Texnologiyanın uşaqlara mənfi təsirləri nələrdir?

Uşaq dünyaya gəldiyi andan, beyninin inkişaf etdiyi vaxtda, yəni kəşf dönəmində dialoqa girməsi mütləqdir. Bu etapda həm emosional bağı formalaşır, həm də koqnitiv inkişafı formalaşır. 3D (telefon, tv, tablet) isə monoloq nitqi yaradır. Yəni orada şəkillər, səslər,rənglər hazır verilir uşağın təxəyyülünün inkişafı necə ola bilər? Belə olduğu halda valideynlər nə etməlidir?

Nəzərə alsaq ki, zaman texnologiya zamanıdır. Bu etapı valideyn necə idarə etməlidir?

Bunu qəbul etməliyik ki, hazırki dövrdə texnologiyanın həyatımıza ciddi təsiri var. Və bu təsir həm də bizim sosiallaşmağımıza da təsir edir. Misal,uşaqlar bir oyun oynayır amma sizin övladınızın telefonu yoxdur deyə bu oyundan xəbərsizdir dolayısı ilə dostları söhbət edəndə sizin uşağınız istəməsə belə söhbətdən kənarda duracaq və s. Belə olduqda nə etməliyik?- Amerika Uşaq həkim Federasiyasının açıqlamalarına görə 0-3 yaş arası uşaqlara texnologiya istifadəsi əsla icazə verilməməlidir. 3-6 yaş arası yəni məktəbəqədər dönəmdə isə gündə 1 saat olmaqla sizin təyin etdiyiniz şeylərə baxa bilər. Bu oynadığı oyun, izlədiyi cizgi film və s. fərq etmir əsas məsələ budur ki, uşağın izlədikləri sizin nəzarətinizdə və bəlli çərçivələrdə olsun. Bu rutini məktəb başlayana qədər qoruyub saxlamaq arzuolunandır. Məktəb dönəmində istər-istəməz uşaqların texnologiya istifadəsi artacaq bu zaman valideynlər mütləq uşaqla bu haqqda müzəkirə aparmalıdır. Valideyn əvvəlcədən tutumunu bildirməlidir. Məsələn,”həftə sonu 2 saat telefondan istifadə edə bilərsən, təyin edilən proqramlara və s. baxa bilərsən” və s. Burada valideynin tutumu çox önəmlidir. Amma bu displini davam etdirmək üçün varolan bütün şərtləri nəzərə almaq lazımdır. Daha yuxarı yaşlarda məsələn 11-16 yaş arasında hər şey qaydasında gedirsə telefondan istifadə edə bilər əks halda reaksiyanızın dəyişəcəyi haqqında əvvəldən məlumat vermək lazımdı. Sadalananlardan başqa nə etmək lazımdır? Ekransız məkanlardan daha çox istifadə etmək lazımdır. Misal,yemək yeyərkən tv izlənməsi arzuolunan deyil. Uşağın yatdığı yerdə ekran olmamalıdır. Bu qayda nə qədər az yaşda tədbiq olunarsa o qədər inkişafı üçün müsbət göstəricidir. Bir tərəfdən isə ekran uşağın yuxuya getməsini gecikdirir.

Günümüzdə valideynləri narahat edən məsələlərdən biri də uşaq və yeniyetmələrin porno izləməsidir. Təbii ki, bu məsələ haqqında çox danışmaq olar ancaq, edə biləcəyimiz ən birinci həll isə uşağı/yeniyetməni müşahidə etmək lazımdır. Unutmayaq ki, 24 saat uşağın başında durmaq mümkün deyil, ancaq, biz zamanı və məkanı idarə edə bilərik, daha kiçik yaşlarda kontrolu  əsas tutmalıyıq, yaş irəlilədikcə isə məsuliyyəti uşağa veririk və uşaqa situasiyaları izah etməliyik. Bu məsələdə ciddi tutum sərgiləmək lazımdır

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr