Müasir dövrümüzdə insanı öyrənən 200-dən çox elm sahələrinin içərisində psixologiya elmi mühüm yer tutur. Psixologiya qədim yunan sözü olub (psyuxe-ruh ruhi aləm loqos-elm bilik öyrənmək) psixika haqqında elm demekdir.Psixologiya fəaliyyət və ünsiyyətin psixoloji probləmlərini öyrənir.
Psixologiya beyində obyektiv aləmin subyektiv sürəti kimi əmələ gələn psixikanın faktları qanunauygunluqları və mexanizimləri haqqında elmdir. Psixologiya psixi proseslər, psixi hallar və psixi xassələr haqqında elmdir. Psixi proseslərdə 3 yerə bölünür. İdrak prosesləri, iradi proseslər və emosianal proseslər. İdrak proseslərinə duyğu, qavrayış, diqqət, hafizə, nitq, təfəkkür və təxəyyül aiddir.
İnsan dünyaya gələrkən nitqi özü ilə hazır şəkildə gətirmir. Uşağın psixi inkişafında nitq çox böyük rol oynayır. Tərbiyyə işi düzgün təşkil edildikdə onun nitqinin inkişafı əsasən 4 mərhələni əhatə edir.
1-Mərhələ
Nitqin nkişafının hazırlıq mərhələsidir. Bu uşağın anadan olduğu gündən 1 yaşa qədər olan dövrü əhatə edir.
2-Mərhələ
Şifahi nitqin inkişafı mərhələsidir-1 yaşdan 3 yaşa qədər olan dövr
3-Mərhələ
Şifahi nitqin zənginləşməsi mərhələsidir-3 yaşdan 7 yaşa qədər olan dövr.
4-Mərhələ
Nitqin təkminlləşməsi və yazılı nitqin inkişafı mərhələsidir-7yaşdan sonrakı dövr.
Nitq uşağın dünyaya gəldiyi gündən etibarən tədricən ünsiyyət vasitəsi kimi inkişaf edir və başqalarının emosianal vəziyyəti, uşaq tərəfindən onun mimikası jest və pantomimikaları vasitəsilə anlaşılır.
3 yaşlı uşağın nitqində 1000-1500, 4 yaşlının nitqində 1600-1926, 5 yaşlı uşağın nitqində isə 2500-3000-ə yaxın söz ehtiyyatı olur. Ona gorə də istər valideyinlər istərsədə tərbiyyəçi müəllimlər uşaqlara geniş izahatlı, düzgün tələffüz qaydalarını elə örətməlidirlər ki, onların nitqi inkişaf edib məktəb təlimi üçün zəruri olan səviyyəyə çatmasına müsbət təsir göstərsin.
İnsan təfəkkürünün inkişafında nitqin rolu çox böyüdür.Nitq vasitəsilə insanlar nəinki öz fikirlərini 1-1 nə çatdırır həm də onların təfəkkürü nitqli ünsiyyət prosesində təşəkkül edir və formalaşır.
Çox zaman nitq qüsurları uşaqlarda kompleks, özün inamsızlıqda yaradır. Bu xüsusiyyətlərə görə uşaqlar məktəbə və baxçaya getmək istəmirlər. Elə psixika var ki nitqi geri salır. Elə qüsulu nitq var ki psixikanı geri salır. Yəni uşağın nitqində qüsur varsa və ya ümumiyyətlə nitq yoxdursa uşağın psixoloji aləminə təsir edir. Beləki nitq vasitəsi ilə uşaq ünsiyyətə girir, lüğət ehtiyyatı artır, təsəvvürlər formalaşır. Nitqdə ləngimə varsa bu xüsusiyyətlərdə ləngiyir. Amma psixoloji olaraq uşaqda ləngimə varsa onun nitqinə mənfi təsirsiz ötüşməyə bilməz.Beləki uşaq deyilən müraciəti anlamırsa onun nitqində, lüğət ehtiyatında qüsurlar olacaq. Buna görədə uşaqla defektoloji-loqopedik iş aparılarkən mütləq uşağın psixoloji səviyyəsi, bacarığı, yaşı, diqqəti və aktivliyi nəzərə alınmalıdır.