Video Qalereya

LoqopedAz

LoqopedAz

"Saratovda olduğumuz müddətdə 232 saylı loqopedik bağçada olduq. Bizim üçün yaradılmış gözəl şərait üçün başda Saratov Pedoqoji Dövlət Universitetinin Loqopediya və Psixolinqvistika kafedrasının müdiri Kryuçkov Vladimr Petroviç olmaqla həmin fakultənin dosenti Qeorgitsa Yelena Aleksandrovnaya da öz dərin təşəkkürümüzü bildiririk. Biz bağçanın loqopedlərinin dərslərində iştirak etdik, ordakı sənədləşdirmə işləri ilə tanış olduq. Ən maraqlısı da o oldu ki, hər nitq qüsurlu uşaqlar üçün xüsusi qruplar var idi."

Mərkəzimizin müəllimələri bu gün Qafqaz Point Hoteldə baş tetmuş tədbirdə iştirak etmişlər. Mövzu Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi lahiyyəsi.

Dünya TV kanalının "Bu sabah" verilişinin mövzusu Nitq qüsurları oldu. Bu mövzuya aydınlığı Mərkəzin rəhbəri Esmira Kazımova və defektoloq loqopedi Ləman müəllimə aydınlıq gətirdi.

Bazar ertəsi, 02 Noyabr 2015 19:26

Defektoloq və loqopedlər üçün 3 aylıq kurs

Təlimçi Emira Kazımova

Kursun üstünlükləri

  • Vaxt və zaman məhdudiyyəti yoxdur. İştirakçılar istədiyi gün və ya vaxtlarda dərslərdə iştirak edə bilər.
  • İştirakçılar ixtisas üzrə dərs ləvazimatları ilə təmin olunur.
  • Kursda nəzəri və praktik dərslər keçiriləcək.
  • Kursun sonunda sertifikat veriləcək.
  • Kurs iştirakçıları 1 il ərzində mərkəzin keçirdiyi bütün seminar və kurslarda 20% güzəştlə iştirak edə bilərlər.

Təlimlər Nitq İnkişaf Mərkəzinin hər iki filialında keçirilir.

Əsas tələb: Kursda iştirak etmək üçün yalnız ixtisaslı mütəxəssislər müraciət edə bilər.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların ətraf mühiti qavrama tendensiyası zəif olduğundan məktəb daxilində diqqətdən kənarda qalırlar və ya ümumiyyətlə məktəbə getmirlər. Beləliklə təhsil almaq imkanından məhrum olurlar. Belə uşaqlar öz həmyaşıdlarından eynilə cəmiyyətdən təcrid olurlar. Ona görə də onların tədrisinə və təliminə xüsusi yanaşma tələb olunur. Xüsusi qayğıya ehtiyacı olan uşaqların müalicə ilə yanaşı təhsildə paralel aparılmalıdır. Belə uşaqlarla keçirilən məktəbəqədər hazırlıq onlarda əqli fiziki, sosial-emosional və nitq qabiliyyətlərinin inkiaşaf etdirilməsində mühüm rol oynayır.Həmçinin tədris ona görə vacibdi ki, onlar cəmiyyətin bərabərhüquqlu fərdləri kimi ən azı özlərini təsdiqliyə bilsinlər.

Cəmiyyətin fərdləri arasında ünsiyyət vasitəsi nitqdir. Nitq insana məxsus olan vacib psixi funksiyadır. İnsanın şüuru inkişaf edir və zənginləşir. Sözün və cümlənin köməkliyi ilə qavrayış təxəyyül və yaddaş kimi psixi proseslər formalaşır və inkişaf edir. Nitqin qüsurlu olması da fikrin düzgün ifadə olunmasında əngəlliklər törədir. Bu tipli uşaqlarda nitq qüsurunu aradan qaldırılması vacib məsələlərdən biridir.Nitq qüsurunu da aradan qaldıran ən mühüm vasitələrdən biri də tədris və təlimdir. Eyni zamanda belə uşaqların yazı yazması qələm tutması onların beyninin inkişafına müsbət təsir göstərir. Tədris və təlim onların cəmiyyətdə öz yerlərini tapmasına kömək edir. Belə uşaqların maariflənməsi üçün xüsusi Mərkəzlər fəaliyyət göstərir. Bizim Mərkəz də xüsusi qayğıya ehtiyacı olan uşaqların yaracılıq qabiliyyətlərinin inkişaf etdirilməsi həmçinin onların təhsil imkanlarının artırılmasına xüsusi önəm verilir. Onlara keçirilən əyləncəli riyaziyyat, danışma kartlar həmin uşaqların fikirlərini bir yerə cəmlənməsinə kömək edir. Məşğələlərdə yaş məhdudiyyəti qoyulmur və uşağın psixoloji durumu nəzərə alaraq dərs keçirilir. Dərslər fərdi şəkildə həyata keçir və mütəmadi olaraq valideynlər dərslərin gedişatı haqda məlumatlandırılırlar. Bu yöndə valideynlərə lazım olan töysiyyələr verilir və beləliklə valideyn ilə pedoqoqun birgə səyi nəticəsində bu uşaqların tədris və təlim tərbiyəsində müsbət irəliləyişlər əldə edirik.

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr