Video Qalereya

07 Noyabr 2015

Müalicəvi bədən tərbiyəsinin uşaqlar üçün əhəmiyyəti

İnsanların müalicəsində müalicəvi bədən tərbiyəsinin rolu böyükdür. Fiziki məşğələlər bir çox xəstəliklərin müalicəsinə müsbət təsir edir. Müalicəvi Bədən Tərbiyəsi ( MBT) müstəqil müalicə üsulu kimi, eləcə də digər müalicə üsulları ilə birgə tətbiq olunur. MBT orqanizmin təbii funksiyaları olan hərəkətlərin tətbiqinə əsaslanır, müalicə prossesi xəstəni özünə tam cəlb edir, sağlamlığa ruhlandırır, passivlikdən qurtarır, orqanizmin müqavimətini gücləndirir, bütün daxili orqanların fəaliyyətini yaxşılaşdırır və xəstəyə verilən dərmanların əks göstərici təsirinin qarşısını alır. Əzələ hərəkətləri Mərkəzi Sinir Sisteminə təsir edərək beyin qabığının oyanmasına müsbət təsir göstərir.

Autizm, daun sindromlu uşaqlara, öz yaşıdlarından geri qalıb ləngəyən uşaqlara, qüsurlu uşaqlara MBT – nin rolu çox böyükdür. MBT onların cəmiyyətdə özlərini bir fərd kimi tanımağa müsbət təsir edir. İdman hərəkətlərinin köməyi ilə bu cür uşaqlarda diqqət yayınmasının qarşısını almaq olur. Müvazinəti saxlamaq, düz yerimək, simmetrik duruş və s. kimi əldə olunan nəticələr bu cür uşaqların cəmiyyətdə özlərinə məxssus yer tapmalırana kömək edir. Tibbi təcrübədə insanların vaxtında MBT –si ilə məşğul olaraq sağlamlığını sübut edən faktlar var: - nevrosteniya, hipertoniya, qəbizlik, bronxal astma, nevrologiya, oynaqların artiriti zamanı oynaqların zədələnməsi, poliartrit, artroz, onurğa sütunun zədələnməsi, skolioz və s.

Ümumiyyətlə sağlam həyat hərəkətdədir, dinamikadadır. Yataq xəstəsindən peşəkar idmançıya qədər hamıya idman lazımdır.

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr