14.05.2017 22:24

Esmira Kazımova Azərbaycanı Kazaxıstanda təmsil etdi

Esmira Kazımova 6-7.05.2017-ci il tarixində yenədə ilk olaraq Azərbaycanı Kazaxıstanda təmsil etdi. Qeyd edək ki, Kazaxıstanda Al-Farabi Dövlət Universitetində keçirilən RİK defektoloq-loqoped asosiasiyasının olkələrarası konqresinə müxtəlif ölkələrdən loqoped-defektoloqlar qatılmışdı. Esmira xanim bu konfransda Azərbaycanı iki master klasla təmsil etdi - Serebral iflicli uşaqlarla loqopedik işin təşkili və Disqrafiyanın aradan qaldırılması. Açılışda Esmira xanım ürək sözlərini və Azərbaycandan salamlarını iştirakçılara çatdırdı. İştirakçılar tərəfindən yüksək rəylər və diqqət görən Esmira xanım Asosiasiya tərəfindən mükafat və Kazaxıstanın milli hədiyyələride hədiyyə edildi. Qeyd edək ki, Esmira xanımla yanaşı Loqopediyanın korifeylərindən professor Vizeldə seminarda əsas kürsüdə idi. Konfransın sonunda çıxan yığma kitabda Esmira xanımın Aqramatik Disqrafiyanın aradan qaldırılması yazısı dərc edildi.

Konfransda həmçinin Nitq inkişaf mərkəzinin digər loqopedi Gülnar Əliyevada iştirak etmişdi. Bu uğur bütün Azərbaycan loqopedlərinin uğurudur.

 

rik imgs 016

 

rik imgs 017

 

rik imgs 04

 

rik imgs 015

 

rik imgs 010

 

rik imgs 08

 

rik imgs 07

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr