Video Qalereya

Taqa görə göstərilən məqalələr: Esmira Kazımova

Təlimə Dəstək Mərkəzində 25.05.2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 202, 265, 246, 300, 38, 84, 138, 252, 220 nömrəli məktəblərin inklüziv siniflərinin müəllimləri üçün “İnklüziv siniflərdə təhsil alan şagirdlərdə dinləmə bacarıqlarının inkişafı və lüğət ehtiyatının artırılması” mövzusunda ustad dərs təşkil edilmişdir. Ustad dərsdə TDM-in inklüziv təhsil üzrə metodisti Esmira Kazımova səmərəli və innovativ pedaqoji yanaşmalar ilə müəllimləri tanış etdi. Dərsdə praktik fəaliyyətlər I, II, III, IV sinifdə tədris olunan mövzular əsasında təşkil olunmuşdu.

Qeyd edək ki, Esmira Kazımova TDM-in İnklüziv təhsil üzrə metodisti təyin olunmuşdur

Qeyd: İnklüziv təhsil ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və hər bir uşağın fərdi xüsusiyyətləri və ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəlmişdir.

Bölüm Xəbərlər

Azərbaycanda ilk dəfə! 26-30.07.2016-cı ildə Moskva şəhərində keçirilən Sensor-İnteqrasiya (duyğu-bütünləmə) 5 günlük seminarında Esmira Kazımova iştirak edərək sertifikat aldı. Qeyd edək ki, seminara bir çox ölkə qatılmışdı. Seminar əyani və distant formada keçirildi. Seminarı deyən mütəxəssis isə sensor inteqrasiyanın yaradıcısı Djen Ayresin tələbəsi Syuzın Smit idi. SEMİNAR SİNXRON TƏRCÜMƏ İLƏ HƏYATA KEÇİRİLDİ.

Bölüm Xəbərlər

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr