Eşitmə problemi olan bir uşaq, danışmağı öyrənə bilməz və ətrafıyla ünsiyyətdə problemlər yaşayar.
Odur ki, uşağınız doğulduğu ilk gündən etibarən onu daim nəzarətdə saxlamalı, şübhəli bir hal müşahidə etdikdə həkimə müraciət etməlisiniz. Onu da qeyd edək ki, vaxtıda müdaxilə edildiyi təqdirdə eşitmə qüsuru ilə doğulan uşaqların böyük əksəriyyəti bir müddət sonra normal eşitməyə başlayırlar.
Körpənin eşitmə problemi ilə doğulmasının bir çox səbbləri var. Bunlardan məyən anaların günahı ucbatından baş verir. Məsələn qadın hamiləlik zamanı qırmızı və soyuq qidalarla qidalaırsa, spirtli içkilərə və siqaretə meyllidirsə bu uşağın problemli doğulma riskini xeyli artırır. Uşağın zəif eşitməsinin bir səbəbi də genetik faktorlarla əlaqədardır. Belə ki, valideynlərdən birində uşaq vaxtı eşitmə problemi olubsa bu mütləq özünü körpədə də göstərəcək.
Aşkar nişanələr
Ancaq valideyn nə qədər diqqətli olsa belə “dilsiz-ağızsız” körpənin problemini anlamaqda çətinlik çəkəcək. Lakin problemin aşkar əlamətləri var ki, bununla balacada eşitmə qüsurunun olmasını başa düşmək olar. Beləliklə əgər körpənizdə aşağıda göstərilən hallar baş veribsə onda eşitmə qüsurunun olması ehtimalı xeyli artmış olur:
- Körpənin üzündə normal olmayan görünüş
- Körpənin 5 gündən çox reanimasiya modulunda qalması
- Körpəyə damardan antibiotik verilməsi
- Körpənin menenjit keçirməsi
- Körpədə n evroloji qüsurların olması
- Körpənin 9 gün ündən 2 yaşına qədər ağır kəllə - beyin travması alması
- Körpənin qulağından maye gəlməsinə səbəb olan, 3 aydan çox davam edən və xroniki hal alan qulaq infeksiyasına yoluxması
Bundan əlavə...
Əgər uşağınız, 6 aylığına qədər:
- Səslərə ağlamaq, gülmək və ya digər bir formada reaksiya vermirsə;
- Səs-küyə oyanmırsa;
- Səsləri təqlid etmirsə;
- Başını səs gələn istiqamətə çevirmirsə:
6 - 12 ay arasında;
- Soruşduqda ona tanış bir obyekti və ya şəxsi göstərə bilmirsə;
- Qəribə səslər çıxarmayıbsa (və ya ümumiyyətlə danışmırsa);
- Sadə komandalara (“Əlini yellə”, “Gül” və s.) reaksiya vermirsə:
18 ay - 2 yaş arasında:
- İlk çağırışdaca səsinizə və ətrafdakı səslərə reaksiya reaksiya vermirsə;
- Səsin haradan gəldiyini çətinliklə müəyyən edirsə;
- Tanış simalar və ya cismlər gördükdə sadə sözlər işlətmirsə;
- Yaşıdlarının istifadə etdiyi sözləri deyə bilmirsə:
Yuxaridakı 3 bölmədə göstərilən əlamətlərdən he, olmasa biri uşağınızda müşahidə edilirsə deməli ondaeşitmə ilə bağlı problem var. Onu durmadan eşitmə cihazında eşitmə testindən keşirin. Qeyd edək ki, bu testdən keçmək üçün heç bir yaş məhdudiyyəti yoxdur. Hətta yeni doğulmuş körpə belə bu prosedurdan keçirilib qulağında problemin olub-olmamasıilə bağlı dəqiq diaqnoz qoyula bilər.
Yox əgər yuxarıda göstərilən əlamətlər körpənizdə yoxdursa lakin o hələ də danışmırsa o zaman danışma mütəxəssisinə müraciət edib uşağın dil inkişafını yoxlatmalısınız. Sözügedən mütəxəssislər həm uşaq xəstəxanalarında həm də əksər özəl klinikalarda var.
Unutmayın ki, “Ehtiyatlı igidin anası ağlar qalmaz”. Odur ki, uşağınızda eşitmə və ya digər bir xəstəliyin olmasıyla bağlı şübhəniz varsa durmadan həkimə müraciət edin. Əgər onda xəstəlik tapılmasa belə həkim yoxlanışının ona heç bir ziyanı olmayacaq. Ancaq gecikməklə uşagınızı ömrü boyu həyatın gözəl səslərini eştməkdən məhrum edəbilərsiniz.
Kiçik uşaqlarda eşitmənin qismən, yaxud tam (karlıq) itirilməsi intellektin azalmasına və əqli inkişafın ləngiməsinə səbəb olan yeganə fiziki qüsurdur. Karlıq uşağın öz nitqini və ətrafdakıların danışığını eşitmək imkanlarını kəskin surətdə azaldır. Belə uşaqlar danışmağı da çətin öyrənirlər. ABŞ-da doğum evlərində aparılan eşitmə skrinninqinin nəticələrinə görə, hər yüz yeni doğulmuş uşaqdan birində eşitmənin anadangəlmə qüsurlarına rast gəlinir.
Səbəbləri
İnsanın qulağı anatomik cəhətdən üç şöbəyə (xarici, orta və daxili qulaq) bölünür və hər bir şöbənin də özünəməxsus funksiyaları və xəstəlikləri vardır. Karlıq və ağıreşitmə hər üç şöbədə baş verən xəstəliklərdən qaynaqlana bilər.
Bir qayda olaraq, uşaqlarda eşitmənin pozulmasına aşağıdakı faktorlar səbəb olur:
- Ailədə irsi karlıq və ağıreşitmə;
- Qohum nigahlar;
- Qadının hamilə vaxtı keçirdiyi infeksion xəstəliklər, xüsusən də məxmərək, epidemik parotit, su çiçəyi və kəmərləyici dəmrov;
- Başın və boyunun, o cümlədən qulaq seyvanının anadangəlmə anatomik qüsurları, üst dodağın və sərt damağın bitişməməsi (dovşandodaqlıq və qurdağızlıq);
- Uşağın çəkisinin çox az (1500 q-dan az) olması;
- Yeni doğulmuşların sarılığı – ana ilə dölün rezus uyğunsuzluğu nəticəsində yaranan sarılıq zamanı uşağın qanında öd piqmenti olan bilirubinin səviyyəsi kifayət qədər yüksək olur;
- Epidemik meningit (beyin qişalarının iltihabı);
- Yeni doğulmuşda “Apqar” şkalası üzrə 0-3 balla qiymətləndirilmiş asfiksiyanın olması;
- Müxtəlif xəstəliklərin müalicəsində antibiotiklərdən istifadə etmək.
Əgər uşaq bu sadalanan risk qruplarından birinə aiddirsə, eşitmə qüsuru aşkar olunubsa, yaxud nitq qabiliyyəti inkişafdan qalıbsa, loqopedik problemləri varsa, həmyaşıdlarına nisbətən az inkişaf edibsə, mütləq mütəxəssisə müraciət etmək və eşitməni tam müayinə etmək lazımdır.
Simptomları
Uşaqlarda eşitmə problemlərini əsasən valideynləri qeyd edir. Subyektiv şikayətlər isə eşitmənin pisləşməsindən, qulaqlarda səs, küy olmasından, müvazinətin pozulması və başgicəllənmədən ibarət olur.
Diaqnostikası
Təəssüf ki, ölkəmizdə eşitmə problemi olan uşaqların böyük qismini yalnız 3 yaşdan sonra aşkar edirlər. Bəzən isə eşitmənin pozulması 6-7 yaşda, uşaq məktəbə gedəndə aşkara çıxır. Əksər hallarda belə uşaqlara kömək etmək mümkün olur. Amma onlar üçün eşitmələrini tamamilə itirməmək məqsədilə daimi nəzarətdə olmaq və eşitmə cihazlarından istifadə etmək vacib sayılır. Belə uşaqlarda bu qədər uzun zaman müddətində spesifik psixologiya formalaşır və onlar üçün eşitməsi normal olan uşaqların mühitinə uyğunlaşmaq çətin olur. Pis eşidən uşaqları yenidən öyrətmək çox çətindir, çünki onlarda kifayət qədər eşitmə təcrübəsi yoxdur. Yeni doğulmuşda eşitməni tədqiq etmək çox vacibdir ki, anadangəlmə qüsurlar vaxtında aşkar edilsin. Hətta valideynlər belə aşağıdakı hallara diqqət yetirsələr, uşaqda eşitmənin pozulmasından şübhələnə bilərlər: körpə oyaq olanda yüksək səslərə necə reaksiya verir və yaxud ümumiyyətlə reaksiya verirmi? Uşaqlar 3 aylığında müxtəlif səslər tələffüz edir, yaxud uğuldayırlar. Kar olan uşaqlar heç bir səs çıxarmır.
Bildiyimiz kimi, körpələrdə bu xəstəlikləri aşkar etmək üçün obyektiv müayinə metodlarının olması çox vacibdir. Məsələn, Qərbdə və ABŞ-da kiçik yaşlı uşaqlarda OAE (Otoakustik emissiya) və BERA müayinəsi, nisbətən böyük uşaqlarda isə əlavə olaraq uşaq audiometriyası üsulları zəruri hesab olunur və aparılır. Bu metodlar həm ilkin diaqnostika, həm də xəstəliyin proqressivləşməsinin vaxtında təyin edilməsi nöqteyi-nəzərindən çox əhəmiyyətlidir.
OAE və BERA obyektiv müayinə metodları olmaqla, səs qıcığına qarşı daxili qulağın (OAE) və beyin kötüyünün (BERA) cavab reaksiyalarını qeyd edərək yeni doğulmuş və kiçik yaşlı uşaqlarda eşitmənin patologiyasını aşkar edir. Bu müayinələri uşaq anadan olduqdan dərhal sonra da aparmaq mümkündür. BERA belə obyektiv müayinələrin ən həssasıdır və eşitmə azlığını və karlığı aşkar edən əvəzsiz metoddur. Bu müayinə Azərbaycanda da həyata keçirilir.
Müalicəsi
Burada vacib olan eşitmə azlığının səbəbinin orta, yaxud daxili qulaqda olmasını müəyyən etməkdir. Əgər orta qulaqda problem varsa, eşitmə cihazından daimi istifadə etməklə və orta qulaqda aparılan plastika əməliyyatları ilə 80-90%-ə qədər müsbət nəticə almaq mümkündür. Ancaq daxili qulaq problemlərində yuxarıda sadalanan müayinələri aparmaqla eşitmə dərəcəsini təyin etmək və müalicəni buna əsasən istiqamətləndirmək lazımdır. Son onilliklərdə ağır dərəcəli eşitmə problemi olanlarda və kar insanlarda Koxlear implantasiya əməliyyatı uğurla tətbiq olunur. Bu əməliyyat həm uşaqlarda, həm də böyüklərdə aparılır. Əməliyyat vasitəsilə daxili qulağa xüsusi elektrodlar yeritməklə eşitməni təmin etmək mümkündür. 2-3 yaşına qədər implantasiya olunmuş uşaqlar çox zaman normal məktəbə gedirlər və heç bir nitq qüsurları olmur.
Mümkün qədər erkən dövrdə (3-4 aylığından) eşitmə aparatı quraşdırılmalı və bərpa proqramı hazırlanmalıdır. Eşitmə hissini inkişaf etdirmək üçün mütləq xüsusi məşğələlər keçirilməli, eyni zamanda şifahi nitq və müəyyən yaşdan sonra oxumaq vərdişləri də formalaşdırılmalıdır. Səslərin düzgün tələffüzü, səsin formalaşması və xüsusiyyətlərinin korreksiyası üçün “Görünən danışıq” adlı kompyuter kompleksi hazırlanmışdır. Kompleks 2 yaşından başlayaraq, ağır eşidən və kar uşaqlar, məktəblilər və böyüklər üçün nəzərdə tutulmuşdur və şifahi nitqi zəif eşidənlər üçün, loqopedik təcrübədə və xarici dillərin öyrənilməsində istifadə olunur. Bu, səsin korrektə edilməsi üçün və fonoloji çalışmalardan ibarətdir.
Renatın 3 yaşı var. Koko implantant qoyulub. Məşqələyə başlayan zaman.