Duyğu Bütünləmə Terapiyası

Duyğu Bütünləmə terapiyasi 1960-cı illərdə Amerikalı həkim erqoterapevt J.Ayres tərəfindən, University of Southern California -da edilən araşdırma və işlərdən sonra tətbiq olunmus, butün dünyada, uşaqlar üçün, xüsusilə də autizm başda olmaqla bir çox problemlərin həllində olduqca əhəmiyyətli bir müalicə üsulu olaraq tətbiq olunmağa başlanmışdır. Duyğu Bütünləmə terapiyası, birbaşa olaraq uşağın mərkəzi sinir sisteminə təsir etdiyi üçün sinir sisteminin inkişafını təmin edir.

Bu proses elə bir prosesdir ki, insanın sinir sistemi duyğu reseptorlarından (taktil, vestibülyar aparat, bədən hissi, və ya proprioception, iy, göz, eşitmə, dad hissi) daim informasiya qebul edir, sonra onları elə analiz ve təskil etməlidir ki məqsədyönlü fəaliyyət üşün istifadə edə bilsin. Bir binanın təməlinin möhkəm olması lazım olduğu kimi, öyrənmənin təməlini də duyğu Bütünləmə meydana gətirər.

Normal Duyğu sistemimiz 7 hissədən ibarətdir:

  1. Vestibulyar sistem (tarazlıq): Daxili qulaqda yerləsir. Bu sistem bədənimizin tarazlığını təmin edir.
  2. Proprioseptif sistem (bədən məlumatlılığı): Əzələlərdə və oynaqlarda yer alır və bədənimizin yerlesmesi ve veziyyeti haqqinda, bununla birlikdə bədən parçalarının harada olduğu və necə hərəkət etdiklərinə aid məlumat verir.
  3. Dad Duyğusu: Dildəki dad reseptorları sayəsində şirin, turş, acı və duzlu kimi fərqli dadları hiss etməyimizi təmin edir.
  4. İybilme Duyğusu: qoxular haqqında məlumat verir.
  5. Taktil Duyğu (toxunma) istini, soyuğu, ağrı və təzyiqi ayırd etməyimizi təmin edir.
  6. Görmə Duyğusu: Görmə duyğumuz obyektləri, insanları, rəngləri, ətraf mühiti dərk etməyimizdə böyük rol oynayır.
  7. Eşitmə Duyöusu: səsləri dərk ve ayırd etməyimizə kömək edir.

Duyğu bütünləməsi pozğunluğu (disfunksiya) olan uşaqlar ətraf mühitdə qəbul etdiklərini bütünləşdirə bilmir və parçalardan bir bütöv meydana gətirə bilmirlər. Sensor (duygu) disfunksiyası bir neçə halda ola bilər:

  1. Sensor modulyasiyanin pozgunlugu (sensor mudafiə, sensor axtarıs, cazibə qüvvəsinə qarşı əminsizlik)
  2. Sensor – motor pozğunluqları (dispraksiya və gözəl koordinasiya pozğunluğu)
  3. Qarışıq variant

 

Duyğu (sensor) disfunksiyası davranış spektrinin məhdudlaşdırılması kimi özünü biruzə verir.

1. Hiperfunksiya – sensor mudafiə formasında

Hər hansı bir sensor stimula qarşı çox güclü, neqativ reaksiya göstərilir.

2. Hipofunksiya-sensor autostimulyasiya (sensor axtarış) formasında

Hər hansı sensor stimula qarşı zəif həssaslıq göstərilir.

Duyğu bütünləmə pozğunluğunun əlamətləri:

  • Normadan artıq hiperhəssaslıq və ya əksinə hipohəssaslıq toxunma, görmə , eşitmə impulslarına qarşı
  • Hiperaktivlik
  • Oxuma ve yazmada çətinlik
  • Zəif motor koordinasiya bacarıqları
  • Vestibulyar sistemdə pozğunluqlar (velosiped sürməyi öyrənməkdə çətinlik. Yelləncəyə minmək qorxusu ve.s)
  • Autism
  • Nitqin ləngiməsi
  • Böyük və kiçik motorikanın zəif inkişafı
  • Bəzi paltarları geyinmək istəməməsi və əllerini yaş ve yapışqan şeylərə toxundurmamaq
  • Yemək problemləri ve.s

Hər hansı bir sensor (duyğu) sistemi ayrı – ayrılıqda zədələnə bilər, məsələn uşaq eyni vaxtda gormə, dad stimullarına qarşı hipohəssaslıq göstərdiyi müddətdə eşitmə və taktil (toxunma) stimullarına qarşı hiperhəssaslıq göstərir.

Sensor mudafiənin pozğunluğu zamanı uşaqlar ən sadə adi stimulları (qıcıqları) rahatsızedici və zərərli kimi qəbul edirlər. Sensor mudafiə eyni anda bir və ya bir neçə sensor sistem tərəfindən göstərilə bilər. Bu pozğunluğu olan uşaqların emosional vəziyyəti çox dəyişkən olur. Sensor müdafiənin (siddətini) ağirliq dərəcəsini kompleks qiymətləndirilməsi: həm ilkin diaqnostika, həm terapiyanın dinamikasının müşahidəsi zamanı, həmçinin terapiyanın effektivliyinin dəyərləndirilməsi üçün sensor müdafiənin ağırlıq dərəcəsi şkalasından istifadə etmək tövsiyə olunur.

Sensor disfunksiyalı uşaqların müalicəsi kompleks xarakter daşimalıdır və bura sensor summasiyanın metodları, bazal stimulyasiya, duyğu bütünləmə və sensor dieta ilə yanaşı idman, psixo-pedaqoji korreksiya və medikamentoz müalicə daxil olmalıdır.

Bütün dünyada duyğu bütünləmə terapiyası ilə erqoterapevtlər məşğul olurlar (ingiliscə bu pəşenin adi Occupational therapy). Türkiyə ve Rusiyada bu ixtisas çox təzədir. Bu otaqları (sensor inteqrasiya otağı) reabilitasiya mərkəzləri, ABŞ və Avropanın bütün xüsusi məktəblərində görmək olar. Mütəxəssis belə sensor əksiklikləri olan uşaqlarla xüsusi avadanliqlarla təchiz olunmuş otaqda məşğul olur.

Müalicə seansının əvvəlinde uşaq xüsusi testlər SIPT (Sensory Integration and Praxis Tests) vasitəsi ilə qiymətləndirilir və hansı sahələrdə nə şəkildə problem yaşadığı ayird edilir. Her bir uşağa probleminə yönəlmiş fərdi müalicə proqramı (sensor dieta) tərtib olunur. Sensor dieta dedikdə beynin normal fəaliyyəti üçün lazım olan stimulların qəbul olunmasını təmin edən məşğələ və prosedurların planıdır. Bu terapiya fonunda uşaqlar sensor təcrübə əldə edirlər.

Duyğu bütünləmə terapiyası çərçivəsində düzgün ve dəqiq seçilmiş təlimlər vasitəsi ilə uşağın qorxuları aradan qalxır və inkişaf etməyə başlayır.

Nigar Alibeyli Alibala qızı

Azərbaycan Tibb Universiteti

İş staji 6 il

 

Ədəbiyyat:

  • «Ребенок и сенсорная интеграция» - Э. Джин. Айрес.
  • «Сенсорная интеграция в диалоге» Улла Кислинг
  • http://sensint.ru/ - АССОЦИАЦИЯ СПЕЦИАЛИСТОВ СЕНСОРНОЙ ИНТЕГРАЦИИ

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr