Nitq ilkin yaş dövrlərində əmələ gələn lazimi funksiyadir. Nitqin inkişafi bir neçə faktordan asilidir:uşağın özünün xüsusiyyətindən, sosial ortamnan, cinsindən (qizlar oğlanlara nisbətən daha tez danışmağa meillidirlər), valdeynlərlə ünsiyyetdən,fizioloji xüsusiyyətdən və.s Böyüyün nitqi uşaq üçün çox vacibdir. Nitq inkişafin ləngliyi - uşagin nitqinin digər uşaqların nitqinə nisbətən gecikməsidir. NİL zamani uşaq danişa bilir amma yaşıdlarına nisbətən nitqində geriləmə olur. Xüsusi ilə də qeyd etmək lazimdir ki nitqin ləngliyi ümumi psixikayada təsirsiz ötuşməyə bilməz. Bu zaman uşaq ətrafdaki insanlarla ünsiyyətdən qacir və ya çətinlik çəkir, emosiyalarin əmələ gəlməsində və formalaşmasinda gecikme muwahide olunur, hətda davranışada mənfi təsir göstərir.
YARANMA SƏBƏBLƏRİ
- Nitqin ləngiməsi bu zamanlar yaranır.
- Uşaqla danışmayanda və ya uşaq öz dilində danışır valideyn isə fikir vermir.Uşaq isə öz ampulasında davam edir.
- Travma,baş beyinin zədələnməsi nəticəsində həmçinin bətin daxilinə sonrakı yaş dövrlərində xəstəliklərin olmasi.
- Uşagin eşitməsində probləmlər olanda. Nitqin inişafinda ləngliyi uşağin 3-4 yaş aralarinda muəyyən etmək olar. Amma bu diaqnozu qoymaq üçün nevropataloqun, psixoloqun və loqopedin rəyi üst-üstə düşməlidir. Bu zaman loqopedlə yanaşi psixoloqun işi vacib sayilir. 2-lik də daha gözəl effekt alınır. Nitqin ləngiməsi zamanı əsasən bu problemlər ortaya çıxır.
- Nitqin hər tərəfli pozuntusu
- Deyilişi zamanı səs pozuntusu
- Qramatik cəhətdən düzgün olmayan deyiliş
- Luğət ehtiyyatının zəifliyi
- Tempin və ahəngin pozuntusu
- Deyilən müraciəti anlamaması
Nitq inişafının ləngliyi aradan qaldırılmasında valideyinlər daha çox maraqlı olmalıdırlar. Yəni onlar mütəxəsislərin tapşırıqlarını evdə mütləq etməli, uşaqla sıx ünsiyyət qurmali, uşaği televizordan kompyüterdən uzaqlaşdırmalıdırlar. Ən əsasıda uşağı baxçaya qoymaq da bu işdə sizə yaxından yardım edər.