Təcrübə

Hörmətli tələbələr və mütəxəsislər. Nitq inkişaf mərkəzində praktik-nəzəri dərslərdə iştirak edib təcrübə toplaya bilərsiniz. Həmçinin könüllü kimi işləyib praktik bacarıqlarınıza əlavələr edə bilərsiniz. Təcrübə proqramından sonra siz bir çox proqramlarla tanış ola biləcəksiniz. Dövlət qurumlarında və özəl mərkəzlərdə inamlı və müstəqil iş üçün zəruri praktiki biliklərin əldə edilməsi mümkün olacaq. Stajçı mərkəzin aparıcı mütəxəssislərinin dərslərində iştirak edir, həmçinin keçilən bütün dərslərin müzakirəsində iştirak edir.

Təcrübə nə verir?

müxtəlif inkişaf qüsurları olan uşaqlarla işin xüsusiyyətlərini anlamağa kömək edir


 

Təcrübə ilə bağlı problemləri aparıcı mütəxəssislə müzakirə etmək


 

bilik, bacarıq və bacarıqlar xəzinəsini doldurmaq


 

yaş fərqindən asılı olmayaraq psixoloji xüsusiyyətləri bilmək


 

nitq pozuntularının müxtəlif növləri ilə tanış olmaq imkanı


 

bacarıqlı olduğunuza əmin olmanızı


 

nitq pozuntusu olan uşaqlarla işin praktiki üsullarını öyrənmək


 

yoxlanış kağızlarını doldurmaq


 

materialların alınması və s.


 

Mərkəz haqqında məlumat:

Təcrübə iş günləri keçirilir, mərkəzə səfər rejimi qrupla müzakirə olunur, həmçinin mütəxəssislərin iş qrafikindən və həmin gün təsdiq olunmuş dərslərdən asılıdır. Qeyd edək ki, mərkəz həftənin 6 günü saat 9-18 arası fəaliyyət göstərir.

Mütəxəssis və tələbələr üçün korreksion kurs-sadəcə qrup şəklində keçirilir

  • Təlim mərkəzin mütəxəssisləri tərəfindən keçirilir.
  • Həftədə 2 gün, gündə 2 saat nəzəriyyə
  • 2 gün praktika
  • Saat məhdudiyyəti yoxdur
  • Praktik dərsin gün/saat seçimi sərbəstdir
  • Sertifikat verilir

Kursu bitirən 1 ay müddətində mərkəzdə könüllü olaraq çalışa bilər. Könüllü çalışanlara əlavə olaraq da  sertifikat təqdim olunur.

Kurs zamanı keçiləcək mövzular aşağıdakılardır:

  1. Uşağın psixomator inkişafı
  2. Psixoloji və loqopedik yoxlanış
  3. Psixoloji və loqopedik dərsin stukturu
  4. Nitq xəritəsinin yazılışı-psixoloqun rəyi
  5. Loqopedik masaj-diqqət toplanılması üzrə məşğələ
  6. Nəfəs və artikulyar gimnastikalar-akademik bacarıqların başlanğıcı və öyrədilməsi
  7. Kiçik matorikanın nitqə təsiri-yaddaş problemləri və Korreksiya yolları
  8. Lüğət ehtiyyatının artırılması-fobiyalar.

Bu kursa Esmira Kazımovanın praktik-nəzəri kursları daxil deyil. Kursu mərkəzimizin mütəxəsisləri keçəcək

Esmira Kazımovanın kursları iki yerə bölünür:
  1. aylıq praktika
  2. asistanlıq kursları.
 

Esmira Kazımovanın praktik dərsləri

  • Müddət 1 ay
  • Praktik və nəzəri biliklər
  • E.K birliyində üzv olanlara bütün təlimlər 1 ay ərzində 50% endirimlə
  • Sertifikat verilir

Esmira Kazımovanın asisstanlıq proqramı

  • Müddət 3 ay
  • Bir il ərzində bütün canlı dərs və seminarlara təmənnasız qatılma imkanı
  • 3 ay məcburi praktik dərslər
  • Qalan 8 ay istədiyi vaxt mərkəzdə dərslərə təmənnasız qatıla bilər
  • E.K birliyində olan bütün təlimlərə 1 il ərzində 50% endirim
  • Xüsusi plaket verilir
  • İşlə təmin olunma ehtimalı və s.

Hörmətli mütəxəsislər əgər ki siz Bakı kənarında və ya xarici ölkədə yaşayırsınızsa mərkəzin yaxınında evlə də təmin oluna bilərsiniz.

Qeyd edək ki,mərkəzimizdə təcrübə proqramları fərdi və qrup şəklində keçirilir .

Fərdi şəkildə təcrübəçi istədiyi mütəxəsisin dərsində otura bilər.



 

Daha ətraflı məlumat üçün əlaqə nömrəsi: 070 203 38 16

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr