Sosial hüquqlarının müdafiəsi araşdırılması ictimai birliyinin regionlara dəstək lahiyəsi təqdirdə layiqdir. Bu lahiyədə bir çox regionlar iştirakı nəzərdə tutuldu. Əsasən Mingəçevir, Qax, Şamaxı, Tovuz, Sabirabad və İsmayıllıdan mütəxəssislər lahiyyədə iştirak etdilər. Bu lahiyyədə Nitq inkişaf mərkəzidə aktiv iştirak etdi. Beləki regionlarda fəaliyyət göstərən mütəxəssislər mərkəzimizdə Esmira Kazımovanın rəhbərliyi altında 3 günlük praktik və nəzəri dərslərdə iştirak etdilər. Həmçinin mərkəzimizin mütəxəssisləri Sevinc, Aynurə v İlhamə müəllimədə seminarlar verdilər. Hər bir iştirakçı təlimin sonunda sertifikat əldə etdi.