Dizarteriya latın sözü olub nitqin, tələffüzünün pozulması deməkdir. Əsas qüsur artikulyar aparatda olur. Orqanik çatışmamazlıq nitqin, səsin tələffüzünün pozulmasına gətirib çıxarır. Bu zaman isə nitqin tempi, ritmi, intonasiyası da pozulur. Həmçinin nitqin motor hərəkəti pozğunluğu kimi başa düşülür. Ağır formaları zamanı nitq tamamilə anlaşılmaz olur. Dizarteriyanın ağır forması anartriya adlanır, yəni tələffüz nitqinin mümkün olmaması.
Nevroloji nöqteyi-nəzərdən dizartriya bulbar, psevdobulbar, qabıqaltı və qabıq növlərinə ayırılır. Onların arasında oxşarlıq və fərqlər də var. Bunlar loqopedik işdə nəzərə alınmalıdır.
Göstərilmiş pozulmalar müxtəlif dərəcədə, mərkəzi və periferik sinir sisteminin zədələnməsinin lokallığından asılı olaraq əmələ gəlir. Dizartriyalı uşaqların klinik, psixoloji və loqopedik tədbiqi göstərir ki, bu kateqoriyadan olan uşaqlar hərəki, psixi və nitq pozulması baxımdan müxtəlif olur. Dizartriya həm yüngül, həm də ağır formada ola bilər. Ağır forma serebral iflic zamanı müşahidə edilir. Serebral iflicin əsas komponenti sayılır.
Dizartriyanın yaranma səbəbləri müxtəlifdir; mərkəzi sinir siteminin orqanik zədələnməsi, hamilə vaxtı anadan olan kəskin xroniki infeksiyalar, oksigen çatışmamazlığı, intoksikasiya, hamiləlik toksikozu, doğuş zamanı uşağın aldığı travmalar, qan uyğunsuzluğu və s.
Dizartriya nitq qüsuru olan uşaqlarda tək nitq qüsurlu olmur. Həmçinin bu problem özünü digər sahələrdədə göstərir. Dizartriya nitq qüsuru olan uşaqlar üçün xarakter olan problemlər:
1. Səs pozuntusu;
2. Fonematik pozuntu;
3. Nitqin qrammatik-leksik tərəfinin pozuntusu;
4. Ümumi matorikada qüsur;
5. Kiçik matorikada qüsur;
6. Artikulyar aparatda qüsur;
7. Sözün heca quruluşunun pozulması;
8. Nitqin ifadəliliyi və intonasiyasının pozulması.