Video Qalereya

LoqopedAz

LoqopedAz

Esmira Kazımova 25.07.2016-cı il tarixində dünyaca məşhur defektoloq-neyropsixoloq Vizelin seminarında iştirak etdi. Sertifikat aldı. Həmçinin Vizelin müəllifi olduğu derslikdə Esmira xanım üçün ürək sözlərini yazıb imza atdı. Qeyd edək ki, Vizelin müəllifi olduğu əksər kitablar Universitetlərdə ədəbiyyat kimi keçirilır. Mövzusu - Autizm sindromu. Autizm sindromunun praktik ve nəzəri hissləri geniş müzakirə olundu.

Uğurlarımızı sizlərlə paylaşırıq. Belə ki, 25-29.07.2016-cı ildə Moskva şəhərində yerləşən təhsil mərkəzində Loqoped Master mərkəzinin rəhbəri Tomilina Svetlananın 5 günlük keçirdiyi loqopedik ve zond masaj kurs proqramını Esmira Kazımova uğurla başa vurdu. Kursun sonunda sertifikat və xüsusi diplom əldə etdi. Beləki diploma əsasən müxtəlif nitq qüsurları zamanı loqopedik ve zond masajı ilə çalışmaq hüququnu aldı. Qeyd edək ki, bu artıq Esmira xanımın bu mərkəzdən aldığı 2-ci diplomudur. İlk dəfə 2013-cü ildə alıb.

Azərbaycanda ilk dəfə! 26-30.07.2016-cı ildə Moskva şəhərində keçirilən Sensor-İnteqrasiya (duyğu-bütünləmə) 5 günlük seminarında Esmira Kazımova iştirak edərək sertifikat aldı. Qeyd edək ki, seminara bir çox ölkə qatılmışdı. Seminar əyani və distant formada keçirildi. Seminarı deyən mütəxəssis isə sensor inteqrasiyanın yaradıcısı Djen Ayresin tələbəsi Syuzın Smit idi. SEMİNAR SİNXRON TƏRCÜMƏ İLƏ HƏYATA KEÇİRİLDİ.

Cümə axşamı, 04 Avqust 2016 22:29

Cəfərova Aynurə Fizuli qızı

ceferova aynure

2007-ci ildə ADPU–in Defektologiya fakultəsini bitirib.

2008-2009-cu ildən bu günə qədər 11 saylı xüsusi təhsil məktəbində defektoloq-loqoped kimi fəaliyyət göstərir.

2012-2014-cü illərdə Səlist Danışıq Loqopedik Psixoloji Mərkəzdə defektoloq loqoped kimi fəalliyyət göstərmişdir.

05 oktyabr 2014-cü il V.S Training and Psychology Center tərəfindən təşkil edilən” Stanford-Binet zəka dəyərləndirilməsi test” kursunu uğurla bitirmiş,həmçinin sertifikat da almışdır.

Cümə axşamı, 07 İyul 2016 00:55

DİQQƏT!!!

Çoxsaylı istəkləri nəzərə alaraq, 28 Avqust tarixində Esmira Kazımovanın 5 saatlıq seminarı keçiriləcək. Mövzu: Erkən yaş dövrünün etapları və loqopedin işin təşkili. Yerlər məhduddur! Əlaqə telefonu:0559033816. Sertifikat verilir!

Cümə axşamı, 07 İyul 2016 00:25

Azərbaycan yenədə layiqincə təmsil olundu!

Bu dəfə Rusiyada KAZAN DÖVLƏT UNİVERSİTETİN PSİXOLOGİYA VƏ TƏHSİL KAFEDRASININ keçirdiyi UĞUR VEKTORU - 2016 müsabiqəsinin sonu bəlli oldu. Bir çox ölkələrin xüsusi təhsil sahəsindəki mütəxəssislərin qatıldıqları müsabiqədə ilk dəfə olaraq Azərbaycanı Nitq inkişaf mərkəzi təmsil etdi. Hər bir iştirakçı öz yazısını kafedraya göndərdi. Xüsusi komissiya üzvləri tərəfindən yazılar seçildi. Həmçinin bizim mütəxəssislərin yazıları bəyənilərək bu kitabda yer aldı. Müsabiqədə iştirak edən mütəxəssislərimiz: Esmira Kazımova, Aynurə Cəfərova və İlhamə Hüseyinli. Hər bir iştirakçıya sertifikat və kitab verildi. Esmira Kazımova isə loqopediya bölməsində qaliblərdən biri oldu!

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr