


Uğurlarımızı sizlərlə paylaşırıq. Belə ki, 25-29.07.2016-cı ildə Moskva şəhərində yerləşən təhsil mərkəzində Loqoped Master mərkəzinin rəhbəri Tomilina Svetlananın 5 günlük keçirdiyi loqopedik ve zond masaj kurs proqramını Esmira Kazımova uğurla başa vurdu. Kursun sonunda sertifikat və xüsusi diplom əldə etdi. Beləki diploma əsasən müxtəlif nitq qüsurları zamanı loqopedik ve zond masajı ilə çalışmaq hüququnu aldı. Qeyd edək ki, bu artıq Esmira xanımın bu mərkəzdən aldığı 2-ci diplomudur. İlk dəfə 2013-cü ildə alıb.