Video Qalereya

LoqopedAz

LoqopedAz

Cümə axşamı, 06 İyun 2019 10:43

Esmira Kazimova yenede bir ilke imza atdi!

Beləki 30.05.2019 ci il tarixində Rusiyanın Lipesk vilayətinin İnkişaf ve Təhsil Dovlet Üniversitetinin kecirdiyi xüsusi təhsillə bağlı konfransında Azərbaycanı ilk dəfə Esmira Kazimova təmsil etdi. Üzürlü səbəblərdən dolayı konfransa qatilmasada onlayn olaraq qatıldı və Esmira Kazımova haqqında qısa video çarx paylaşıldı. Tək Esmira xanım haqqında qısa video deyil həmçinin Nitq inkişaf mərkəzinin fəaliyətləriylə bağlı videoda konfransda yayımlandı.

Konfransın sonunda çıxan yığma kitabda Esmira Kazimovanın Autizm sindiromlu uşaqlarda lüğət ehtiyatının artırılması mövzusundaki yazısıda dərc edilib.

Esmira Kazımovanın 05.05.2019-cu il tarixində sadəcə mütəxəsislər üçün nəzərdə tutulmuş Afaziya seminarı baş tutdu. Azərbaycanın bir çox bölgələrindən və Türkiyədən belə mütəxəsislər bu seminara qatıldı. Seminar sonunda iştirakçılara material və sertifikat verildi. Hər kəsə mərkəzimiz adından uğurlar arzu edirik. Avqust -Sentyabr ayında 3 seminarla görüşünüzə gələcəyik.

Esmira Kazımovanın 24.02.2019-u il tarixində Türkiyənin İzmir şəhərində Autizm sindromu ve nitq mövzusunda seminarı baş tutdu. İştirakçılara uğurlar arzu edirik!

Esmira Kazımovanın Türkiyənin İzmir şəhərində Autizm sindromu və nitq mövzusunda seminarı baş tutdu. Seminarı Nar taneleri eğitim ve reablitasyon mərkəzi təşkil etdi.

Çərşənbə axşamı, 01 Yanvar 2019 21:19

Esmira Kazımova IV Ölkələrarası Disleksiya konqresində

15-16 dekabr ayında Türkiyənin Eskişeher Osmanqazı Universitetində Ölkələrarası Disleksiya konqresi keçirildi. Konqresi Türkiye Disleksiya Vakfı teşkil etmişdi. Bir neçə ölkənin qatıldığı konqresdə Azərbaycanı yenədə Esmira Kazımova təmsil etdi. Esmira xanımın çıxışından başqa workşopuda baş tutdu. Həmçinin konqresin kitabçasında da Esmira Kazımovanın mövzusunun qısa mətni yer aldı. Sonda Vakıf tərəfindən Esmira Kazımova mükafatlandırıldı.

Türk dünyasının səs imperatoru İbrahim Tatlıses Esmira Kazımovayla bağlı fikirlərini şəxsi instaqram səhifəsində paylaşıb. Biz bu paylaşımdan çox qürurlandıq və bu sevincimizi sizlərlə paylaşdıq.

İbrahim Tatlısesin paylaşımından sonra bir neçə türk maqazin saytlarıda bu paylaşıma yer verərək Esmira Kazımovanın həqiqi və bacarıqlı loqoped olaraq qələmə alıblar.

Səhifə 3 - 44-dən(dan)

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr