Autizm spektr pozuntusu və nitq

Autizm sözünü eşidəndə çoxumuz yağış adam filmindəki Dastin Hoffman obrazını düşünürük. Autizm spektr pozuntusu olan uşaqların sayı getdikcə artır. Təəssüf ki, yaranma səbəbi tam məlum deyil. Autizm, daha dəqiq desək, autizm spektri pozğunluğu, sosial qarşılıqlı əlaqə və ünsiyyətdə pozğunluqlar - ünsiyyət və digər insanlara məlumat ötürmə prosesi ilə xarakterizə olunan psixi pozğunluqlar qrupudur. Autizm məhdud, stereotipli, təkrarlanan davranışlarla xarakterizə olunur. Oğlanlarda qızlara nisbətən daha çox rast gəlinir. Autizm əlamətləri 3 yaşından əvvəl görünür. Lakin bu zaman riskli qrupbaya daxil olur. Çünki tam diaqnoz 3 yaşında məhz uşaq psixiatoru tərəfindən qoyulur.

Ölkəmizdə autizm spektri pozğunluğu olan insanlarla bağlı rəsmi statistika yoxdur. Amma maariflənmə proyektləri istər dövlət istərsədə özəl sektorda aktiv şəkildə davam edir.

Bu günə qədər "autizm" termini tədricən daha dəqiq diaqnozu - "autizm spektrinin pozulması"nı əvəz edir. Bu terminin tətbiqi vurğulanır ki, eyni diaqnoz simptomların şiddəti, intellekt səviyyəsi, həmçinin xəstəliyin səbəbi tamamilə fərqli olan uşaqlara qoyula bilər.

Erkən Uşaq autizmi BXT-10 (Beynəlxalq Xəstəliklər Təsnifatı 10-cu baxış) və DSM-IV (Psixi Pozuntuların Diaqnostik və Statistik Rəhbərliyi) -ə əsasən sosial qarşılıqlı əlaqənin keyfiyyət pozğunluqları, məhdud, təkrarlanan və stereotip davranışlar, maraq və fəaliyyət formaları, simvolik funksiyaların pozulması və erkən (adətən) psixi inkişafın ümumi pozğunluğudur. (3- yaşa qədər). Son illərdə tez-tez erkən uşaq autizminə (F84.0) əlavə olaraq atipik autizm (F84.1) və Asperger spektr pozuntusu (F84.5) daxil olan autizm spektri pozğunluqları (ASP) haqqında danışılır. Bəzi tədqiqatçılar ASP-də autistik davranışı olan psixogen formaları bura daxil edir. (S.Greenspan, S.Wieder, 2006-dən sitat)

Autizm spektr pozuntusu XXI əsrin qlobal nevropsixoloji problemlərindən biri sayılır. Autizm latın sözü olub “özü” deməkdir. Təəsüf ki, yaranma səbəbi tam məlum deyil.Lakin son zamanlar irsiyyətlə bağlı olduğunu bildirirlər. Əsasən oğlan uşaqlarında rast gəlinir. ASP diaqnozunu uşağa yalnız uşaq psixiatoru qoya bilər. Autizm spektr pozuntusu olan uşaqları digər uşaqlardan kliniki cəhətdən əsas 3 xüsusiyyətinə görə fərqləndirmək olar.

- Sosiallaşma (ünsiyyət)

- Təsəvvürlerin olmaması

- Stereotiplərin olması (təkrarlanan hərəkətlər)

Bəzi məlumatlara əsasən ASP uşaqların 30 % danışmır. Əlbətdə bu məlumat özünü tam təsdiq etməsədə axır zamanlar bu faiz yaxşılığa doğru dəyişilir. Ən əsası da unutmaq olmaz ki, asp uşaqla nə qədər tez təlimlərə başlanılarsa bir o qədər də tez effekt əldə edilər. Xüsusi ilə qeyd etmək lazımdır ki, asp uşaqla defektoloji loqopedik iş nə qədər tez başlansa uşağın nitqində tez irəliləyiş olar. 5 yaşından sonra autizm spektr pozuntusu olan uşağın nitqinə müdaxilə etmək çox çətin olsada qeyri mümkündür sözünü demək olmaz. 10,15 və s. yaşında belə danışmağa başlayan asp uşaqlarda az deyil. Əksər hallarda ailələr uşaqlarında olan problemləri nitq ləngiməsində görür. Nitq ləngiməsindən əlavə, bir sıra digər nitq xüsusiyyətləri də asp göstərə bilər. Asp uşaqlarda tez-tez rast gəlinən nitq inkişafının xüsusiyyətləri aşağıdakılardır:

- Adlarına və diqqətlərini cəlb etmək üçün edilən digər şifahi cəhdlərə ya ümumiyyətlə cavab vermirlər  ya da nadir hallarda cavab verirlər.

- Ünsiyyətdən çox jestlərə, ağlamaq ilə  və ya ailə üzvlərinin əlindən istifadə edərək özlərini ifadə edirlər.

- İlk sözləri olsada bu nitq sonradan dayanır.

- Nitqin inkişafı yavaş templə baş verir.

- Oyuncaqlarla oynamaqdan imtina edirlər.

- Ya çox aktiv olurlar, ya da passiv və s.

Autizm spektr pozuntusunun əsas əlamətləri.

 

 

Məhz bu aləmtlərdən mütəxəsislər və müəllimlər şübhələnib uşağı uşaq psixiatoruna göndərirlər. Düzdür çox zaman ailə qəbul etmir və gözləyir. Bu isə zaman itkisidir.

Autizm sindromlu uşaqlarda rast gəlinən nitq problemləri:

1

Tipik olmayan ilk sözlər

2

İkinci və ya üçüncü şəxsin dilindən danışmaq

3

Exolaliya (əksolunma)

4

Semantik cəhətdən düzgün olmayan ünsiyyət

5

Nitqdən ünsiyyət üçün istifadə edilmir.

 

Mərkəzi nitq aparatında broka və ya vernika hissələrinin zədələnməsi nəticəsində uşağa alaliya nitq qüsurunu (motor və ya sensor) qoymaq olar. Bu isə sözsüz aparat vasitəsi ilə müəyyən olunur. Bəzən Autizm spektr pozuntusu olan uşağa alaliya diaqnozu qoyulur. Çünki autiklər eşidirlər, amma danışmırlar. Alaliklərdə eyni ilə eşidirlər, amma danışmırlar. Amma fərq var. Çünki autiklərin bu problem neyropsixoloji pozuntudur. Alaliklərin isə mərkəzi nitq aparatı əlaqəlidir. Əgər autizm spektr pozuntusu olan uşaqda orqanik pozuntu aşkarlanarsa və bu zamanda mərkəzi nitq aparatı zədələnərsə Alaliya nitq qüsurunu qoymaq olar. Amma çox az halda bu mümkündür. Əksər halda autizm sindromlu uşağa alaliya diaqnozu qoyulmur.

Erkən ASP nitq inkişafı pozğunluqlarının təzahürləri çox müxtəlifdir: mutizm, exolaliya, möhür ifadələri və möhür sözləri müraciətin olmaması, əvəzliklərin düzgün istifadə edilməməsi, nitqdə "mən"in olmaması, söz ehtiyatının, semantikanın, prosodik, qrammatik quruluşun pozulması. Nitq səslərinin tələffüzü, spontanlığı  və s., onların təsviri bir çox yerli (K.S. Lebedinskaya, O.S. Nikolskaya, 1991; T.I. Morozova, 2002; O.S. Nikolskaya., 2005 və bir çox başqaları. ) və xarici (W.H. Fay, A.W. Schuler, 1980; C. Lord, P.J. O'Neill, 1983; H. Tager-Flusberg, 1989; 1993) kitab və məqalələrin olmasına baxmayaraq,məhz  Erkən Autizm Spektr Pozuntusunda  nitqin xüsusiyyətlərinə həsr olunmuş əsərlər olduqca azdır. Bu işdə autizmdə nitq pozğunluqlarının fenomenologiyası ətraflı nəzərdən keçirilmir, lakin qeyd etmək lazımdır ki, sadalanan simptomların hamısı bir uşaqda baş verə bilməz (məsələn, qrammatik quruluşun pozulması haqqında necə danışmaq olar? mitik uşaqda danışıq?). Digər tərəfdən, pozğunluqların hər biri fərqli bir mənşəyə malik ola bilər. Beləliklə, məsələn, exolaliya deyilənlərin səhv başa düşülməsi, mərkəzi sinir sisteminə üzvi zədələnmə nəticəsində neyrodinamika və təqlid proseslərinin xüsusiyyətləri, affektiv və disontogenetik problemlər və nəhayət, katatoniyanın təzahürləri ilə əlaqələndirilir (T.I. Morozova, 2002; J. Robers, 1989). Hətta simptomun təbiətinin potensial mümkün variantlarının siyahısı təkcə onun keyfiyyətinə deyil, həm də korreksiyaya differensial yanaşmaya dair sual doğurur.

Çox zaman isə yalnışlıqla autizm spektr pozuntusu olan uşaqlar kurs-kurs masaj olunur. Bu isə autizm spektr pozuntusu olan uşaqların heç də xoşuna gəlmir. Çünki bu uşaqlarda həssaslıq daha çox olur. Qeyd etmək lazımdır ki, masaj əsasən nitqində qüsur (yəni səs problemi) olarsa, artikulyar aparatda gərginlik və ya süstlük olarsa istifadə olunur. Əgər bu kimi problemlər varsa da ilkin olaraq artikulyar gimnastikalara üstünlük vermək lazımdır. Yəni tibbi müdaxiləsiz. Xüsusi ilədə qeyd etmək lazımdır loqopedik masajdan sonra uşaq danışır məhz mifdir.

Nitq inkişaf mərkəzində mütəxəsislər ASP zamanı ilk yoxlanışdan sonra hər uşaq üçün xüsusi proqram tərtib edir. Yəni ailə uşağının ilk nitqinin açılmasını istəyə bilər. Yəni nitqə qədər ki, problemləri aradan qaldırmaq lazımdır. Bu problemlər davranış pozuntusu, dinləməmə qabiliyyəti, artikulyar aparatın hazır olması, təqlid bacarıqlarını formalaşdırmaq və s. bacarıqların öyrədilməsinə üstünlük verilir. Xüsusi ilə də qeyd etmək lazımdır ki, asp zamanı müraciəti anlama problemləri ilə ailə və mütəxəssislər rastlaşırlar. Əlbətdəki bu problemi həll etmədən nitqin inkişafına nail olmaq mümkün deyil. Xüsusi ilədə vurğulamaq istərdiki ki, autizm xəstəlik deyil. Yəni dərmanlarla müalicə yoxdur və  tək çıxış yolu deyil. Şəxsi praktikamıza əsasən bildirmək istərdik həftəlik 18 saatla çox gözəl nəticə əldə etmək olur. Ailənin də təlim-tərbiyə işində rolu danılmaz və vacibdir.

 

 

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr