Disleksiya - Disqrafiya əqli və fiziki eşitmə problemi olmayan uşaqlarda oxu-yazı çətinliyi deməkdir. Yəni oxu və yazının öyrənilməsinin pozuntusudur.
Alimlər hesab edir ki, oxu və yazı bacarıqları ilə bağlı problemlər beynin quruluşu və fəaliyyətindən asılıdır. Əlbətdə ki, disleksiya-disqrafiya əksər hallarda genetika ilə bağlıdır.
Disleksiya aşağı intellektin, görmə və ya eşitmə problemlərinin, motivasiyanın olmamasının və ya zəif öyrənmə üsullarının nəticəsi deyil. Disleksiyası olan insanlar digər sahələrdə normal qabiliyyətlərə malikdirlər. Həmçinin yaradıcı istedadları ilə seçilir və yenilikçi düşüncələr nümayiş etdirirlər.
Daun sindromlu insanların sosial problemlərini öyrənmək, onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 2011-ci ildə 21 mart (21.03) tarixini “Ümumdünya Daun Sindromlu İnsanlar Günü” elan edib. Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini sözügedən şəxslərin problemlərinə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır. Həmin gün aidiyyəti orqanlar, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatları bu istiqamətdə bir sıra tədbirlər həyata keçirirlər.
Kifoz, lordoz, skolioz onurğanin deformasiyaları zamanı yaranan xəstəliklərdir. Bunların yüngül, orta, ağır formaları olur. Bu onurğa xəstəliklərinin bel, sinə, boyun növləri var.
Yeniyetməlik dövrü bitənə qədər onurğanın əyilmə ehtimalı daha böyükdür. Çünki orqanizmdə hələ inkişaf gedir və sümüklər tam formalaşıb möhkəmlənməyib. Hər bir valideynin vəzifə borcudurki, uşağının oturmağına, uzanmağına, duruşuna, yatmağına və s. fikir versin. Bu tip əyilmələr uşaq yaşlarından başlayır. Bəzən skolioz anadangəlmə də olur.
Körpə dünyaya gələn zaman skeletində sümüklərin sayı təxminən 270-ə bərabər olur (bir çoxu qığırdaq şəklində). Yetkinlik yaşına çatdığı zaman isə çoxu bir-biri ilə birləşərək 200-206 sümük təşkil edir. İnsan orqanizmində təxminən qrup şəklində 640, ayrılıqda isə 850 əzələ olur.
0-5 yaş arası uşaqların ortalama bəynəlxalq göstəricilərə görə fizioloji və fiziki inkişafa nəzər salaq.
Uşaq dünyaya gəldiyi andan, beyninin inkişaf etdiyi vaxtda, yəni kəşf dönəmində dialoqa girməsi mütləqdir. Bu etapda həm emosional bağı formalaşır, həm də koqnitiv inkişafı formalaşır. 3D (telefon, tv, tablet) isə monoloq nitqi yaradır. Yəni orada şəkillər, səslər,rənglər hazır verilir uşağın təxəyyülünün inkişafı necə ola bilər? Belə olduğu halda valideynlər nə etməlidir?
- Leyla xanım, psixoloq kimdir?
- Mən bu sualla tez-tez qarşılaşıram. Bu sualı verənlərə bir tərəfdən sevinirəm, bir tərəfdən isə hələdə bir qisim insanlar psixoloqun fəaliyyət prinsiplərinin nə olduğunu bilməyənləri gördükdə isə təəssüflənirəm. Sevinirəm çünki,insanlar öyrənməyə və marağlanmağa çalışır ,aydınlanma yaşayırlar. Təəssüflənirəm çünki, xarici görünüşümüzün səliqəli və baxımlı olması qədər ruhumuzun da huzurlu olması vacibdir. Əgər ruhumuz huzurlu deyilsə fiziki görünüşümüzün,qazandığımız mövqenin ,seçdiklərimiz və ya seçmədiklərimiz bizim üçün heç bir məna daşımaz. Ən az ildə 2 dəfə həkimə və s.gedirmişcəsinə psixoloqa görünmək mütləqdir. Psixoloq isə aktif dinləyərək anlamağa,empatiyası yüksək,fərqindəlik yaratmağa çalışan,problemlərin səbəblərini müəyyən edərək şərtlər daxilində pasientə ən uyğun yolun da ola biləcəyini göstərən,bunu edərkən öz inancından,dinindən,məsləhət və nəsihətindən,öz təcrübəsindən yola çıxmayaraq,pasienti qınaq obyektinə çevirmədən və s. və ən önəmlisi isə pasient-psixoloq etik prinsipləri və məxfiliyi qoruyan şəxsdir.
-Nurlana xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən Bakı Məktəbəqədər Pedaqoji Texnikumunu FƏRQLƏNMƏ İLƏ (qırmızı diplom) bitirmişən. (1995-1997) Daha sonra Azərbaycan Pedaqoji Universitetində (ADPU)- "Korreksiyaedici pedaqogika və xüsusi Psixologiya" fakültəsində təhsil aldım(1997-2001).Tələbəlik illərim daim yeniliklərə açıq olmuşam .O dönəmdə mənə ən böyük dəstəkçim və motivatrım S.Sadiyev və G.Mehrəliyeva olmuşdur. Paralel olaraq isə Azərbaycan Elmi Tibb Kitabxanasında çalışmışam. İşimin də mənə verdiyi avantajlara görə çoxlu mütaliə etdiyim ədəbiyyatlar olub və mənə hər zaman kömək olub. Bu peşə daim yeniliklərə açıq olduğu üçün daim öyrənməlisən elə məhz bu dönəmdə Esmira Kazımova ilə yollarımız kəsişdi.Esmira Kazımovanın şəxsi praktikasını müfəvvəqiyyətlə bitirdikdən sonra artıq bu sahə üzrə çalışmağa başladım.
- Esmira xanım, nitq inkişaf ləngiməsi nədir?
- Uşaqda nitq inkişafının ləngiməsi onun nitqinin yaş norması ilə müqayisədə gec mənimsəməsində və ifadə etməsində özünü göstərir. Yəni 2 yaşında uşaq sözləri tələffüz etmirsə və 3 yaşına qədər ikili ifadə formalaşmırsa, artıq nitq ləngiməsindən şübhələnə bilərik. Əlbəttə ki, 1-2 yaş arası da uşaqda nitq formalaşmırsa, bu özü də nitqlə bağlı problemdən xəbər verir. Belə ki, 1-2 yaş arası uşaqlarda lüğət ehtiyatı 10-30 söz arası olmalıdır. Artıq olması normaldır, az olması isə inkişafsızlıqdan xəbər verir. Qeyd edim ki, nitq inkişaf ləngiməsi olan uşaqlarda müraciəti anlama ilə bağlı problemlər olmur.