0-5 yaşlı uşağın fizioloji inkişafının diaqnostikası
Körpə dünyaya gələn zaman skeletində sümüklərin sayı təxminən 270-ə bərabər olur (bir çoxu qığırdaq şəklində). Yetkinlik yaşına çatdığı zaman isə çoxu bir-biri ilə birləşərək 200-206 sümük təşkil edir. İnsan orqanizmində təxminən qrup şəklində 640, ayrılıqda isə 850 əzələ olur.
0-5 yaş arası uşaqların ortalama bəynəlxalq göstəricilərə görə fizioloji və fiziki inkişafa nəzər salaq.
Uşaqlarda inkişaf müxtəlifliyi onların individual olmasından, genetikasından və s. irəli gəlir.
- Gülümsəmə - ortalama 5həftə (mümkünlü sərhəd 3-8 həftə)
- Qığıltı - ortalama 7 həftə (mümkünlü sərhəd 4-11 həftə)
- Başı saxlamaq - ortalama 2 ay (mümkünlü sərhəd 1.5-3 ay)
- Əllərin istiqamətli hərəkəti - ortalama 4 ay (mümkünlü sərhəd 2.5-5.5 ay)
- Oturma - ortalama 6 ay (mümkünlü sərhəd 5.5-8 ay)
- İməkləmə - ortalama 7 ay (mümkünlü sərhəd 5-9 ay)
- Sərbəst tutmalar - ortalama 8 ay (mümkünlü sərhəd 5.5-10.5 ay)
- Ayağa qalxma - ortalama 9 ay (mümkünlü sərhəd 6-11 ay)
- Dəstəkli addımlar - ortalama 9.5 ay (mümkünlü sərhəd 7.5-12.5 ay)
- Sərbəst dayanmaq - ortalama 10.5 ay (mümkünlü sərhəd 8-13 ay)
- Sərbəst yerimə - ortalama 11ay (mümkünlü sərhəd 9-18 ay)
Uşağın tam sərbəst yeriməyi öyrənməsi erkən yaşın ən böyük nailiyyətidir. Yeriyən zaman təxmini 200 əzələ fiziki olaraq yüklənir və inkişaf edir ki, bu da gələcəkdə dayaq-hərəkət aparatının daha mükəmməl, daha çətin işlər görməsinə kömək edir.[1]Düzgün yerimə vərdişi uşağın ətraf aləmlə nəinki qarşılıqlı təsirini genişləndirir, eyni zamanda körpənin müstəqilliyini də inkişaf etdirir. Yaş yarımında körpə çətin yerlərdən keçərək yeriməyə çalışır. İki yaşından isə yerimə bacarığı uşağın tələbatına çevrilir və mütəhərrik olmağa cəhd edir.
Yaş həddi |
Oğlanlar |
Qızlar |
||||||
Boy hündür-lüyü |
Çəki
|
Başın dia-metri |
Sinə dia-metri |
Boy hündür-lüyü |
Çəki
|
Başın dia-metri |
Sinə dia-metri |
|
1 |
75.5 |
10.0 |
47.1 |
48.7 |
74.0 |
9.5 |
45.7 |
48.3 |
2 |
86.8 |
12.6 |
49.5 |
51.4 |
86.4 |
12.3 |
48.2 |
50.2 |
3 |
96.0 |
14.8 |
50.5 |
52.8 |
95.1 |
13.0 |
49.6 |
51.8 |
4 |
102.0 |
16.4 |
51.1 |
53.8 |
99.8 |
14.8 |
50.2 |
53.2 |
5 |
108.3 |
18.3 |
51.6 |
55.6 |
106.6 |
16.5 |
50.8 |
54.8 |
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə uşaqların yaş həddinə görə fiziki inkişafının orta göstəriciləri:
Uşaqlar daim hərəkətli və dinamik olmalıdırlar. Onların əzələləri hələ kiçik yaşlarından passiv-fiziki yüklənməlidir ki, əzələ kütləsi artsın və sümüyü rahat hərəkət etdirə bilsin.[1] .
Böyük və kiçik motor bacarıqlarını da unutmaq olmaz. “Motor”- hərəkət deməkdir. Böyük motor bacarıqları dedikdə iməkləmək, oturmaq, sərbəst durmaq, yerində yellənmək, yerimək, tullanmaq, qaçmaq, mayallaq aşmaq, pilləkənə çıxıb düşmək, əşyanı itələmək, dartmaq, qaldırmaq, daşımaq kimi hərəkətlər nəzərdə tutulur. Uşaqların yaşına uyğun fiziki yüklənməsi vestibulyar aparatın inkişafı ilə əlaqədar olur ki, bu da koordinaasiya, balans və müvazinəti saxlamağa kömək edir.
Qəbul edilmiş ümumdünya normativlərinə görə 0-5 yaş arası uşaqların bacarıqlarının qiymətləndirilməsinə nəzər salaq:
(1-2 yaş)
- Uşaq yaxşı yeriyir, qaçır.
- Tullanmağa cəhd edir, maneənin üzərindən keçir.
- Döşəmədə uzanılı vəziyyətdən oturaq vəziyyətə keçir.
- Topu atır və tutur.
- Böyüklərin hərəkətini təkrarlayır, məsələn: əllərini yuxarı qaldırır, aşağı əyilir və əşyanı yerdən qaldırır.
- Əlləri beldə sağa və sola əyilib-düzələ bilir.
(2-3 yaş)
- Tarazlıq saxlamalı, gəzməli, qaçmalı.
- Yeriyərkən maneələrdən keçməli.
- 30 sm-lik parallel xətlər içərisində yeriməli.
- Böyük oyuncaqları dartmalı və tərpədməli.
- Arxaya yeriməli.
- Brus üzərində 4-5 addım atmalı.(kömək ilə)
- Ayaq barmaqlarında durmalı.
- Bir ayaqda 3 saniyə dayanmalı.
- Kömək ilə idman nərdivanına çıxmalı və düşməli.
- 1 metr məsafədən yerdəki səbətə top atmalı.
- Ayaqla topu vurmalı.
- Başı üzərində topu atmalı.
(3-4 yaş)
- Arxaya yeriyərək böyük oyuncaq aparmalı.
- Ayaq uclarında 3 metr yeriməli.
- Döşəmədəki xətt üzərində yeriməli.
- 10 sm hündürlükdəki brus üzərində yeriməli.
- 5 saniyə bir ayaq üzərində durmalı.
- İdman nərdivanına çıxarkən ayaqlarını pillələrə növbəsiz qoyaraq sərbəst çıxıb düşməli.
- Bir əlini yuxarı qaldırıb, dirsəkdən əyib top atmalı.
- Qollarını dirsəkdən əyərkən iki əllə diametri 15 sm olan, topu tutmalı.
- Qaçaraq topu ayaqla vurmalı.
- 30 sm uzunluğa tullanmalı.
- Axırıncı pilləkandan sərbəst tullanmalı.
- Yan tərəfə və əksinə tullanmalı.
- Üçtəkərli velosiped pedalını kəmərələ fırlatmalı.
(4-5 yaş)
- Tək ayaq üzərində 10 saniyə durmalı.
- Üç ardıcıl komandanı yerinə yetirməli.
- Əlləri və ayaqları növbə ilə qoyaraq, idman nərdivanına çıxıb düşməli.
- Hündürlüyə və uzunluğa tullanmalı.
- Topla 2 metr uzunluqdakı hədəf vurulmalı.
- Müəllimin köməyilə turnikdə çəkinməli.
- Müxtəlif cür addımlamalıdır, məs: iri, kiçik, tullanaraq, yana sağa, yana sola.
- Yavaş, mülayim və tez templərdə qaçmalıdır.
- Sinənin köməyilə topu iki əllə tutmalı.
- Üçtəkərli velosipedin pedalını kəmərsiz sərbəst çevirməli.
- Müəllimin əlindən tutaraq birgə tez addımlamalı və birgə qaçmalı.
[2]Bir çox neyro-psixoloqlar məsləhət görürlər ki, hələ kiçik yaşlarından uşaqların fiziki inkişafını artırmaq üçün onlarla müxtəlif maraqlı və əyləncəli oyunlar təşkil olunmalıdır. Həyətə düşən zaman ip, top, həlqə və s. əşyaları götürmək olar ki, oyunlar maraqlı olsun.Yaş həddi artdıqca hərəkətlər çətinləşir. Vaxtında edilməyən fiziki iş sonradan ona görə mürəkkəbləşir ki, bu mərhələli şəkildə olmur.[2] Hərəkət etmək, oyun oynamaq istəməyən tənbəl uşaqların əzələlərini inkişaf etdirmək üçün isə biz izometrik hərəkətlərə müraciət edirik.[3]İzometrik hərəkət nədir? Sümüyün və oynağın hərəkəti olmadan əzələnin fiziki yüklənməsidir. Məsələn: Uşağı qucağımızda ayaq üstə dizləri bükülməmək şərtilə arxasından tuturuq və irəliyə doğru əyilirik və 8-10 saniyə bu vəziyyətdə qalırıq. Bu zaman uşağın kürək əzələləri möhkəmlənir. Kürək əzələlərinin möhkəm olması isə gələcəkdə onurğa sütununun sağa və yaxud sola (skolioz) əyilməməsi deməkdir.
Uşağın sağ ayağını yerdən əlimizlə götürürük, uşaq sol ayaq üzərində 8-10 saniyə qalır. Sonra ayaqları dəyişirik. [4]Çalışmalıyıq ki, uşaqlara hərəki qabiliyyəti tərbiyə edək. Çünki bu fiziki tərbiyənin bünövrəsidir. Hərəki qabiliyyətlər: - qüvvə, dözümlülük, elastiklik (bədənin əyilmə qabiliyyəti), sürət, sürət-güc.
İSTİNAD OLUNAN ƏDƏBİYYATLAR
[1] Kamilə Kazımova (psixologiya üzrə fəlsəfə doktoru).
[2] Ольга Фролова (нейропсихолог), Юлия Титова. “Играть с ребёнком КАК ?”.
[3] Игорь Борщенко (нейрохирург, кандидат мединциских наук). “Изометрическая гимнастика”.
[4] Sakit Əliyev və Nurəddin Hüseynov. “Fiziki Tərbiyə”, Bakı 2019.