
LoqopedAz
Esmira Kazımovanın Türkiyənin Sakarya Universitetində seminarı baş tutdu
Dekabr ayının 22-si Esmira Kazımovanın Türkiyənin Sakarya Universitetində seminarı baş tutdu. Seminar 4 saat davam etdi. Seminarda tələbələr, mərkəzlərdə çalışan mütəxəssislər və universitet müəllimləri iştirak etdi. Seminar Universitetin müəllimi Metin Cengel təşkilatçılığı ilə baş tutdu. Sonda Esmira xanıma Universitet tərəfindən təşəkkür sertifikatı verildi.
Esmira Kazımovanın İmişli şəhərində ailələrlə görüşü olub
11 Dekabr tarixində Esmira Kazımovanın İmişli şəhərində ailələrlə görüsü oldu. Esmira xanım təmənnasız olaraq ailələrə seminar verdi. Nitq İnkişaf mərkəzinin mütəxəssisləri orada olan uşaqları təmənnasız olaraq yoxladi. Ailələrə lazım olan məsləhətləri verdilər. Qeyd edək ki, bu tədbiri təşkil edən İmişli şəhərində fealiyyət göstərən yeganə loqoped Elza xanım idi.
Esmira Kazımovanın Qafqaz Universitetində 2-ci seminarı keçirildi
19 Dekabr tarixində Qafqaz Universitetində Esmira Kazımovanın seminarının 2-ci günü sona çatdı. Seminarın əvvəlində Xəzər dənizində itgin düşən və rəhmətə gedən neftçilərimiz yad edildi. Seminar 3 saat davam etdi.
Методика коррекции заикания (www.logoportal.ru)
Esmira Kazımovanın 2 günlük seminarı bitdi
20-21 Noyabr tarixində Esmira Kazımovanın 2 günlük seminarı baş tutdu. Seminar Nitq İnkişaf mərkəzinin Həzi Aslanov şöbəsində keçirildi.
Qafqaz Universitetində seminar zamanı Esmira Kazımovanın çıxışı
Esmira Kazımovanın Türkiyənin Sakarya Universitetində 22 dekabr tarixində seminarı keçiriləcək

Esmira Kazımovanın Türkiyenin İzmir şəhərində ailələr üçün təmənnasız seminarı baş tutdu
Esmira Kazımovanın Türkiyənin İzmir şəhərində 26-27 noyabr tarixində Ailələr üçün təmənnasız seminarı baş tutdu. Seminarı Nar Taneleri özəl mərkəzi təşkil etmişdi. Sonda Esmira Kazımovaya mərkəz rəhbərliyi və ailələr adından mükafat hədiyyə edildi. Nar Taneleri mərkəzinin rəhbəri Besim Toker müəllimə düzənlədiyi gözəl tədbir üçün minnətdarlığımızı bildiririk.
Beynəlxalq Əllilər günü münasibəti ilə Qafqaz Universitetində Esmira Kazımovanın seminarı baş tutdu
3 dekabr Beynəlxalq Əllilər günü münasibəti ilə Qafqaz Universitetində Esmira Kazımovanın seminarı baş tutdu. Seminar məhz Qafqaz Universitetinin tələbələrinin istəyi ilə edildi. Qeyd edək ki, seminar 3 mərhələdən ibarət olacaq. Ilk mərhələdə iştirak edənlər digər 2 mərhələdən sonra Qafqaz Universiteti tərəfindən sertifikat əldə edəcəklər.
22 Yanvar 2017-ci il tarixində seminar keçiriləcək
