23.02.2015 00:50

"Autizm xəstəlik deyil" seminarı bitdi

Autizm xəstəlik deyil maarifləndirici treyninqində çıxış edən şəxslər və mövzular. Bacardığımız qədər ətraflı məlumat verməyə çalişdıq.

Açılışı Psixonevroloji mərkəzin baş həkimi İradə x. etdi - Autizm sindromu zamanı tibbin rolu ve maarifləndirici seminarın əhəmiyyəti haqqında danışdı

2-ci Aida psixologiya mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi, BDU -nun aspirantı, psixoloq Aida Nəbiyeva - Tipik autizm uşaqlar və TV-nin bu sindrom zamanı rolu

3-cü Adelp Universitetinin dosenti, autizm sindromu üzrə 39 ölkədə "work-shop" etmiş Stephen Mark Shore. Özüdə autizm sindromundan illər öncə əziyyət çekən bir şəxs online qatildi. Autizmin onun ve ailəsinin həyatında nə iz buraxdığını, autizmə necə qalib gəldiyini və valideyinlərə məsləhətini verdi

4-cü Səlist danışıq mərkəzinin nevro-psixoloqu Vüsalə Qasımova - Autizm sindromu zamanı islənilən yeni metodlar, yaranma səbəbleri və aradan qaldırılma metodları

5-ci Psixoloq Gunay A.  Buta uşaq baxçasının rəhbəri, Beynəlxalq Psixoterapiya liqasının həqiqi üzvü, psixoloq-psixoterapevt və Psixologiya elmləri disertanti. Mövzu Autizm sindromlu uşaqların sosial adaptasiyasının nə dərəcədə vacib olduğu məqamlar və valideyinlərə məsləhətlər

6-cı Nitq inkişaf mərkəzlərinin rəhbəri, defektoloq-loqoped Esmira Kazımova. Mövzu - Autizm sindromu və nitq

7-ci APU-nun defektoloq-loqoped muəllimlərinin irad, təklif və arzuları yer tutdu

8-ci APU-nun tələbələrinin xoş sözləri ilə tədbirimiz yekunlandı. Tədbirdə slaydlar gosterildi. Həmçinin bir neçə autizm sindromlu uşağın əvvəl və sonrakı dərsləridə nümayış etdirildi (sözsüz ki, valideyinlərin izni alınıb)

11009024 1557245837871451 1491951799 n

Media

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr