Müalicəvi Bədən Tərbiyəsi və xüsusi qayğıya ehtiyacı olan uşaqlar

Müalicəvi Bədən Tərbiyəsi (MBT)

MBT-potoloji prosesin fəsadlarının qarşısını almaq və əmək qabilliyyətinin tezliklə bərpa olması üçün müalicə proflaktik məqsədilə həm gimnastik hərəkətlər,həm də bədən tərbiyəsi üsul və vasitələrindən istifadə olunan müalicə metodudur.

Bir çox xəstəliklərin sağalmasında MBT-si böyük əhəmiyyət kəsb edir. MBT-nin məqsədi-əzələləri gücləndirmək;daxili orqanların fəaliyyətini yaxşılaşdırmaq;əsəb sistemini normaya salmaq;sümük və oynaqları normal işlək vəziyyətə gətirmək və orqanizmin bütünlükdə fuksional vəziyyətini qaldırmaqdır.

MBT-nin üsul və vasitələri:

  • gimnastik hərəkətlər;
  • nəfəs məşqləri;
  • müalicəvi massaj;əzələ boşalması;
  • yeriş;
  • su prosedurları.

MBT-nin köməyi ilə sağalmalarını sübut edən xəstəliklərə nəzər salaq:

  • Nevrasteniya-oyanıqlıq,əsəbilik,qıcıqlanma.
  • Nevralgiya-sinirlərin yığılması,qıc olması.
  • Artrit-oynaq toxması zədəsi.
  • Artroz-oynaqda qığırdağ toxması zədəsi.(quruyur,səthi çat-çat olur və s.)
  • Poliartrit-eyni anda müxtəlif,bir neçə oynaq iltihabı.
  • Hipertoniya-arterial təzyiqin yüksək olması.
  • Skolioz,kifoz,lordoz-onurğa deformasiyaları.
  • Bronxial astma-ağciyər tənəffüs yollarının iltihabı.
  • Qəbizlik-bağırsaq hərəkətlərinin yetərsiz olması.

Bir çox xəstəliklər zamanı fiziki məşğələlərin tətbiqi əmək qabiliyyətinin bərpasını tezləşdirir.Xroniki xəstəliklər zamanı da MBT-nin tətbiqinə ehtiyac duyulur.

Əzələlərin hərəkəti, mərkəzi sinir sisteminə təsir edərək beyin qabığının oyanmasına müsbət təsir ğöstərir. Xüsusi qayğıya ehtiyacı olan (autizm və daun sindromu, uşaq serebral iflici, psixi ləngimə, davranış pozuntusu, hiperaktiv və s.) uşaqlara müalicəvi bədən tərbiyəsinin əvəzsiz köməyi olur. Gimnastik hərəkətlərin və idman məşqlərinin “duyğu bütünləmə” ilə birgə tətbiqi cox yaxşı effekt verir.

Duyğu bütünləmə-duyğu üzvülərinin (görmə, eşitmə, iy bilmə, dad bilmə, toxunma) işləməsi,birləşməsi və ətaf aləmdən informasiya almasıdır. Duyğu üzvülərimiz bir başa mərkəzi sinir sistemi ilə bağlıdır. Uşaqda bu hissləri yüksəltmək və inkişaf etdirmək, müalicəvi bədən tərbiyəsi dərsi ilə yaxşı effekt verir. Dərs fərdi şəkildə keçirilir. Mütəxəssis, müəllim və ya təlimatçı, ilk öncə fərdi yanaşma prinsipinə əməl etdiyi kimi, həm də müəyyən qədər psixoloq olmalıdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara şablon yanaşma metodu yaramır. Çünki, həmin qüsurun öz diaqnozu,bu diaqnozun isə öz dərəcəsi var.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara fiziki aktivliyi, duyğu hisslərini, qaməti, tarzalığı, fiziki bacarıqları, əmrlərə tabe olmağı, komandaları yerinə yetirməyi öyrətmək üçün xüsusi təlim məşqləri mövcuddur.Təbii ki, uşağı psixi tarazlıq vəziyyətinə gətirdikdən sonra.

Hündürlükdən qorxmamaq, atmaq, tutmaq, çıxmaq, düşmək, qaçmaq, hoppanmaq, oturmaq, durmaq bacarıqlarına yiyələnmək və bütün fobiyaları dəf etmək, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün vacib şərtdir.

İmmun sistemini, fiziki aktivlik qədər heç bir şey gücləndirə bilmir. İdman sağlamlığın təməli olduğu kimi, daim dinamiklik, sağlam həyatın mənbəyidir.    

Ümumiyyətlə insanın hərəki vərdişləri, doğulandan 4 yaşına qədər ki dövrdə qazanılan bacarıqlardan asılı olur. Uşağın 0-4 yaş bəzi bacarıqlarına nəzər salaq:

 

N Yaş Bacarıqlar
1. 6 ayında Qarnı üstə uzanaraq tarazlığı saxlamağa cəhd edir
2. 6 ayında Qarnı üstə uzanaraq əllərlə özünə dayaq verərək, gövdəni ,qarnı azca qaldırır
3. 6 ayında Qarnı üstə uzanarkən ayaqlarını cüt və ayrı şəkildə özündən yuxarı qaldırır
4. 6ayında Qarnı üstə uzanarkən sağa və sola yarım çevrilib əşya götürür
5. 6 ayında Kürək üstə uzanmış vəziyyətdən qarnı üstə çevrilir
6. 6 ayında Uşağı oturdan zaman o, özünə əvvəlcə başı, sonra isə əlləri ilə kömək edir
7. 6 ayında 10 dəqiqə otura bilir
8. 6 ayında Duruş zamanı ağırlığı tam ayaqlarına verir

 

N Yaş Bacarıqlar
1. 12-15 ay Arabanı itələyərək gedir
2. 12-15 ay Tam sərbəst dizləri üstə durur
3. 12-15 ay Kimsə bir əlindən tutsa,özü adımlayır
4. 12-15 ay 10 saniyə ayaqda dura bilir
5. 12-15 ay Döşəmədən sərbəst qalxa bilir
6. 12-15 ay Oturaraq top ata bilir

 

N Yaş Bacarıqlar
1. 15-24 ay Tam sərbəst gəzməlidir,əllər boş və rahat olur
2. 15-24 ay Alçaq oturacaqdan özü sərbəst durur
3. 15-24 ay Göznü yerdən çəkərək ,qaçır və ya tez gedir
4. 15-24 ay Pilləkənlərdən ayaqları aşağı vəziyyətdə iməkləyərək   aşağı düşür
5. 15-24 ay Gedərkən qəflətən dayanıb və çevrilə bilər
6. 15-24 ay Bir əli ilə sizin əlinizdən tutaraq pilləkənləri çıxır
7. 15-24 ay Kömək vasitəsilə hoppanmalara başlayır

 

N Yaş Bacarıqlar
1. 2-3 yaş arası Gedərkən 30 sm diametrində əşyanı aparır
2. 2-3 yaş arası Yeriş zamanı maneələr üzərindən keçir
3. 2-3 yaş arası Tarazlığını itirmədən çömbəlib oturur və oyuncaqlarla oynayır
4. 2-3 yaş arası İrəliyə qaçarkən bütün ayaq altını yerə qoyur
5. 2-3 yaş arası Ayaqları ucunda durmağı bacarır
6. 2-3 yaş arası Böyük oyuncaqları itələyə və arxaya   addımlaya bilir

 

 

N Yaş Bacarıqlar
1. 3-4 yaş arası Ayaqları ucunda 3 metr gedə bilir
2. 3-4 yaş arası Qaçır,dayanır,dönür və maneələrədn keçir
3. 3-4 yaş arası Məhəccərdən tutmayaraq pilləkənləri qalxa bilir
4. 3-4 yaş arası Pilləkənlərdən düşərkən məhəccərdən tutur
5. 3-4 yaş arası Qaçaraq topu ayağı ilə vurur
6. 3-4 yaş arası Divara bərkidilmiş hündürlüyü 3 metr olan nərdivana çıxıb, düşür
7. 3-4 yaş arası Yana hoppanır və əksinə, həm də 30 sm uzunluğa tullanır

 

Ədəbiyyat:

1 - www.mediclub.az

2 - Ассоциация даун синдром. Программа ранне педагогической помощи детям с отклонениям в развитии. Университет Маккуэри, Маленькие Ступеньки книга 8.

Перечень умений, определяющих развитие вашего ребенка.

Рекомендовано Министерством Образования РФ

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr