Nitq anlamasının inkişafında dövrlər:
I - səviyyə. 3-6 ay. Uşaq böyüyün səsinə qulaq asır, tanış səsləri tanıyır, intonasiyanı seçir.
II - səviyyə. 7-11 ay. Uşaq ayrı-ayrı inistruksiyaları anlayır, bir neçə sözlə əmirlərə tabe olur. Əlini ver-əl çal
III - səviyyə. 11ay-1 yaş. Uşaq ayrı-ayrı əşyaların adlarını anlayır, onların təsvirini bilir.
IV - səviyyə. Uşaq müxtəlif situasiyalarda fəaliyyətin mənasını göstərir. (kim yatıb, kim oturub). 2 etaplı funksiyanı edir. (qapını aç, işığı söndür)
V - səviyyə. Uşaq mürəkkəb tabeli cümlələri başa düşür və s.
Nitq qüsurlarının əsas əlamətləri
1. Bir ayın tamamında uşaq yeməkdən öncə qışqırmırsa;
2. Dörd ayın tamamına yaxın onunla danışan zaman gülmürsə;
3. Beş ayın tamamında musiqi səsinə fikir vermirsə;
4. Yeddi ayın tamamında intanasiyyaya və yaxın adamların səsinə reaksiya vermirsə;
5. 10 ayın tamamında uşaq etirazını başı ilə bildirmirsə və ya əllə sağ ol demirsə;
6. Bir yaşında bir söz anlamırsa və sadə əmirlərə tabe olmursa (ver, al, gəl və s);
7. Bir yaş dörd ayında ana və atanı tanıyaraq müraciət etmirsə;
8. Bir yaş doqquz ayında ünvanlı sözü yoxdusa;
9. İki yaş yarımında böyük-kiçik, pis-yaxşı anlayışlarını anlamayıb bu fikirlərdən istifadə etmirsə;
10. Üç yaşında sadə şeir, olan hadisə haqqında qısa məlumat vermirsə;
11. Dörd yaşında rəng tanımayırsa, təsəvvürlərdən istifadə edərək təsəvvürlərini söyləmirsə və s.
Nitq inkişafının əsas 4 mərhələsi var:
1-ci mərhələ - hazırlıq mərhələsi-1 yaşa qədər
Bu dövrdə uşaq nitqi mənimsəməyə başlayır. İlk olaraq səs reaksiyaları yaranır-çığırtı və ağlamaq. Bu səslər periferik nitq aparatının inkişafına kömək edir.
2-ci mərhələ - dilin ilk mənimsənilməsi mərhələsi -3 yaşa qədər
Uşağın nitqi böyüklərin nitqinin təsiri altında formalaşır və inkişaf edir. Uşaqda ilk sözün yaranması ilə nitqin hazırlıq mərhələsi bitir. Bu zaman uşaq danışanın artikulyar aparatına diqqətlə fikir verir və həvəslə təkrarlayır. Bu zaman körpə səsləri qarışdırır, yerlərini dəyişdirir, səsləri ötürür. Bu an uşağın nitqində olan səslərdə qüsur axtarmaq lazım deyil.
3-cü mərhələ - yeddi yaşa qədər (3-7 yaşa qədər)
Bu yaş dövrlərində uşaqlarda yalnış səs tələffüzü olur. Məktəbəqədər dövürdə uşaqda şəxsi tələffüzünə eşitmə nəzarəti, bəzi mümkün hallarda ona düzəliş etmək bacarığı daha çox olur. Fonematik qavrama formalaşır. Lüğət ehtiyyatı sürətlə artır.
4-cü mərhələ - məktəb dövrü 7-17 yaş arası.
Əsas üstünlük nitqi şüurlu qavrayır. Qramatik cəhətdən cümləni düzgün qurur.