Video Qalereya

LoqopedAz

LoqopedAz

Artıq 8 ildir məşhur türkiyəli sənətkar İbrahim Tatlısesin şəxsi loqopedi kimi fəaliyyət göstərən azərbaycanlı mütəxəssis, yaxın günlərdə maraqlı bir hadisə ilə yadda qaldı.

Nitq İnkişaf mərkəzinin rəhbəri Esmira Kazımova və baş defektoloq-loqopedi Aynurə Cəfərova 8-12 noyabr tarixlərində Türkiyənin 3 şəhərində oldular. Esmira Kazımova və Aynurə Cəfərova İzmit şəhərində Sense Özel eğitim mərkəzində, İzmir şəhərində Mavi İşık Özel eğitim mərkəzində, eyni zamanda Aynurə Cəfərova Bursa şəhərində Ümmühankeyifkoç özel eğitim mərkəzində dərslərdə iştirak etdilər, uşaqların inkişafını izlədilər və onlara yeni proqramlar yazdılar.

Nitq İnkişaf mərkəzinin rəhbəri Esmira Kazımova və baş defektoloq-loqopedi Aynurə Cəfərova 21-31 iyul tarixlərində Türkiyənin 5 şəhərində oldular. İstanbul şəhərində Evimotizm eğitim mərkəzində, İzmit şəhərində Sense özel eğitim mərkəzində, İzmir şəhərində Mavi İşık özel eğitim mərkəzində, Bursa şəhərində Ümmühankeyifkoç özel eğitim mərkəzində və Ankara şəhərində Nurşin Polat çocuk gelişim mərkəzində dərslərdə iştirak edib, uşaqların inkişafını izləyib, yeni proqramlar yazdılar.

 

Esmira Kazımova Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Psixologiya Zirvəsi-2" "Covid-19 pandemiyasından sonrakı dövrdə psixoloji adaptasiya və psixoloji rifah" mövzusunda keçirilən beynəlxalq konfransda "Uşağım niyə danışmır?" mövzusunda məruzə ilə çıxış etdiyinə görə təşəkkürnamə ilə təltif olunur.

Azərbaycan Dillər Universitetinin 'korreksiyaedici təlim' fakültəsinin tələbələrinin Nitq  İnkişaf mərkəzində təcrübə proqramları başa çatdı

Təlimə Dəstək Mərkəzində 25.05.2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 202, 265, 246, 300, 38, 84, 138, 252, 220 nömrəli məktəblərin inklüziv siniflərinin müəllimləri üçün “İnklüziv siniflərdə təhsil alan şagirdlərdə dinləmə bacarıqlarının inkişafı və lüğət ehtiyatının artırılması” mövzusunda ustad dərs təşkil edilmişdir. Ustad dərsdə TDM-in inklüziv təhsil üzrə metodisti Esmira Kazımova səmərəli və innovativ pedaqoji yanaşmalar ilə müəllimləri tanış etdi. Dərsdə praktik fəaliyyətlər I, II, III, IV sinifdə tədris olunan mövzular əsasında təşkil olunmuşdu.

Qeyd edək ki, Esmira Kazımova TDM-in İnklüziv təhsil üzrə metodisti təyin olunmuşdur

Qeyd: İnklüziv təhsil ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və hər bir uşağın fərdi xüsusiyyətləri və ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəlmişdir.

Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımova və baş loqopedi Aynurə Cəfərovanın Türkiyənin İzmit, Bursa, İzmir və İstanbul şəhərlərinə 1 həftəlik səfərləri oldu. Belə ki, Esmira Kazımova və Aynurə Cəfərova 4 mart İzmit şəhərində fəaliyyət göstərən Sense Özel eğitim mərkəzində, 5-6 mart Bursa şəhərində, 7 mart İstanbul şəhərində fəaliyyət göstərən Evimotizm mərkəzində və 8-9 mart İzmir şəhərində fəaliyyət göstərən Mavi İşık Özel eğitim mərkəzində ailələr ilə görüşdülər. Həmçinin orada fəaliyyət göstərən mütəxəssislərə təlimlər verib, uşaqları yoxlayıb, proqram verdilər.
Qeyd edək ki, Esmira Kazımova və Aynurə Cəfərovanın Türkiyəyə növbəti səfəri iyun-iyul aylarında planlaşdırılır.

Esmira Kazımovanın Türkiyənin Nar Taneleri mərkəzlərində 5 illik fəaliyyəti sona çatdı

Nitq inkişaf mərkəzinin mütəxəssisləri Esmira Kazımova və Aynurə Cəfərova Ölkələrarası Nəfəs problemləri və miofunksional terapiya 2020 konfransında onlayn olaraq qatıldı. Bu üzrə çalışmaq hüququnu qazandı. Qeyd edək ki, konfransı Ölkələrarası Miofunksional asosiasiyası təşkil etmişdir

Esmira Kazımova yenə bir ilkə imza atdı. MBD dövlətlərində yayımlanan jurnalda yazısı çıxdı. Jurnal daun sindromlu övladı olan ailələr və bu sahədə çalışan mütəxəssislər üçün nəzərdə tutulub. İlk Azərbaycanlı loqoped kimi bu jurnalda yazısı olması ve yayımlanması bütün Azerbaycanlı loqopedlerin uğurudur.

Səhifə 1 - 44-dən(dan)

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr