İran İslam Respublikasının "Təbriz Reablitasiya Mərkəzi"nin rəhbəri Loqoped-Defektoloq 30 illik təcrübəyə malik Dr.Saeid Rad Yousefnia Azərbaycanda "Nitq Qusurları-Alaliya " mövzusunda maarifləndirici təlim kursunda oldu. Treninq Autizm Mərkəzi İctimai Birliyi, Uşaq Nevropsixoloji Mərkəz və Nitq İnkişaf Mərkəzinin birgə təşəbbüsü və dəstəyi ilə həyata keçirildi. Maarifləndirici treninq defektoloq–loqoped, psixoloqlar və problemli uşaqlarla işləyən digər sosial işçilər üçün çox əhəmiyyətlidir. Treninq zamanı nevropsixoloji sindromlu uşaqların pulsuz müayinəsi də təşkil edilmişdir. Maarifləndirici treninqdən sonra kursun iştirakçıları Dr.Saeid Rad Yousefniya tərəfindən təqdim edilən xüsusi sertifikatlara sahib oldular.
{rsmediagallery tags="alaliyaend-news"}