02.05.2017 01:45

2 Aprel - BEYNƏLXALQ AUTİZM GÜNÜDÜR (www.milletinsesi.az)

Məqalənin tam ünvanı: http://milletinsesi.az/postview/post/38687

XXI əsrin qlobal problemlərindən biri, bəlkə də birincisi AUTİZM VƏ DAUN SİNDROMlu uşaqların sayının durmadan artmasıdır. Məlumata görə, dünyada təxminən 70 milyon insan autizmin qurbanıdır. Təbii ki, bu rəqəmin özündə tam geçəkliyi əks etdirə bilməz. Ən azından ona görə ki, təkcə Azərbaycanın timsalında bunu saf-çürük edəndə deyilənlərlə razılaşmamaq mümkün deyil. Bu gün həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı defektologiya mərkəzləri yaydıqları məlumatlarda dəfələrlə bildiriblər ki, Azərbaycan autizm sindromunun yayılmasına görə dünyada 3-cü yerdə dayanır. Bununla paralel olaraq Azərbaycanın həm rəsmi strukturları, həm də qeyri-rəsmi təşkilatları tərəfindən aparılan monitorinqin formatı belə bəlli olmasa da, iddia olunur ki, ölkəmizdə doğulan hər 55 uşaqdan biri autizm və daun sindromludur, Bunların sayı da 6 min civarında göstərilir.   Əslində bu açıqlama ilə həm rəsmi strukturlar, həm də digər qurumlar özləri-özlərini ifşa etmiş olurlar. Baxın, əgər söhbət uşaqdan gedirsə, Azərbaycan qanunvericilində bu yaş həddi 1-18 götürülürsə, onda ortalıqda olan rəqəmlər tamamilə bambaşqa şeydən xəbər verir. Statistika Komitəsinin verdiyi 2016-cı ilin məlumatlarında Azərbaycanda bu yaş həddində olan uşaqların sayı 2 milyon 800 min olub. Belə olanda "hər doğulan uşağın 55 nəfərindən biri autistdir"sə, onda ortaya rəqəmlərin timsalında tərs mütənasiblik çıxır... Apardığımız sorğu və müşahidələr də bunu təsdiqləyir. Əslində nə Statistika Komitəsi, nə Səhiyyə Nazirliyi, nə Təhsil Nazirliyi, nə yerli icra strukturları, nə də aidiyyatı digər strukturlar autizmin yayılmasıyla heç bir dolğun məlumata malik deyillər. Aidiyyatı rəsmi instansiyalar tərəfindən bununla bağlı məlumatlar fərziyyə üzərində qurularaq hətta dövlət başçısının özü belə aldadılır.   Vətəndaşın öz dərdləri və problemləriylə baş-başa qalması, reabilaitasiya mərkəzlərinin dövlət tərəfindən yaradılmaması, özəl qaydada yaradılan mövcud reabilitasiya mərkəzlərinin işinə bu və ya digər şəkildə əngəllər yaratmaq, ölkədəki sosial durumla müqayisədə vətəndaşın öz problemli övladını reabilitasiya mərkəzlərinə yönləndirə bilməməsi - bütün bunlar məmurlar tərəfindən dövlətlə vətəndaş arasında sosial narazılıq formalaşdırmağa yönəldilən cəhddən başqa bir şey deyil....   Mütəxəsislər bildirirlər ki, autizm üç yaşından əvvəl başlayan və məhdud davranışlara gətirib çıxaran, beynin inkişafına təsir edən bir xəstəlikdir. Dünyada böyük bir bəlaya çevrilən autizm daha çox nitq və davranışda qeyri-adiliklə, pozuntularla müşayiət olunur. Uşaq öz yaşına uyğun olmayan jestlər edir, mimiklərdən istifadə edir. Göz təmasından qaçır, digər uşaqlarla oynamır, bu və bu kimi digər sosial ünsiyyətin komponentlərində  geriləmə, maraq dairəsi məhdud olur, daha çox yalnız öz ehtiyacları daxilində olanlara maraq göstərir. Belə uşaqlar heç nəyə diqqət vermir, böyüklərin heç bir göstərişini izləmir, heç nə öyrənmək istəmir. Üç yaşa qədər dövr autizmin aradan qaldırılması üçün məqsədəuyğun hesab edilir....   2 Aprel Dünya Autizm Məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci il 62,139 qərarı ilə Qətər dövlətinin təklifi əsasında təsis olunub. Bu gün bütün dünya ölkələrində olduğu kimi artıq bir neçə ildir ki, ölkəmizdə də geniş  miqyasda qeyd edilir. Paytaxt Bakı da 2012-ci ildə Beynəlxalq miqyasda qeyd olunan “Mavi işıqla işıqlandır”aksiyasına qoşulmaqla zahirən olsa da, autist sindromlu uşaqların yanında olduğunu bəyan etdi - Milli Parkdakı binalardan biri Bakı Biznes Mərkəzi mavi işıqla işıqlandırıldı.   2013-cü ildə isə Bakı Four Seasons Oteli mavi işıqla işıqlandırıldı. “Mavi işıqla işıqlandır” “aksiyası getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş nadir qlobal təşəbbüsdür. Həmin gün Yer kürəsinin müxtəlif ölkələri öz dəstəklərini göstərmək üçün şəhərlərinin ən nəzərə çarpan binalarının birini mavi işıqla işıqlandırılır.   Autizm sindiromu XXI əsrin qlobal psixoloji problemlərindən biri sayılır. Autizm latın sözü olub "özü" deməkdir. Bu gün Azərbaycanda autizm sindromundan əziyyət çəkən uşaqlar üçün ən "doğma məkanlar"dan biri 2012-ci ildən Bakıda fəaliyyət göstərən NİTQ İNKİŞAF MƏRKƏZİdir. Mərkəzi ofisi Bakı şəhəri, Xudu Məmmədov küç. 41-də olan ("Həzi Aslanov" metrosunun yanı) bu mərkəzin direktoru ESMİRA KAZIMOVA autizm sindromunun reabilitasiyasını təşkil edən, bu sahə üzrə  Azərbaycanı beynəlxalq aləmdə təmsil edən ilk mütəxəssisdir. Autizm sindromuyla bağlı ədəbiyyatların hazırlanması da Esmira xanımın adıyla bağlıdır.   Esmira Kazımovanın apardığı tədqiqatlardan da bəlli olur ki, autizm və daun sindromunun yaranma səbəbi tam məlum deyil. Və bu sindroma əsasən oğlan uşaqlarında rast gəlinir. "Autizm sindiromunun bir neçə növü var: atipik autizm, ret sindromu, tipik autizm ve s. Autizm sindiromlu uşaqları digər uşaqlardan kliniki cəhətdən əsas 3 xüsusiyyətinə görə fərqləndirmək olar. Sosiallaşma( ünsiyyət) Təsəvvürlərin olmaması Stereotiplərin olması

Autizm sindromlu uşaqlarda rast gəlinən nitq problemləri:

Tipik olmayan ilk sözlər İkinci və ya üçüncü şəxsin dilindən danışmaq Exolaliya(əksolunma) Semantik cəhətdən düzgün olmayan ünsiyyət Nitqdən ünsiyyət üçün istifadə edilmir.

Mərkəzi nitq aparatında broka və ya vernika hissələrinin zədələnməsi nəticəsində uşağa alaliya nitq qüsurunu (mator və ya sensor) qoymaq olar. Bu isə sözsüz aparat vasitəsi ilə müəyyən olunur. Bəzən Autizm sindromlu uşağa alaliya diaqnozu qoyulur. Çünki autiklər eşidirlər amma danışmırlar. Alaliklərdə eyni ilə eşidirlər amma danışmırlar. Amma fərq var. Çünki autiklərin bu problem neyropsixoloji pozuntudur. Alaliklərin isə mərkəzi nitq aparatı əlaqəlidir. Əgər autizm sindromlu uşaqda orqanik pozuntu aşkarlanarsa və bu zamanda mərkəzi nitq aparatı zədələnərsə Alaliya nitq qüsurunu qoymaq olar. Amma çox az halda bu mümkündür. Əksər halda autizm sindromlu uşağa alaliya diaqnozu qoyulmur.

Autizm sindiromlu uşaqların 30 % danışmır. Amma axır zamanlar bu faiz yaxşılığa doğru dəyişilir. Ən əsası da unutmaq olmaz ki,autizm sindiromlu uşaqla iş nə qədər tez başlanılarsa bir o qədər də tez effekt əldə edilər. Xüsusi ilə qeyd etmək lazımdır ki,autizm sindiromlu uşaqla defektoloji loqopedik iş nə qədər tez başlansa uşağın nitqində tez irəliləyiş olar. 5 yaşından sonra autizm sindiromlu uşağın nitqinə müdaxilə etmək çox çətin olur.

Autizm sindiromlu uşaqlarda əsasən kəkələmə, alaliya, dislaliya, afaziya, dizartriya kimi nitq qüsurları olur. Çox zaman isə yanlışcasına autizm sindiromlu uşaqlar kurs-kurs masaj olunur. Bu isə autizm sindiromlu uşaqların heş xoşuna gəlmir. Masaj əsasən nitqində qüsur (yəni səs problemi) olarsa, artikulyar aparatda gərginlik və ya süstlük olarsa istifadə olunur. Əgər bu kimi problemlər varsa da ilkin olaraq artikulyar gimnastikalara üstünlük vermək lazımdır. Yəni tibbi müdaxiləsiz.

Autizm sindiromlu uşaqlar üçün çoxlu sayda proqramlar da var və bu proqramlar onlarınmüayinəsindən sonra müəyyənləşdirilir".

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr