Video Qalereya

LoqopedAz

LoqopedAz

Esmira Kazımovanın 05-06.03.2016-cı il tarixində Ankara şəhərinin Başkent müəllimlər evində 2 günlük seminarı oldu. Seminara dövlət və özəl mərkəzlərin mütəxəssislərindən əlavə valideyinlərdə qatıldılar. Uşaqlar dəyərləndirildi. Mövzular: Nitq qüsurları və Autizm sindromlu uşaqlarda nitq qüsurları ve onların aradan qaldırilması oldu.

Nitq inkişaf mərkəzinin və Milana nitq və psixoloji mərkəzin 14.02.2016-cı il tarixində Nitq qüsurları mövzusunda seminarı baş tutdu. Sonda hər bir iştirakçıya sertifikat verildi. Tədbir İctimai televiziyada işıqlandırıldı. Seminarda həmçinin Quba, Gəncə, Lənkəran, Bakı və Sumqayıt şəhərlərindəndə mütəxəssislər qatıldı. Təlimçilər Esmira Kazımova və Esmira Şakirqızı idi. Mövzu nitq qüsurları.

07-08 fevral 2016-cı il tarixində Nitq inkişaf mərkəzi və İgəm psixoloji mərkəzin proyektlərinin davamı baş tutdu. Beləki Esmira Kazımova və Leyla Sancaq bərabər İgem psixoloji mərkəzdə uşaqları yoxlayıb proqram verdilər. 8 fevralda isə Esmira Kazımova Türkiyənin Akiv kanalının Kadınca Krarınca proqramında Haticə xanmın qonağı oldu. Mövzu uşaqlarda Nitq qüsurları idi. Verilişdə kitabın müjdəsi də verildi. Beləki Esmira və Leyla xanım bərabər Kəkələmə ilə bağlı kitab yazmağa qərar verdilər. Azerbaycanı həmişə layiqincə təmsil etdiyi üçün mərkəzimiz adından Esmira xanıma Təşəkkür edirik. Hər iki dost ölkəyə xeyrli olsun.

Bazar ertəsi, 01 Fevral 2016 23:51

«Dil ve Konuşma bozuklukları»

Kitab 2015-ci ildə Türkiyənin İstanbul şəhərində nəşr olunmuşdur. Ümumilikdə kitab 128 səhifədən ibarətdir.

2015-ci ilin 14-15 noyabr tarixində Rusiyanın Moskva şəhərində keçirilən ümumdünya loqopedlərin elmi konfransın sonunda çıxan kitabda Rusiyanın və digər ölkələrin loqopedləridə iştirak edib və sonda məqalələri kitabda nəşr edilib. Mərkəzimizin mütəxəssisləri Esmira Kazımova, Sevinc Əsədova və Hüseyinli İlhamənin yazıları bu kitabda yer alıb.

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr