Autizm və nitq
Autizm sindiromu XXI əsrin qlobal psixoloji problemlərindən biri sayılır. Autizm latın sözü olub özü deməkdir. Yaranma səbəbi tam məlum deyil. Əsasən oğlan uşaqlarında rast gəlinir. Autizm sindiromunun bir neçə növü var: atipik autizm, ret sindiromu, tipik autizm ve s. Autizm sindiromu diaqnozunu uşağa yalnız uşaq psixiatoru qoya bilər. Autizm sindiromlu uşaqları digər uşaqlardan kliniki cəhətdən əsas 3 xüsusiyyetinə görə fərqləndirmək olar.
- Sosiallaşma( ünsiyyət)
- Təsəvvürlerin olmaması
- Stereotiplərin olması
Autizm sindromlu uşaqlarda rast gəlinən nitq problemləri:
- Tipik olmayan ilk sözlər
- İkinci və ya üçüncü şəxsin dilindən danışmaq
- Exolaliya(əksolunma)
- Semantik cəhətdən düzgün olmayan ünsiyyət
- Nitqdən ünsiyyət üçün istifadə edilmir.
Mərkəzi nitq aparatında broka və ya vernika hissələrinin zədələnməsi nəticəsində uşağa alaliya nitq qüsurunu (mator və ya sensor) qoymaq olar. Bu isə sözsüz aparat vasitəsi ilə müəyyən olunur. Bəzən Autizm sindromlu uşağa alaliya diaqnozu qoyulur. Çünki autiklər eşidirlər amma danışmırlar. Alaliklərdə eyni ilə eşidirlər amma danışmırlar. Amma fərq var. Çünki autiklərin bu problem neyropsixoloji pozuntudur. Alaliklərin isə mərkəzi nitq aparatı əlaqəlidir. Əgər autizm sindromlu uşaqda orqanik pozuntu aşkarlanarsa və bu zamanda mərkəzi nitq aparatı zədələnərsə Alaliya nitq qüsurunu qoymaq olar. Amma çox az halda bu mümkündür. Əksər halda autizm sindromlu uşağa alaliya diaqnozu qoyulmur.
Autizm sindiromlu uşaqların 30 % danışmır. Amma axır zamanlar bu faiz yaxşılığa doğru dəyişilir. Ən əsası da unutmaq olmaz ki,autizm sindiromlu uşaqla iş nə qədər tez başlanılarsa bir o qədər də tez effekt əldə edilər. Xüsusi ilə qeyd etmək lazımdır ki,autizm sindiromlu uşaqla defektoloji loqopedik iş nə qədər tez başlansa uşağın nitqində tez irəliləyiş olar. 5 yaşından sonra autizm sindiromlu uşağın nitqinə müdaxilə etmək çox çətin olur.
Autizm sindiromlu uşaqlarda əsasən kəkələmə, alaliya, dislaliya, apraksiya, dizartriya kimi nitq qüsuları olur. Çox zaman isə yalnışlıqla autizm sindiromlu uşaqlar kurs-kurs masaj olunur. Bu ise autizm sindiromlu uşaqların heç xoşuna gəlmir. Masaj əsasən nitqində qüsur (yəni səs problemi) olarsa, artikulyar aparatda gərginlik və ya süstlük olarsa istifadə olunur. Əgər bu kimi problemlər varsa da ilkin olaraq artikulyar gimnastikalara üstünlük vermək lazımdır. Yəni tibbi müdaxiləsiz.
Autizm sindiromlu uşaqlar üçün çoxlu sayda proqramlar da var. ABA terapiya, Teach, Peach, Hipoterapiya, Delfinlərlə terapiya ve s.
Nitq inkişafin geriliyi
Nitq ilkin yaş dövrlərində əmələ gələn lazimi funksiyadir. Nitqin inkişafi bir neçə faktordan asilidir:uşağın özünün xüsusiyyətindən, sosial ortamnan, cinsindən (qizlar oğlanlara nisbətən daha tez danışmağa meillidirlər), valdeynlərlə ünsiyyetdən,fizioloji xüsusiyyətdən və.s Böyüyün nitqi uşaq üçün çox vacibdir. Nitq inkişafin ləngliyi - uşagin nitqinin digər uşaqların nitqinə nisbətən gecikməsidir. NİL zamani uşaq danişa bilir amma yaşıdlarına nisbətən nitqində geriləmə olur. Xüsusi ilə də qeyd etmək lazimdir ki nitqin ləngliyi ümumi psixikayada təsirsiz ötuşməyə bilməz. Bu zaman uşaq ətrafdaki insanlarla ünsiyyətdən qacir və ya çətinlik çəkir, emosiyalarin əmələ gəlməsində və formalaşmasinda gecikme muwahide olunur, hətda davranışada mənfi təsir göstərir.
YARANMA SƏBƏBLƏRİ
- Nitqin ləngiməsi bu zamanlar yaranır.
- Uşaqla danışmayanda və ya uşaq öz dilində danışır valideyn isə fikir vermir.Uşaq isə öz ampulasında davam edir.
- Travma,baş beyinin zədələnməsi nəticəsində həmçinin bətin daxilinə sonrakı yaş dövrlərində xəstəliklərin olmasi.
- Uşagin eşitməsində probləmlər olanda. Nitqin inişafinda ləngliyi uşağin 3-4 yaş aralarinda muəyyən etmək olar. Amma bu diaqnozu qoymaq üçün nevropataloqun, psixoloqun və loqopedin rəyi üst-üstə düşməlidir. Bu zaman loqopedlə yanaşi psixoloqun işi vacib sayilir. 2-lik də daha gözəl effekt alınır. Nitqin ləngiməsi zamanı əsasən bu problemlər ortaya çıxır.
- Nitqin hər tərəfli pozuntusu
- Deyilişi zamanı səs pozuntusu
- Qramatik cəhətdən düzgün olmayan deyiliş
- Luğət ehtiyyatının zəifliyi
- Tempin və ahəngin pozuntusu
- Deyilən müraciəti anlamaması
Nitq inişafının ləngliyi aradan qaldırılmasında valideyinlər daha çox maraqlı olmalıdırlar. Yəni onlar mütəxəsislərin tapşırıqlarını evdə mütləq etməli, uşaqla sıx ünsiyyət qurmali, uşaği televizordan kompyüterdən uzaqlaşdırmalıdırlar. Ən əsasıda uşağı baxçaya qoymaq da bu işdə sizə yaxından yardım edər.
Defektologiya və loqopediya
XIX əsrə qədər defektologiya psixologiya elminin nəzdində fealiyyet göstərib. Defektologiya yunan sözü olub defekt-qüsur demekdir. Defektologiya 4 sahədən ibarətdir.
- Loqoped
- Surdopedaqoq
- Tiflopedaqoq
- Oliqofren pedaqoq
Loqopediya nitqi qüsurlu uşaqların təlim tərbiyəsi inkişafı və təhsili ilə məşğul olan elm sahəsidir. Loqopediya nitq fəaliyyətini pozulmasının səbəbiniçmexanizimini, simptometikasını və quruluşunu öyrədir. Loqopediya yunan sözü olub düzgün nitq tərbiyyəsi mənasını bildirir.
Nitqi qüsurlu uşaqlar loqopadlar adlanır. Nitqin pozulması 1 sıra elm sahələri tərəfindən tədqiq edilir. Linqivistika, fiziologiya, nevropotologiya, psixologiya, və.s. Loqoped nitqi qüsurlu uşağı qəbul edərkən nitq xəritəsi tutmalıdır. Nitq xəritəsi hər 3 aydan bir yenilənməlidir. Bu zaman nitq qüsurlarında fərq hiss olunacaq.
Loqopediya bir elm kimi dilin və nitqin sosial mahiyyətlə şərtləşən,uşağın nitq inkişafı, təfəkkürünü bütövlükdə psixi fəaliyyətilə sıx əlaqədə olan vacib nəzəri və praktik əhəmiyyətə malikdir. Nitq funksiyası insanın ən vacib psixi funksiyalarından biri sayılır. Nitq inkişafı prosesində idrak fəaliyyətinin ali formaları təfəkkür anlayışları formalaşır. 5 yaşında uşaqlarda nitq tam formalaşır və ən çətin sayılan R S L səsləri düzələ bilər.
Nitq qüsurları
Nitq əsas psixi funksiyalardan biri olub əsas kamukativ funksiyadır. Ancaq insana məxsusdur. Ünsiyyət vasitəsilə insanın şüuru inkişaf edir və zənginləşir. Müasir dövrdə uşaqların çoxu ünsiyyətdən qaçır. Çünki hazırki dövr texnika dövrüdür. Televiziya, kompyuter, internet inkişaf etdiyi üçün uşaqları cəlbi edir. Uşaqlar televiziya ya baxır və fikri tamamilə orda olur. Əksər hallarda bu zaman uşaqlarda iki dillilik yaranır. Nitq qüsurlarının yaranmasının əsas 2 səbəbi var. Orqanik və sosial-psixoliji. Orqanik səbəblərə bətndaxili dövrdə doğuş zamanı və ya doğuşdan sonra beynin inkişafdan qalması və zədələnməsi, nitq orqanlarınin müxtəlif cür orqanik pozğunluqları aiddir. Sosial-Psixoloji səbəblərə ətraf mühitin nitqə müxtəlif cür mənfi arzu olunmaz təsirlərinə aid edir. Buna eşitmə qüsurlu valideinlərin tərbiyyə etdiyi eşidən uşağın nitqinin inkişafından qalması, uzun müddət xəstə olan və qosbitalizə edilən uşağın nitqinin inkişafından qalmasını,ailədə uzun müddət psixotravmatik şəraitdə uşaqda kəkələmənin yaranması və.s misal göstərmək olar.
Klinik pedaqoji təsnifatda göstərilən nitq pozğuntuları 2 əsas qrupa bölünür
- Şifahi nitq pozğuntuları
- Yazılı nitq pozğuntuları
Şifahi nitq pozuntusu disfaniya (afoniya), bradilaliya, texilaliya, kəkələmə, dislaliya, dizartiriya, rinolaliya, afaziya, alaliya aiddir.
Yazılı nitq pozuntusuna disleksiya və disqrafiya aiddir.
Disleksiya oxu prosesinin qismən pozuntusu deməkdir. Həriflərin tanınmaması,hecalarda və hecaların sözlərdə birləşməsi ilə bağlı çətinliklər oxunun ləngiməsinə, sözün səs formasının səhv əks olunmasına, hətta ən sadə mətinin səhv başa düşülməsinə səbəb olur. Ağır dərəcəsi aleksiya adlanır.
Disqrafiya yazı prosesinin qismən pozuntusu deməkdir. Ağır dərəcəsi aqrafia adlanır.
Psixologiya və nitq
Müasir dövrümüzdə insanı öyrənən 200-dən çox elm sahələrinin içərisində psixologiya elmi mühüm yer tutur. Psixologiya qədim yunan sözü olub (psyuxe-ruh ruhi aləm loqos-elm bilik öyrənmək) psixika haqqında elm demekdir.Psixologiya fəaliyyət və ünsiyyətin psixoloji probləmlərini öyrənir.
Psixologiya beyində obyektiv aləmin subyektiv sürəti kimi əmələ gələn psixikanın faktları qanunauygunluqları və mexanizimləri haqqında elmdir. Psixologiya psixi proseslər, psixi hallar və psixi xassələr haqqında elmdir. Psixi proseslərdə 3 yerə bölünür. İdrak prosesləri, iradi proseslər və emosianal proseslər. İdrak proseslərinə duyğu, qavrayış, diqqət, hafizə, nitq, təfəkkür və təxəyyül aiddir.
İnsan dünyaya gələrkən nitqi özü ilə hazır şəkildə gətirmir. Uşağın psixi inkişafında nitq çox böyük rol oynayır. Tərbiyyə işi düzgün təşkil edildikdə onun nitqinin inkişafı əsasən 4 mərhələni əhatə edir.
1-Mərhələ
Nitqin nkişafının hazırlıq mərhələsidir. Bu uşağın anadan olduğu gündən 1 yaşa qədər olan dövrü əhatə edir.
2-Mərhələ
Şifahi nitqin inkişafı mərhələsidir-1 yaşdan 3 yaşa qədər olan dövr
3-Mərhələ
Şifahi nitqin zənginləşməsi mərhələsidir-3 yaşdan 7 yaşa qədər olan dövr.
4-Mərhələ
Nitqin təkminlləşməsi və yazılı nitqin inkişafı mərhələsidir-7yaşdan sonrakı dövr.
Nitq uşağın dünyaya gəldiyi gündən etibarən tədricən ünsiyyət vasitəsi kimi inkişaf edir və başqalarının emosianal vəziyyəti, uşaq tərəfindən onun mimikası jest və pantomimikaları vasitəsilə anlaşılır.
3 yaşlı uşağın nitqində 1000-1500, 4 yaşlının nitqində 1600-1926, 5 yaşlı uşağın nitqində isə 2500-3000-ə yaxın söz ehtiyyatı olur. Ona gorə də istər valideyinlər istərsədə tərbiyyəçi müəllimlər uşaqlara geniş izahatlı, düzgün tələffüz qaydalarını elə örətməlidirlər ki, onların nitqi inkişaf edib məktəb təlimi üçün zəruri olan səviyyəyə çatmasına müsbət təsir göstərsin.
İnsan təfəkkürünün inkişafında nitqin rolu çox böyüdür.Nitq vasitəsilə insanlar nəinki öz fikirlərini 1-1 nə çatdırır həm də onların təfəkkürü nitqli ünsiyyət prosesində təşəkkül edir və formalaşır.
Çox zaman nitq qüsurları uşaqlarda kompleks, özün inamsızlıqda yaradır. Bu xüsusiyyətlərə görə uşaqlar məktəbə və baxçaya getmək istəmirlər. Elə psixika var ki nitqi geri salır. Elə qüsulu nitq var ki psixikanı geri salır. Yəni uşağın nitqində qüsur varsa və ya ümumiyyətlə nitq yoxdursa uşağın psixoloji aləminə təsir edir. Beləki nitq vasitəsi ilə uşaq ünsiyyətə girir, lüğət ehtiyyatı artır, təsəvvürlər formalaşır. Nitqdə ləngimə varsa bu xüsusiyyətlərdə ləngiyir. Amma psixoloji olaraq uşaqda ləngimə varsa onun nitqinə mənfi təsirsiz ötüşməyə bilməz.Beləki uşaq deyilən müraciəti anlamırsa onun nitqində, lüğət ehtiyatında qüsurlar olacaq. Buna görədə uşaqla defektoloji-loqopedik iş aparılarkən mütləq uşağın psixoloji səviyyəsi, bacarığı, yaşı, diqqəti və aktivliyi nəzərə alınmalıdır.