"Saratovda olduğumuz müddətdə 232 saylı loqopedik bağçada olduq. Bizim üçün yaradılmış gözəl şərait üçün başda Saratov Pedoqoji Dövlət Universitetinin Loqopediya və Psixolinqvistika kafedrasının müdiri Kryuçkov Vladimr Petroviç olmaqla həmin fakultənin dosenti Qeorgitsa Yelena Aleksandrovnaya da öz dərin təşəkkürümüzü bildiririk. Biz bağçanın loqopedlərinin dərslərində iştirak etdik, ordakı sənədləşdirmə işləri ilə tanış olduq. Ən maraqlısı da o oldu ki, hər nitq qüsurlu uşaqlar üçün xüsusi qruplar var idi."