Autizm və nitq

Autizm sindiromu XXI əsrin qlobal psixoloji problemlərindən biri sayılır. Autizm latın sözü olub özü deməkdir. Yaranma səbəbi tam məlum deyil. Əsasən oğlan uşaqlarında rast gəlinir. Autizm sindiromunun bir neçə növü var: atipik autizm, ret sindiromu, tipik autizm ve s. Autizm sindiromu diaqnozunu uşağa yalnız uşaq psixiatoru qoya bilər. Autizm sindiromlu uşaqları digər uşaqlardan kliniki cəhətdən əsas 3 xüsusiyyetinə görə fərqləndirmək olar.

  1. Sosiallaşma( ünsiyyət)
  2. Təsəvvürlerin olmaması
  3. Stereotiplərin olması

Autizm sindromlu uşaqlarda rast gəlinən nitq problemləri:

  1. Tipik olmayan ilk sözlər
  2. İkinci və ya üçüncü şəxsin dilindən danışmaq
  3. Exolaliya(əksolunma)
  4. Semantik cəhətdən düzgün olmayan ünsiyyət
  5. Nitqdən ünsiyyət üçün istifadə edilmir.

Mərkəzi nitq aparatında broka və ya vernika hissələrinin zədələnməsi nəticəsində uşağa alaliya nitq qüsurunu (mator və ya sensor) qoymaq olar. Bu isə sözsüz aparat vasitəsi ilə müəyyən olunur. Bəzən Autizm sindromlu uşağa alaliya diaqnozu qoyulur. Çünki autiklər eşidirlər amma danışmırlar. Alaliklərdə eyni ilə eşidirlər amma danışmırlar. Amma fərq var. Çünki autiklərin bu problem neyropsixoloji pozuntudur. Alaliklərin isə mərkəzi nitq aparatı əlaqəlidir. Əgər autizm sindromlu uşaqda orqanik pozuntu aşkarlanarsa və bu zamanda mərkəzi nitq aparatı zədələnərsə Alaliya nitq qüsurunu qoymaq olar. Amma çox az halda bu mümkündür. Əksər halda autizm sindromlu uşağa alaliya diaqnozu qoyulmur.

Autizm sindiromlu uşaqların 30 % danışmır. Amma axır zamanlar bu faiz yaxşılığa doğru dəyişilir. Ən əsası da unutmaq olmaz ki,autizm sindiromlu uşaqla iş nə qədər tez başlanılarsa bir o qədər də tez effekt əldə edilər. Xüsusi ilə qeyd etmək lazımdır ki,autizm sindiromlu uşaqla defektoloji loqopedik iş nə qədər tez başlansa uşağın nitqində tez irəliləyiş olar. 5 yaşından sonra autizm sindiromlu uşağın nitqinə müdaxilə etmək çox çətin olur.

Autizm sindiromlu uşaqlarda əsasən kəkələmə, alaliya, dislaliya, apraksiya, dizartriya kimi nitq qüsuları olur. Çox zaman isə yalnışlıqla autizm sindiromlu uşaqlar kurs-kurs masaj olunur. Bu ise autizm sindiromlu uşaqların heç xoşuna gəlmir. Masaj əsasən nitqində qüsur (yəni səs problemi) olarsa, artikulyar aparatda gərginlik və ya süstlük olarsa istifadə olunur. Əgər bu kimi problemlər varsa da ilkin olaraq artikulyar gimnastikalara üstünlük vermək lazımdır. Yəni tibbi müdaxiləsiz.

Autizm sindiromlu uşaqlar üçün çoxlu sayda proqramlar da var. ABA terapiya, Teach, Peach, Hipoterapiya, Delfinlərlə terapiya ve s.

Media

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr