Bizi izləyin
Bizi İzləyin
NİTQ İNKİŞAF MƏRKƏZİ Haqqında
Nitq inkişaf mərkəzi 2012 ci ildən Bakı şəhərində fəaliyyət göstərir.
Nitq inkişaf mərkəzinin fəaliyyət növləri dar çərçivədə deyil. Mərkəz olaraq Azərbaycanda defektoloq-loqoped sahəsində çoxlu sayda lahiyyələrə imza atıb.
- İlk mərkəz olaraq Azərbaycan Respublikasının bölgələrində səfərlər edib. Bu səfərlər zamanı mərkəzin mütəxəsisləri, mütəxəsislər üçün seminarlar, valideyinlərlə görüşlər təşkil edilib və uşaqlar kansultasiya olunub. Azərbaycan Respublikasının əksər şəhər və rayonlarında məhz Nitq inkişaf mərkəzinin yetirmə defektoloq-loqopedləri fəaliyyət göstərir.
- İlk dəfə Azərbaycanı xarici ölkələrdə konfrans və konqreslərdə təmsil edib(Rusiya, Qazaxıstan, Ukrayna və Türkiyə)
- İlk dəfə xarici ölkələrdə loqopedik kitab və məqalələrə imza atıb (Rusiya,Qazaxistan,Ukrayna və Türkiyə)
- İlk dəfə Daun sindromu haqqında maarifləndirici kitab yazılıb
- İlk Loqopedik sayt məhz Nitq inkişaf mərkəzi tərəfindən yaradılıb. loqoped.az və s.
- İlk Loqopedlər forumu 2014 və Erkən uşaq problemləri-korreksiya yolları -2022 ci il konfransının ideya müəllifi-təşkilatçısı olub
Nİtq inkişaf mərkəzində göstərilən xidmətlər
Defektologiya
Loqopediya
Psixologiya
Kiçik motorika
Mualicəvi bədən tərbiyəsi
Loqopedik masaj
Xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbəqədər və məktəb hazırlığı
Defektoloq-loqopedlər üçün praktika
Defektoloq-loqopedlər üçün seminarlar
Sosial vərdişlərin yiyələnməsi
Duyu bütünləmə-sensor inteqrasiya və s.
Mərkəzin rəhbəri
ESMİRA KAZIMOVA
Kazımova Esmira Rafiq qızı 1991-2001 ci illərdə Bakı şəhər Sabunçu rayonu 96 saylı orta məktəbdə təhsil alıb. 2001-2005 ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetin Defektologiya şöbəsində təhsil alıb. 2014 - 2016-cı illərdə Saratov Dövlət Universitetinin Loqopediya fakultəsində magistr təhsilini alıb. Magistr diplom işinin adı "Erkən Autizm sindromlu uşaqlarda loqopedik işin təşkili" olub. 2005-ci ildən bu günə qədər xüsusi uşaqlar üçün 11 saylı dövlət məktəbində defektoloq-loqoped kimi fəaliyyət göstərir. Eyni vaxtda 2012-ci ildən bəri Nitq İnkişaf Mərkəzlərinin rəhbəri və baş mütəxəsisi kimi çalışır, Autizm qəzetinin redaktoru, Türkiyədə Disleksiya vakfının yazarı və quruculuğunda çalışır. İlk Azərbaycanlı loqoped olaraq Azərbaycanı xarici ölkələrdə ilk təmsil edən loqoped-defektoloq, ilk loqopedik maarifləndirici və autizm saytın qurucusudur (Autizm.az və Loqoped.az), ilk autizm əl kitabçasının, daun sindromu və nitq kitabının, Türkiyədə loqopedik kitabın müəllifi, ilk Autizm mərkəzi ictimai birliyin qurucularından biri, özəl defektoloji-loqopedik mərkəzin qurucularından biridir. Loqoped.az saytının təsisçisidir.
Daha Əraflı...