Nitq əsas psixi funksiyalardan biri olub əsas kamukativ funksiyadır. Ancaq insana məxsusdur. Ünsiyyət vasitəsilə insanın şüuru inkişaf edir və zənginləşir. Müasir dövrdə uşaqların çoxu ünsiyyətdən qaçır. Çünki hazırki dövr texnika dövrüdür. Televiziya, kompyuter, internet inkişaf etdiyi üçün uşaqları cəlbi edir. Uşaqlar televiziya ya baxır və fikri tamamilə orda olur. Əksər hallarda bu zaman uşaqlarda iki dillilik yaranır. Nitq qüsurlarının yaranmasının əsas 2 səbəbi var. Orqanik və sosial-psixoliji. Orqanik səbəblərə bətndaxili dövrdə doğuş zamanı və ya doğuşdan sonra beynin inkişafdan qalması və zədələnməsi, nitq orqanlarınin müxtəlif cür orqanik pozğunluqları aiddir. Sosial-Psixoloji səbəblərə ətraf mühitin nitqə müxtəlif cür mənfi arzu olunmaz təsirlərinə aid edir. Buna eşitmə qüsurlu valideinlərin tərbiyyə etdiyi eşidən uşağın nitqinin inkişafından qalması, uzun müddət xəstə olan və qosbitalizə edilən uşağın nitqinin inkişafından qalmasını,ailədə uzun müddət psixotravmatik şəraitdə uşaqda kəkələmənin yaranması və.s misal göstərmək olar.
Klinik pedaqoji təsnifatda göstərilən nitq pozğuntuları 2 əsas qrupa bölünür
- Şifahi nitq pozğuntuları
- Yazılı nitq pozğuntuları
Şifahi nitq pozuntusu disfaniya (afoniya), bradilaliya, texilaliya, kəkələmə, dislaliya, dizartiriya, rinolaliya, afaziya, alaliya aiddir.
Yazılı nitq pozuntusuna disleksiya və disqrafiya aiddir.
Disleksiya oxu prosesinin qismən pozuntusu deməkdir. Həriflərin tanınmaması,hecalarda və hecaların sözlərdə birləşməsi ilə bağlı çətinliklər oxunun ləngiməsinə, sözün səs formasının səhv əks olunmasına, hətta ən sadə mətinin səhv başa düşülməsinə səbəb olur. Ağır dərəcəsi aleksiya adlanır.
Disqrafiya yazı prosesinin qismən pozuntusu deməkdir. Ağır dərəcəsi aqrafia adlanır.