşdığın zaman situadiyaları idarə etmək və adaptasiyasında çətinlik yaşanar.
Burada valideynlər uşağa təzyiq göstərmək,qorxutmaq və s. kimi davranışlar sərgiləmək istəmir,amma, bu səfərdə yanlış tutum sərgiləyirlər.Yəni,uşağı ailənin böyüyü halına gətirirlər.Hər kəs uşaqdan çəkinməyə başlayır və manipulyativ davranışlarına boyun əyirlər. "Yaxşı, ağlama alacam sənə o şokolatı, ağlama dərsə aparmayacam səni" və s. Valideynlər tərəfindən sərgilənən bu tipli davranışlarlar uşaq üçün çox mənfi davranışlardır. Çünki, uşaq valideyninə güvənmək istəyər. Valideynin tutumuna, ailə dəyərlərinə, təcrübələrini baxıb bilmək istəyər. Bunlar qarşılanmadıqda isə uşaqda davranış pozuntularının şiddəti, aqressiyası getdikcə artar. Bəs ərköyün uşağa valideynin tutumu necə olmalıdır? Necə edək ki, uşaq davranışını, seçimlərinı qorxudan deyil, məhz doğru olduğu üçün həyata keçirsin?
Öncəliklə ailə öz dəyərlərini kəşfetməlidir. Ailədə dəyərlər dedikdə nə ön plana çəkilir? (Sevgi, hörmət, empatiya və s.)
Daha sonra uşaqla daim söhbət edilməli, 3 yaşından etibarən onu kiçik ev işlərinə daxil etmək əsas və vacib nüanslardandır. Uşağa artıq kiçik məsuliyyətlər verilməlidir. Ona yönəlmiş işləri etmədiyi təqdirdə fiziki şiddət yox, utandırmaq yox,sadəcə etməmə səbəbini öyrənməyə çalışmaq lazımdır. Və onunla balaca uşaq kimi yox,artıq şəxsiyyət kimi valideyn tərəfindən ona yönəlmiş məsuliyyətin sırf öz inkişafına müsbət təsir edəcəyini izah etmək və bu məsuliyyəti yerinə yetirməkdə hökmlü olduğunu izah edilməlidir. Ancaq, bu davranışda həm ana, həm ata, ailədə varsa bacı/qardaş, nənə, baba və s. hər kəs tutarlı addım atmalıdır. Beləliklə, öz egosu üçün deyil, həm özünü, həm ailəsini, gələcəkdə olduğu sosial çevrəsini və s. düşünən şəxsiyyət formalaşacaq.