16.11.2016 21:57

“Özəl təhsildə dil və danışıq” seminarı keçirilib (olaylar.az)

Xəbərin tam ünvanı: http://olaylar.az/news/sosial/198727

Türkiyənin Sakarya şəhərində "Özəl təhsildə dil və danışıq" mövzusunda seminar keçirilib. Milli Təhsil Nazirliyinin dəstəyi ilə baş tutan iki günlük seminarda Azərbaycandan Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımova da iştirak edib. 500-dən artiq müəllimin qatıldığı seminarda Sakaryanın təhsil qurumunun rəhbəri Mevlut Kuntoğlu da istirak edib. Esmira Kazımova səfər çərçivəsində Sakaryada yerləşən Ocem Autizm Məktəbi və Dalsu Özəl Mərkəzində də qonaq olub, həmin müəssisələrdə tərbiyə görən uşaqlarla görüşüb, müəllimlərlə fikir mübadiləsi aparıb. Həmçinin Mərkəz rəhbəriSakarya tv və Mega radiosunda qonaq qismində iştirak edib, nitq qusurları ilə bağlı problemlərdən danışıb. 

Qeyd edək ki, seminar Sakarya milli təhsil qurumunun şöbə müdiri Necmi Sagiroglunun təşkilatçılığı ilə yüksək səviyyədə baş tutub.

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr