Video Qalereya

Afaziya

Afaziya-baş beyin lokal zədələnməsi zamanı nitqin tam və ya qismən itməsidir. "Afaziya" termini ilk dəfə XIX əsrdə fransa alimi Trusso tərəfindən tətbiq edilmişdir. Afaziya yunan sözü olub a inkar hissəsidir, phasis isə fikrini bil­dirmək deməkdir.

Afaziya passiv və aktiv lüğətdə olan fonematikanı, qra­matikanı və leksikayada mənfi təsir göstərə bilər. Afaziya əsasən kəllə beyin travması və insult nəticəsində yaranır.

Afaziya zamanı insan çətinlik çəkir:

1. Şəxsi fikrini bildirmək;

2. Ətraf aləmin nitqini anlamamaq;

3. Oxu;

4. Yazı.

Afaziya zamanı insanda bəzi psixoloji və sosioloji po­zuntular yaranır. Bu pozuntuların yaranmasına əsas səbəb:

1. Sadə hallarda öz fikrini bildirə bilməmək;

2. Gündəlik həyatda çətinlik çəkmələri;

3. İnsanlarla ünsiyyət zamanı çətinlik çəkmələri;

4. Daim tənhalıq hissi keçirmələri

Afaziyanın korreksiyası əsasən üç istiqamətdə aparılır; tibbi istiqamət, loqopedik istiqamət, psixiatrik istiqamət. Xü­susi ilə qeyd etmək istərdim ki, korreksiya üsulu yaşlı­lara nisbətən uşaqlarda daha yaxşı effekt verir. Yaşlıların nitqini tam bərpa etmək mümkün olmur. Afaziyanın bütün növ qüsurlarının korreksion iş demək olar ki eynidi. Fərdi sürətdə məşğələ daha düzgün sayılır. Məşğələ uşağın yaşına və fiziki durumuna uyğun olmalıdır. Bu zaman müəllim çox səbirli və diqqətli olmalıdır

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr