14 noyabr ümumdünya loqopedler günü münasibeti ile merkezimizin mütexesisleri yenə ilklərə imza atdı. Beləki mərkəzimizin mütəxəsisləri KAZIMOVA ESMİRA, ƏSƏDOVA SEVİNC, HÜSEYİNLİ İLHAMƏ, BAĞIYEVA AYGÜL, CƏFƏROVA AYNURE, MƏHYƏDDİNOVA VÜSALƏ, DÜNYAMALIYEVA LƏMAN "Логомаг - конференции, мастер-классы, повышение квалификации" qurumu tərəfindən Moskva şəhərində keçirilən "II –й международной научно-практической конференции 14-15 ноября 2015 года" - "Современная логопедия: от теории к практике" konfransına qatılmağa hüquq qazanaraq sertifikat aldılar.
Həmçinin bu konfransın sonunda çıxacaq kitabda yazıları dərc olunacaq. Xüsusi elə qeyd edək ki, mərkəzin mütəxəssisləri bu tədbirə qatılan və yazıları dərc olunan ilk Azərbaycan loqopedləridir. Yazılar münsiflər heyyəti tərəfindən bəyənilib.
Mövzular:
KAZIMOVA ESMİRA - BİLİNQVİST UŞAQLAR VƏ NİTQƏ TƏSİR (AZƏRBAYCANDA)
ƏSƏDOVA SEVİNC - XÜSUSİ QAYĞIYA EHTİYACI OLAN UŞAQLARIN PSİXOLOJİ VƏ SOSİAL-MƏDƏNİ REABİLİTASİYASI
HÜSEYİNLİ İLHAMƏ - İNKLÜZİV TƏHSİL VƏ İNTEQRASİYA (AZƏRBAYCAN)