
LoqopedAz
Kiçik motorikanın inkişafı
Orqanizmin hərəkətinin və nitqin motorikasının eyni mexanizmi var. Buna görədə kiçik motorikanın inkişafı nitq inkişafına müsbət təsir edir. Beləki, kəllə beyin qabıgında nitq ve sağ əl barmaqlarının motor mərkəzləri yanaşı yerləşiblər. Bu o deməkdir ki, kiçik motorikanın inkişafı zaman mərkəzin idarə edilməsi, barmaqların idarə edilməsi, həmçinin qan dövranının və nitqin yaxşılığa doğru irəliləyiş baş verir. Kiçik motorikanın inkişafı sanki nitq inkişafının platformasıdır. Bunun üçün passiv və aktiv gimnastikalarından istifadə edilir. Passiv gimnastika deyiləndə kiçik matorikanın massajı nəzərdə tutulur. Massaj 5-10 dəqiqə olmalıdır.


Esmira Kazımova ITV kanalının "Addım Addım" verilişində (04/09/15)
Psixi inkişafın ləngiməsi – PİL
Psixi inkişaf ləngiməsi dövrümüzün aktual problemlərindən biridir. Bu problem ilk dəfə XIX əsrdə Lassenq və Lorens tərəfindən aşkarlanıb. Lakin onlar həmin dövrdə bu problemi psixi inkişaf ləngiməsi deyil, psixi və psixofiziki infantilizm termini olaraq tədqiq etmişlər. Daha sonar isə “psixi və psixofiziki infantilizm” termini öz əhəmiyyətini itirərək, ancaq müxtəlif növ intellektual çatışmazlıqlarda istifadə olunmağa başladı. İnfantilizm termini fiziki və psixi olaraq öz yaş səviyyəsinə görə geri qalma kimi açıqlanır.
Bu problemlə bağlı digər fikir isə Pevznerə məxsusdur. O, belə hesab edirdi ki, infantilizm emosional-iradi və intellektual sferanın inkişafdan qalmasıdır. Bu cür uşağın psixikasının əsasını əvvəlki mərhələyə xas olan psixi xüsusiyyətlər təşkil edir.
Müasir dövrdə psixi inkişaf ləngiməsi daha ətraflı öyrənilməyə başlayıb. Psixi inkişaf ləngiməsi tam və ya qismən ola bilər. Bunu müəyyən etmək üçün psixi inkişaf ləngiməsinin yaranma səbəbini aşkara çıxarmaq lazımdır. Bu amillər isə 3 qrupa bölünür:
1)Endogen amillər-yəni daxili səbələrdən qaynaqlanan amillər qrupu
2)Ekzogen amillər-yəni xarici səbəblərdən qaynaqlanan amillər qrupu
3)İrsi amillər
Endogen amillərə - hamiləlik dövründə ananın qida rejiminin pozulması, keçirdiyi infeksiyalar, hamiləliyin ümumi toksikozu, mənfi rezus faktoru, nevropatiya daxildir.
Ekzogen amillərə - doğuş zamanı travma, erkən yaş dövründə keçirilən xəstəliklər daxildir.
İrsi amillər isə genetik faktorlarla bağlıdır.
Bəzən isə hormonal problemlərin də psixi inkişaf ləngiməsinə səbəb olması barədə fikirlər də söylənilir. Lakin bu fikir tam təstiqini tapmamışdır.
Psixi inkişaf ləngiməsini səciyyələndirən bəzi xarakter xüsusiyyətlərlə tanış olaq:
- Ətrafındakıların köməyi olmadan bir iş görməkdə çətinlik çəkir
- Çox vaxt məntiksiz hərəkətlər etmə
- Say, zaman və böyüklük ölçülərindən istifadə zamanı çətinlik çəkmək
- Diqqəti mərkəzləşdirə bilməmək
- Təfəkkür sferasında analiz, sintez, ümumiləşdirmə proseslərində çətinlik çəkmək
- İradə və emosional sferada kasadlıq
- Təsəvvür etmədə çətinlik
- Tez təsir altına düşmə
Əgər uşaqlarda bu hallar müşahidə edilərsə o zaman vaxt itirmədən mütəxəssis köməyindən faydalanmaq zəruridir. Çünki vaxtında müdaxilə edilmədikdə daha sonra ağır nəticələrlə üzləşmə riski böyükdür.
Nitqin inkisafi
Nitq anlamasının inkişafında dövrlər:
I - səviyyə. 3-6 ay. Uşaq böyüyün səsinə qulaq asır, tanış səsləri tanıyır, intonasiyanı seçir.
II - səviyyə. 7-11 ay. Uşaq ayrı-ayrı inistruksiyaları anlayır, bir neçə sözlə əmirlərə tabe olur. Əlini ver-əl çal
III - səviyyə. 11ay-1 yaş. Uşaq ayrı-ayrı əşyaların adlarını anlayır, onların təsvirini bilir.
IV - səviyyə. Uşaq müxtəlif situasiyalarda fəaliyyətin mənasını göstərir. (kim yatıb, kim oturub). 2 etaplı funksiyanı edir. (qapını aç, işığı söndür)
V - səviyyə. Uşaq mürəkkəb tabeli cümlələri başa düşür və s.
Nitq qüsurlarının əsas əlamətləri
1. Bir ayın tamamında uşaq yeməkdən öncə qışqırmırsa;
2. Dörd ayın tamamına yaxın onunla danışan zaman gülmürsə;
3. Beş ayın tamamında musiqi səsinə fikir vermirsə;
4. Yeddi ayın tamamında intanasiyyaya və yaxın adamların səsinə reaksiya vermirsə;
5. 10 ayın tamamında uşaq etirazını başı ilə bildirmirsə və ya əllə sağ ol demirsə;
6. Bir yaşında bir söz anlamırsa və sadə əmirlərə tabe olmursa (ver, al, gəl və s);
7. Bir yaş dörd ayında ana və atanı tanıyaraq müraciət etmirsə;
8. Bir yaş doqquz ayında ünvanlı sözü yoxdusa;
9. İki yaş yarımında böyük-kiçik, pis-yaxşı anlayışlarını anlamayıb bu fikirlərdən istifadə etmirsə;
10. Üç yaşında sadə şeir, olan hadisə haqqında qısa məlumat vermirsə;
11. Dörd yaşında rəng tanımayırsa, təsəvvürlərdən istifadə edərək təsəvvürlərini söyləmirsə və s.
Nitq inkişafının əsas 4 mərhələsi var:
1-ci mərhələ - hazırlıq mərhələsi-1 yaşa qədər
Bu dövrdə uşaq nitqi mənimsəməyə başlayır. İlk olaraq səs reaksiyaları yaranır-çığırtı və ağlamaq. Bu səslər periferik nitq aparatının inkişafına kömək edir.
2-ci mərhələ - dilin ilk mənimsənilməsi mərhələsi -3 yaşa qədər
Uşağın nitqi böyüklərin nitqinin təsiri altında formalaşır və inkişaf edir. Uşaqda ilk sözün yaranması ilə nitqin hazırlıq mərhələsi bitir. Bu zaman uşaq danışanın artikulyar aparatına diqqətlə fikir verir və həvəslə təkrarlayır. Bu zaman körpə səsləri qarışdırır, yerlərini dəyişdirir, səsləri ötürür. Bu an uşağın nitqində olan səslərdə qüsur axtarmaq lazım deyil.
3-cü mərhələ - yeddi yaşa qədər (3-7 yaşa qədər)
Bu yaş dövrlərində uşaqlarda yalnış səs tələffüzü olur. Məktəbəqədər dövürdə uşaqda şəxsi tələffüzünə eşitmə nəzarəti, bəzi mümkün hallarda ona düzəliş etmək bacarığı daha çox olur. Fonematik qavrama formalaşır. Lüğət ehtiyyatı sürətlə artır.
4-cü mərhələ - məktəb dövrü 7-17 yaş arası.
Əsas üstünlük nitqi şüurlu qavrayır. Qramatik cəhətdən cümləni düzgün qurur.
Afaziya
Afaziya-baş beyin lokal zədələnməsi zamanı nitqin tam və ya qismən itməsidir. "Afaziya" termini ilk dəfə XIX əsrdə fransa alimi Trusso tərəfindən tətbiq edilmişdir. Afaziya yunan sözü olub a inkar hissəsidir, phasis isə fikrini bildirmək deməkdir.
Afaziya passiv və aktiv lüğətdə olan fonematikanı, qramatikanı və leksikayada mənfi təsir göstərə bilər. Afaziya əsasən kəllə beyin travması və insult nəticəsində yaranır.
Afaziya zamanı insan çətinlik çəkir:
1. Şəxsi fikrini bildirmək;
2. Ətraf aləmin nitqini anlamamaq;
3. Oxu;
4. Yazı.
Afaziya zamanı insanda bəzi psixoloji və sosioloji pozuntular yaranır. Bu pozuntuların yaranmasına əsas səbəb:
1. Sadə hallarda öz fikrini bildirə bilməmək;
2. Gündəlik həyatda çətinlik çəkmələri;
3. İnsanlarla ünsiyyət zamanı çətinlik çəkmələri;
4. Daim tənhalıq hissi keçirmələri
Afaziyanın korreksiyası əsasən üç istiqamətdə aparılır; tibbi istiqamət, loqopedik istiqamət, psixiatrik istiqamət. Xüsusi ilə qeyd etmək istərdim ki, korreksiya üsulu yaşlılara nisbətən uşaqlarda daha yaxşı effekt verir. Yaşlıların nitqini tam bərpa etmək mümkün olmur. Afaziyanın bütün növ qüsurlarının korreksion iş demək olar ki eynidi. Fərdi sürətdə məşğələ daha düzgün sayılır. Məşğələ uşağın yaşına və fiziki durumuna uyğun olmalıdır. Bu zaman müəllim çox səbirli və diqqətli olmalıdır
Alaliya
Alaliya-ağır nitq qüsurlarından biridir. Yunan sözü olub "a" inkar hissəsidi, "laliya"-nitq deməkdir. Alaliya-normal eşitmə zamanı nitqin olmaması və ya az inkişaf olması deməkdir. Alaliya zamanı baş beyində yerləşən mərkəzi nitq aparatı zədələnir. Nitqin formalaşmasının pozulmasını yaradan səbəb mərkəzi sinir sisteminin orqanik zədələnməsi ilə bağlıdır. Bura daxildir; baş beyinin iltihabı ə travmatik zədələr alması; doğuş nəticəsində beyinə qan sızma; dölün bətin daxili inkişaf döründə maddələr mübadiləsinin pozulması; doğuş zamanı yaranan travmalar; doğuşdan sonra uşağın qazandığı travmalar. Bu səbəblərdən də bu uşaqlar danışmır və ya çox az danışırlar. Amma eşitmədə heç bir problem olmur.
Alaliya zamanı nitqin bütün komponentləri inkişafdan qalır; fonetik-fonematik, leksik və qramatik. Bu uşaqların nitqi 2-4 yaşına qədər, hətda 5-yaşına qədər inkişaf etmir. Bu zaman gözləmkə lazım deyil! Nevropatoloq və loqopedə müraciət edilməlidir. Alaliya zamanı nəinki uşağın nitqi geri düşür. Həmçinin bu uşaqlar passiv, ünsiyyətsiz, qətiyyətsiz olurlar. Alaliyaya məxsus olan əsas simptomlar bunlardır; Cumleni duzgun deməməsi (məs-o istədi ev), həmçinin sözərə əlavə hərif artırır və ya hərif ixtisar edir, nitqin kənar şəxslər tərəfindən başa düşülməməsi vəs. Artikulyasiyanın pozulması isə hansı qrup əzələlər daha çox zədələnməsindən asılıdır
Son araşdırmalara görə alaliya deyilən nitq qüsuru yoxdur. Alaliyaya səbəb olan orqanik pozuntular bu uşaqlarda rast gəlinmir. Yəni heç bir aparat bu orqanik səbəbləri aşkar etməyib. Buna baxmayaraq bu uşaqlara alaliya diaqnozu qoyulur. Bu zaman ümumi nitqin ləngiməsi diaqnozunun qoyulması daha düzgün olar.
Ümumilikdə alaliyanın iki növü var; mator alaliya və sensor alaliya.
Mator alaliya zamanı broka mərkəzi zədələnir. Mator alaliya sensor alaliyaya nisbətən yüngül formadır. Bu qüsur zamanı uşaq dili qavraya bilmir Motor alaliya afferent və efferent olur. Afferent alaliyada nitqin pozulması mexanizmi kinestik apraksiya, efferent alaliya isə genetik apraksiyaya gətirib çıxarır. Motor alaliyada nitqin fonetik-fonematik, leksikqrammatik quruluşu pozulur. Nitq aparatının hərəkəti koordinasiyası formalaşmır. Artikulyasiya hərəkəti və əməliyyatlarının icra edilməsi mümkünsüzlüyü müşahidə olunur. Bura sözlərin, ifadələrin tələffüzü pozulur. Nitqin tempi, ritmi, formalaşmaması ilə səciyyələnir. Lüğət ehtiyatı uşaqlarda zəif inkişaf edir, nitqdə düzgün istifadə olunmur. Sensor Alaliya zamanı nitqi qavramanın və başa düşmənin pozulması müşahidə olunur. Bu zaman baş beynin sol yarımkürəsinin gicgah nahiyyəsinin zədələnməsi ilə şərtləşir. Yəni Vernika mərkəzi zədələnir. Eşitmə nitq analizatorlarının qabığının (vernika mərkəzi) və onun ötürücü yollarının zədələnməsi bu xəstəliyin yaranma səbəbi ola bilər.
Əsas nitq simptomları: nitqin qavranılmasının pozulması, sözlə onu bildirən əşya, hərəkətlər arasında uyğunsuzluq (qapalı akupatiya adlanır), səslərə qarşı həssaslıq, yəni hiperakuziya, başqalarının diqqətini cəlb etməyən səslər onların diqqətini cəlb edir (su damcılarının səsləri, kağız xışıltısı). Bu sensor alaliyalı uşaqları zəif eşidənlərdən fərqləndirir. Exolaliya müşahidə oluna bilər. Sensor alaliyalı uşaqların səsləri normaldır, sözlər və səslər normal modulyasiya olunur və intonasiyalıdır, zəif eşidən uşaqların səsi zəif olur.
Nitq aparatının anatomik-fizioloji quruluşu
Nitq aparatının anatomik-fizioloji mexanizmi
Səsin yaranması zamanı səs telləri yumulmuş vəziyyətdə olur. Nəfəsvermə nəticəsində hava axını həmin yumulmuş səs tellərinin büküşləri arasından keçərk onları bir qədər kənara itələyir. Səs telləri özünün elastikliyi və səs keçidini daraldan vəziyyətinə qayıdır. Beləliklə də, yumulma və açılma o vaxta qədər davam edir ki, səs törədən hava axınının təzyiqi dayandırılsın. Başqa sözlə, fonasiyada (səslənmə) səs tellərinin rəqslənməsi, köndələn istiqamətdə, yəni yuxarı və aşağıya deyil, daxilə və xaricə tərəf hərəkət edir. Nəticədə, səs tellərinin rəqslənməsi ətraf mühitə ötürülərək danışıq səsi kimi qavranılır.Artikulyasiyada ən əsas üzv dildir. Dil ön, orta, arxa olmaq üzrə üç hissədən ibarətdir. Dilin ən mütəhərrik və fəal hissəsi onun ön hissəsidir.Dil böyük kütləvi əzələdir. Çənələrin yumşalmış vəziyyətində o ağız boşluğunu tamamilə tutur.

1-Üst dodaq; 2-Sərt damaq; 3-Dilçək; 4-Yanaq;
5-Udlaq; 6- Damaq xətdi; 7-Alt dodaq.
Loqofobiya
Əksər insanlarda qorxu hissləri olur. Bu qorxu hisslərinə fobiyalar deyilir. Qorxu təbii hissdir, hər bir insanda qorxu ola bilər. Nitqi qüsurlu insanlarının loqofobiyası olur. Bu insanlar nitqlərindən qorxur və utanırlar. Uzun müddət ünsiyyətdən qaçırlar. Loqofobiya zamanı insan öz nitqindəki qüsuru anlayırlar.Fobiyalar bir neçə səbəbdən yarana bilər. Bəzi emosional insanlar var ki, düşdüyü mühitdən aslı olmayaraq, daim ürəyində həyacan keçirir və daim, hər an qorxu içində olur. Ən elementar hadisələr bu cür insanda qorxuya səbəb ola bilər. Loqofobiyanın isə yaranma səbəbi insanın nitqindəki qüsurdu. O istəmirki, bu qüsur gülüş obyektinə çevrilsin.
Loqofobiya əsasən kəkələmə, dislaliya, taxilaliya, bradilaliya kimi nitq qüsurları zamanı yaranır. Loqofobiya zamanı mütləq psixoloq və ailənin uşağa dəstəyi lazımdı. Vaxt keçdikcə uşaqda danışığına qarşı kompleks yaranmaz.
Dizartriya
Dizarteriya latın sözü olub nitqin, tələffüzünün pozulması deməkdir. Əsas qüsur artikulyar aparatda olur. Orqanik çatışmamazlıq nitqin, səsin tələffüzünün pozulmasına gətirib çıxarır. Bu zaman isə nitqin tempi, ritmi, intonasiyası da pozulur. Həmçinin nitqin motor hərəkəti pozğunluğu kimi başa düşülür. Ağır formaları zamanı nitq tamamilə anlaşılmaz olur. Dizarteriyanın ağır forması anartriya adlanır, yəni tələffüz nitqinin mümkün olmaması.
Nevroloji nöqteyi-nəzərdən dizartriya bulbar, psevdobulbar, qabıqaltı və qabıq növlərinə ayırılır. Onların arasında oxşarlıq və fərqlər də var. Bunlar loqopedik işdə nəzərə alınmalıdır.
Göstərilmiş pozulmalar müxtəlif dərəcədə, mərkəzi və periferik sinir sisteminin zədələnməsinin lokallığından asılı olaraq əmələ gəlir. Dizartriyalı uşaqların klinik, psixoloji və loqopedik tədbiqi göstərir ki, bu kateqoriyadan olan uşaqlar hərəki, psixi və nitq pozulması baxımdan müxtəlif olur. Dizartriya həm yüngül, həm də ağır formada ola bilər. Ağır forma serebral iflic zamanı müşahidə edilir. Serebral iflicin əsas komponenti sayılır.
Dizartriyanın yaranma səbəbləri müxtəlifdir; mərkəzi sinir siteminin orqanik zədələnməsi, hamilə vaxtı anadan olan kəskin xroniki infeksiyalar, oksigen çatışmamazlığı, intoksikasiya, hamiləlik toksikozu, doğuş zamanı uşağın aldığı travmalar, qan uyğunsuzluğu və s.
Dizartriya nitq qüsuru olan uşaqlarda tək nitq qüsurlu olmur. Həmçinin bu problem özünü digər sahələrdədə göstərir. Dizartriya nitq qüsuru olan uşaqlar üçün xarakter olan problemlər:
1. Səs pozuntusu;
2. Fonematik pozuntu;
3. Nitqin qrammatik-leksik tərəfinin pozuntusu;
4. Ümumi matorikada qüsur;
5. Kiçik matorikada qüsur;
6. Artikulyar aparatda qüsur;
7. Sözün heca quruluşunun pozulması;
8. Nitqin ifadəliliyi və intonasiyasının pozulması.
Exolaliya
Exolaliya cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək deməkdir. Exolaliya yunan sözü olub echo -səsin əksolunması, lalia-danışmaq deməkdir. Avtomatik olaraq uşaq kənar şəxsin dilinnən eşitdiyini söyləyir. Exolaliya əsasən autizm sindromunda, şizofreniya, psixi və əqli gerilik zamanı özünü göstərir
İlikin olaraq exolaliya yenicə danışmağa başlayan körpə uşaqlardada rast gəlinir. Bu əsasən müvəqqəti olur. Qısa zamanı əhatə edir. Hətda bu zamanı valideyin hiss etməyədə bilər. Əsasən uşağın 7-10 aylığında hiss olunur. Amma bu təkrarlanma böyük yaşlarda olursa deməli uşağın psixologiyasında problemlər var.
Exolaliyanın əsasən üç növü var; yubanmış exolalia, sürətli exolaliya və əvvəlcədən qabaqlanan exolaliya. Yubanmış exolaliya zamanı uşaq deyilən kəlməni və ya cümləni istədiyi yerdə və zamanda deyir. Yəni o an təkrarlamır. Əvvəlcədən qabaqlanan exolaliya zamanı uşaq eşidəcəyi sözü əvvəlcədən deyir. "Salam". "Necəsən?" kəlmələrini ilk gördüyü adama deyir. Sanki insanı qabaqlayır. Sürətli exolaliya zamanı uşaq eşitdiyini o an da deyir.
Exolaliya zamanı görüləcək işlər:
1-Ekolaliyanı aradan qaldırarkən ilk olaraq uşağa susmağı öyrətmək lazımdır. Yəni müəllim əvvəlcə səs, heca, söz, cümlələrdən başlamalıdır. Özü səsi deyərkən uşağa sus dinlə deyir.
2-Sonra müəllim sözün əvvəlini uşağa söyləyir sonunu uşaq bitirir. Bu zaman birinci şəkil uşağa göstərilir. İkinci dəfə isə müəllim sadəcə söyləyir.
3-Cümlə ilə bu çalışmanı etmək olur. Məsələn; Almanı .., Qapını ... və s.
Bu proqrama uyğun çalışmalar davam edilə bilər. Amma uşağın lüğət ihtiyyatını artırmaq ve özünə inam yaratmaq mütləq lazımdır. Bu zaman psixoloji yardımda olsa yaxşı olar.