Video Qalereya

Danışıq və Nitq Terapiyası

Naxçıvan Dövlət Universitetinin İnformasiya Sistemləri və Texnalogiyaları ixtisası

Elnur Akifoglu

Valideyin

 

Ağızın fəaliyyət funksiyasını yerinə yetirmək, nəfəs almağı, danışmağı, çeynəməyi, udmağı və həzm etməyi tənzimləmək üçün, sifət, boğaz və boyun əzələlərinə məlumat göndərməyin və qəbul etməyin qarışıq prosesindən asılıdır. Danışıq və nitq pataloqları danışıq və ünsiyyəti inkişaf etdirməklə yanaşı udma və həzm etməni də inkişaf etdirirlər. Onlar tənəffüs terapevtləri, qidalanma mütəxəssisləri və qastroenteroloqlarla oxşar şəkildə işləirlər.

Danışıq və nitq terapiyası nədir?

Danışıq və nitq terapiyası Serebral İflicli bir uşağın fikirlərini və idealarını effektiv şəkiləd dünyaya çatıdrma qabiliyyətini mümkün etməyə və təkmilləşdirməyə məqsədlənir. Ünsiyyət qabiliyyəti başqları ilə qarşılıqlı əlaqənin, münasibətləri irəlilətməyin, öyrənməyin və işləməyin həyati əhəmiyyətli bir aspektidir. Danışıq terapiyası həyat keyfiyyətinə müstəqil və müsbət təsir etmək üçün uşaqların potensialını artırır.

Danışıq və nitq terapiyası lisenziyalı terapevtlər tərəfindən ünsiyyət, danışıq və nitq qüsurlarını müalicə edən bir prosesdir. Danışıq patoloqları beyinə səsləri, rəqəmləri tək sözləri və işarələri tələffüs etməyi, başa düşməyi və başa salmağı öyrədən məşqlərdən istifadə etməklə uşağın şifahi fəaliyyət bacarıqlarını və ünsiyyət qavrayışını artırırlar. Bundan əlavə, danışıq və nitq pataloqları yalnız danışığa deyil, uşaqlar üçün mühüm bir təhlükəyə səbəb ola biləcək iki məsələyə - nəfəs almağa və udmağa da təsir göstərə bilən ağız, çənə və boğaz əzələlərinin fəaliyyətini (ağızın fəliyyət funksiyası) inkişaf etdirirlər.

Serebral İflic çox vaxt beyinin danışığı idarə edən nitq mərkəzlərinə təsir edir. Serebral İflicin yüngül hallarında, uşaq düzgün sözləri işlətməkdə çətinlik çəkə bilər, amma daha bir neçə hallarda, uşağın özünü ifadə etmə qabiliyyəti ciddi şəkildə çətinləşə bilər. Bu vəziyyətlərdə, danışıq və nitq pataloqu uşağın replikalar (göz vurmaq və ya barmaq qaldırmaq), işarə dili, və ya gücləndirici ünsiyyət qurğuları (DynaVox və ya kopüter) vasitəsilə ünsiyyət qurmağa başlaya biləcəyi yolların tapılmasına kömək edəcək.

Danışıq terapiyası belə vəziyyətlərə istiqamətlənir:

  • Aphasia – şifahi ifadənin qismən itməsi
  • Dyspraxia – nitqi anlayır, ancaq əzələ kordinasiyası səbəbindən sözləri ardıcıl və düzgün şəkildə tələffüs edə bilmir
  • Dysprosody – danışıq zamanlamasında və ahəngində pozulmalar
  • Dysarthria – qeyri-təbii sifət əzələ tonu
  • Stuttering, fluency disorders (Kəkələmə, səlislik qüsurları) – danışıqda davamlı kəsilmə və ya təkrarlama
  • Dysphagia – çətin udma, ilişmə, nəfəs alma problemləri
  • Articulation disorders (Diksiya qüsurları) – lazımlı səsləri buraxmaq və ya əlavə etmək, səsləri təhrif etmək
  • Prosodic issues (Vəzn problemləri) – intonasiya və ritm
  • Phonation disorders – səs pərdələri ilə əlaqəli problemlər
  • Resonance disorders – vokal sistem problemləri

Bundan əlavə, danışıq patologiyası tək danışıq fəaliyyəti inkişafını deyil, nitqi tam anlama qabiliyyətinin inkişafını da əhatə edir. Bir terapevtin müraciət etdiyi bəzi danışıq aspektləri bunlardan ibarətdir:

  • Sözün formalaşması
  • Tələffüs
  • Səlislik
  • Dinləmə
  • Dil və söz ehtiyatı inkişafı
  • Söz anlama və məna vermə
  • Birbaşa söhbətlərdə qavrama
  • Ağız və boğaz əzələ koordinasiyası və güclülüyü

Danışmayan uşaqlarda danışıq terapisti uşaqların özlərini ifadə etməsi üçün danışığı əvəz edən və insanların qarşılıqlı münasibətini gücləndirən yolları müəyyənləşdirəcək. Bu məqsədə nail olmaq üçün teapevtlər uşağın məhdudiyyətlərini qarşılamağa kömək etmək üçün fiziki işarələrə, hərəkətlərə, ənənəvi vasitələrə və texnologiyaya arxalanırlar. Bu vasitələrin bəziləri bunları əhatə edir:

  • Jest
  • Simvollar
  • İşarə etmə
  • Toxunma
  • Təsvir lövhələri
  • Kopüter-əsaslı vəsaitlər
  • Səs sintezatorları

Serebral İflicli uşaqlar çox vaxt yüksək səviyyəli dysphagia-ya məruz qalır və ya udma əziyyəti çəkirlər. Dysphagia anadangəlmə, nevroloji və ya fizioloji anormallıqlardan, ya da anatomik maneələr və ya uşağın boğazında, qida borusundakı anormallıqdan səbəblənir.

Danışıqla dolayı əlaqəli olmsına baxmayaraq, pataloqlar həm də belə halların təsirini azaltmaq üçün uşaqlar üzərində işləyirlər:

  • Ağciyər nəfəsalması
  • Qida və ya mayedə ilişmə
  • Nəfəsalma anormallıqları
  • Artmış öskürək
  • Susuzlaşma
  • Qidasızlıq

Danışıq və nitq terapiyasından kimlər faydalanır?

ABŞ Təhsil Nazirliyinə istinadən uşaqların təqribən 20 faizi danışıq terapiyasına bağlı ictimai məktəblərdə xüsusi təlim dərslərində iştirak edir.

Danışıq terapiyası Serebral İflicli uşaqların, onların baxıcılarının və uşaqların ailə üzvlərinin faydalandığı bir müdaxilədir. Danışıq terapiyasının ən böyük dəstəyi uşağın ona qayğı göstərən biriylə qarşılıqlı münasibət üsulunu təmin etməsidir. Danışıq terapevtləri hadislərin və fikirlərin tam başadüşülməsi üçün uşaqların sözləri mühitləri ilə əlaqələndirmə və fikirləri, arzuları, seçimləri ifadə etmə qabiliyyətini inkişaf etdirirlər.

Bundan əlavə, danışıq terapiyası uşqların aşağıda qeyd edilən sitimulasiyaları və inkişaf mərhələlərini təcrübədən keçirmələrinə şərait yaratmaqla, ətraflarındakı həyatı anlamalarını böyük ölçüdə genişləndirir:

  • Ailələrlə ilərlədilən əlaqələr
  • İctimailəşmək və dostlaşmaq
  • İdeaları səliqəli və ardıcıl şəkildə bildirmək
  • Öyrənmək
  • Maraqları təkmilləşdirmək
  • Evdəki və ya məktəbdəki fəaliyyələrdə iştirak etmək
  • Ətrafları ilə əlaqə yaratmaq
  • Tənhalıqdan və uzaqlaşmaqdan çəkinmək

Serebral İflicli uşaqlar çoxlu çətinliklərlə üzləşəcəklər. Əgər onların insanlarla qarşılıqlı münasibətləri və təcrübələri olmasa, onlar depressiyaya məruz qala bilərlər. Bu səbəbdən də danışıq terapiyası yaxşı yetişən bir yetişkin olmağın təkmilləşdirilməsində zəruri bir addımdır.

Valideyinlər və baxıcılar danışıq terapiyasından ona görə faydalanırlar ki, uşağın ünsiyyət bacarıqlarının və qavrayışının inkişafına görə valideyinlər və baxıcılar uşaqlarla emosional əlaqəni daha yaxşı inkişaf etdirə bilərlər. Bu, uşağa ailə birliyində, cəmiyyətdə, və nəticədə məktəbdə və işdə daha inteqral bir yol açır.

Danışıq və nitq terapiyasının faydaları nalərdir?

Ünsiyyət həyatın ən zövqlü fəaliyyətlərindən biridir və o şəxsiyyətimizin formalaşmasının böyük bir parçasıdır. O təcrüələrimizi formalaşdır və qavrayışlarımıza təsir edir. O insan təcrübəsinin geniş bir hissəsidir.
Odur ki, fikirlərini bildirmə qabiliyyətlərində çətinliklərlə üzləşən uşaqların əlverişsiz şəraiti ixtisaslı peşəkarlardan uyğun müdaxilələrlə yüngülləşdirilə bilər.

Danışıq terapiyasının faydası odur ki, uşaq ünsiyyət üçün adaptiv və əvəzləyici strategiyalar öyrənəcək. Serebral İflicli uşaqlar çox vaxt başqa inkişaf gecikmələri ilə üzləşirlər, amma çoxunun istedad və qabiliyyətləri var, lakin onlar danışıq və ünsiyyət problemlərinə görə istedad və qabiliyyətlərini layiqincə ifadə edə bilmirlər.

Danışıq və nitq terapiyasının bir çox faydaları bunlardan ibarətdir:

  • Öyrənməni və təhsili dəstəkləyir
  • Savadlılığı artırır
  • Müstəqlilliyi və özündən əminliyi artırır
  • İctimailəşməni inkişaf etdirir
  • Özünü dərk etməni təmin edir
  • Utancaqlığı azaldır

Danışıq qüsurlarının növləri və onların uşağa necə təsir etməsi də müxtəlifdir. Danışıq pataloqu uşaq üçün bir neçə problemli vəziyyətə qarşı müalicə kursunu tərtib etməyə cavabdehdir.

Terapiya vasitəsilə uşaq bu strategiyaları da öyrənəcək:

  • Tələffüs problemlərini aradan qaldırmaq
  • Uyğun söz istifadəsini yerinə yetirmək
  • Qramatikanı başa düşmək
  • İdarəedilən danışıq ahəngini təkmilləşdirmək
  • Mürəkkəb cümlələrdən istifadə edərək danışmaq
  • Söz bazasının genişlətmək
  • Söhbət etmə bacarıqlarını inkişaf etdirmək
  • Sözləri və ifadələri qavramaq
  • Yaddaşı və xatırlamağı təkmilləşdirmək
  • Danışılan və yazılan sözlər arasında paralellər yaratmaq

Uşaqda Serebral İflicin daha ağır halları mövcuddursa, o şifahi nitq bacarığına malik olmaya bilər və bu vəziyyətlərdə uşağın ünsiyyət qurmağı öyrənməkdən faydalana bilməsi üçün terapevt uşaqla xüsusi üsullarla işləyəcək.
Uşaq hansı vasitələrdən istifadə edərək necə ünsiyyət quracağını öyrənəcək. Bu vasitələr çox növlüdür. Bəziləri texnologiya əsaslı, bəziləri isə texnologiya asaslı deyil - şifahi işarələr, fiziki hərəkətlər, işarə dili və s..

Şifahhi nitqi olmayan uşaqlar üçün istifadə edilən vasitələr bunlardır:

  • İşarə dili
  • Blaknot və ya təsvir lövhələri
  • Kopüterlər və klaviaturalar
  • Xüsusiləşdirilmiş proqram təminatı
  • Kompüterləşdirilmiş səs sistemləri
  • Gücləndirici ünsiyyət cihazları

Danışıq terapiyasının başqa bir mənfəəti də odur ki, Serebral İflicli uşaq qüsurlu boğaz, çənə və ağız əzələlərini necə işlətməklə yanaşı içməyi, yeməyi, nəfəs almağı və digər fiziki fəaliyyətləri öyrənəcək. Uşağın udma problemləri nevroloji və ya idraki səbəblərlə əlaqəlidirsə, uşaq mürəkkəb əzələ koordinasiyalarını inkişaf etdirmək üçün hazırlanmış məşqlərdə iştirak edəcək.

Danışıq və nitq terapiyası hansı hallarda məsləhət görülür?

Danışıq və nitq terapiyası adətən uşağa Serebral İflic diaqnozu qoyulduqdan qısa müddət sonra başlayır. Bu o mənaya gəlir ki, terapiya çox vaxt körpəlikdə, danışığın və dilin inkişaf baxımından uyğun vaxtında başlayır.
Tədqiqatlar göstərir ki, danışıq terapiyası uşağa nə qədər erkən tətbiq olunarsa o qədər böyük uğur qazandırır. Bu o deməkdir ki, erkən başlanılmış terapiyada beyin daha sonra edə bilməyəcəyi çox mühüm əlaqələr yaradır.
Əgər terapiya gecikdirilərsə, uşaq bərqərar etdiyi şablonları və fiziki vərdişləri dəyişdirməli olacaq. Danışıq terapiyası həm də uşağın fiziki, sosial, peşə və pisxoloji inkişafı ilə əlaqəlidir. Danışıq terapiyası gecikdirilərsə bütün bunlar mənfi şəkildə təsirlənə bilər.

Danışıq terapiyası körpəlik dövrü başladığı zaman, danışıq və ünsiyyət problemlərindən savayı dysphagia və digər fiziki problemlər də ələ alına bilər. Serebral İflicli uşaqlar bəzən zəif boğaz ağız və çənə əzələlərinə malik olurlar. Odur ki, danışığı və funksionallığı gücləndirmək üçün bu əzələlərin təliminə mümkün qədər tez başlamaq daha faydalıdır. Nəfəs almağı, danışmağı və udmağı öyrənmək, eyni zamanda, bədənin ən mürəkkəb əzələ koordinasiyalarının işlədilməsini tələb edir. Bunu yalnış yerinə yetirmək boğulma, nəfəs pozğunluğu və hətta pnevmaniya ilə nəticələnə bilər.

Uşaqlıq dövrü körpələrin mühiti kəşf etməyə və başqaları ilə münasibət qurmağa ehtiyac duyduğu vaxtdır. Danışıq terapiyası oynamaq və ictimailəşmək kimi həyatın müsbət tərəflərini uşağın gündəlik fəaliyyətinə daxil etməyə kömək edir.

Danışıq və nitq terapiyası necə yerinə yetirilir?

Danışıq terapiyası uşağa Serebral İflic diaqnozu qoyulduqdan qısa müddət sonra təlim keçmiş danışıq pataloqu tərəfindən uşağın fiziki və idraki bacarıqlarının qiymətləndirilməsi ilə başlayır.
Danışıq pataloqunun rolu uşaqlara danışmaq, yemək, içmək və udqunmaq da daxil olmaqla, təmiz danışmağa, effektiv ünsiyyətə və əzələlərin idarə edilməsinə kömək etməkdir. Onlar daha sonra uşağın söz ehtiyyatını, dinləmə qabiliyyətini, şərh etməsini və ya ünsiyyət bacarıqlarını qeyri-şifahi vasitələrlə qurmaq məsuliyyətini üstlənirlər.

Danışıq pataloqu üçün ilk addım uşağın fiziki və idraki fəaliyyətinin tam qiymətləndirməsini aparmaqdır. Bu qiymətləndirmə uşağın danışıq və ünsiyyət qabiliyyətlərini müəyyən edəcək, səbəb faktorlarını aydınlaşdıracaq və terapiya üçün ən yaxşı yanaşmanı müəyyənləşdirəcək.

Qiymətləndirmə tamamlandıqdan sonra diaqnoz qoyulacaq. İlkin qiymətləndirmə bunları əhatə edir:

  • Hal tarixi – Pataloq bütün tibbi qeydləri incələyəcək və uşağın fiziki və idraki fəaliyyəti barəsində valideyinlərə və ya baxıcılara bir neçə sual verəcək.
  • Ağız boşluğunun incələnməsi – Pataloq alətlərdən istifadə edərək, ağız boşluğunun və ya boğazın hər hansı bir anormallığının məhduddiyyətli danışığa səbəb olub-olmayacağını aydınlaşdıracaq. Maneələr aydınlaşdırılarsa, uşaq üçün müalicə planı təyin ediləcək və ya əməliyyat etmək lazım olacaq.
  • Eşitmə testləri – Uşağın başqalarını eşitmə qabiliyyəti və başqalarını dinləməsi arasında güclü bir əlaqə var. Əgər uşaq eşidə bilmirsə, səsləri düzgün formada anlaya bilməyəcəyi üçün bu onun nitqinin inkişafına mənfi təsir edəcək. Danışıq pataloqu eşitmə itgisinin uşağın danışıq problemlərinin əsas səbəbi olmasını bilməyə ehtiyac duyur. Və əgər bu bir faktor kimi müəyyənləşdirilərsə, uşaq audiologistə və ya otolarinqoloqa yönləndiriləcək.
  • Tələffüs qiymətləndirməsi – Pataloq uşağın səsləri və ya hecaları sözlərdən atmasını müəyyənləşdirmək üçün testlər aparacaq. Məsələn, əgər uşaq “dost” sözünü tələffüs etməyə cəhd edir, amma “dos” deyirsə, tələffüsdə problem vardır. Pataloq həm də uşağın tələffüsündə “s” və “r” kimi tələffüs edilə bilməyən samitlər axtaracaq.
  • Nitq və səlislik qiymətləndirmələri – But testlər uşağın səlisliyini və ifadələri planlaşdırılmamış formada cavablandırmasını ölçür.
  • İdraki qiymətləndirmələr – Pataloq beyinin danışıq mərkəzlərinə hansı idrak və inkişaf məsələlərinin təsir etməsini müəyyənləşdirəcək.
  • Pataloq müayinəni tamalayan kimi, uşağın mübarizə apardığı problemlərin hamısını əhatə edən müalicə planı hazırlayacaq.

Danışıq pataloqlarının danışıq və ünsiyyət pozğunluqlarını müalicə etmək üçün istifadə etdikləri bir neçə metod vardır:

  • Tələffüs terapiyası – bəzən ağızı və dili fiziki şəkildə idarə etməklə uşağın uyğun səsləri necə çıxarmsını göstərir.
  • Üfürmə məşqləri – danışıq müddətində uşağın nəfəs almasına kömək edir.
  • Təlimlər – sürətli ardıcılqla sait və samit səslərin və ya sözlərin tələffüs edilməsi ilə problemli səsləri kökləyir.
  • Nitq və söz əlaqələndirməsi – uşağın sözləri düzgün şəkildə tələffüs etməsini və anlamasını öyrənə bilməsi üçün söz xəzinəsini genişləndirməsinə kömək etmək məqsədi ilə şəkillərdən, obyektlərdən və kitablardan istifadə edir. Çox vaxt, pataloq uşağa obyektləri istifadə etdirir və ya onlarla oynamasını təmin edir ki, uşaq söz və onun mənası arasında əlaqə qura bilir.
  • Dill məşqləri – xüsusi səslər üçün tələb olunan dilin uyğun vəziyyətini öyrədir və dili gücləndirir.
  • Çənə məşqləri – uyğun danışıq, qida çeynəməsi və mayeni təhlükəsiz şəkildə içmə qabiliyyətini dəstəkləmək üçün çənəni gücləndirir.
  • Nəfəs məşqləri – nəfəssizliyi minimallaşdırmaq və nizamlı danışığı inkişaf etdirə bilmək üçün uşağın nəfəs almsını tənzimləyir.

Nitqi olmayan uşaqlara başqaları ilə ünsiyyət qurmaq üçün çox vaxt işarə dili və ya əl hərəkətləri ilə danışmaq öyrədilir. Texnologiyadakı irəliləyişlər və bəzi köhnə vasitələr uşaqlardakı qabiliyyət çatışmamazlığını əvəzlədiyi üçün xüsusi olaraq bəyənilir.

Pataloqun istifadə edə biləcəyi əldə düzəltmə alətlər bunlardır:

  • Silinəbilən lövhələr
  • Uşağın işarə edə biləcəyi təsvir lövhələri və kitablar
  • Fikirləri ifadə etmək üçün söz kartları
  • Daha mürəkkəb məsajları çatdırmaq üçün böyük yazı lövhələri

Köməkçi texnalogiyalar bunlardır:

  • Ünsiyyət qurmaq üçün simvollardan istifadə edən alternativ ünsiyyət sistemləri
  • Sadə məsajları yazmaq üçün istifadə edilən kompüterlər
  • Məsajlarla əvvəlcədən proqramlaşdırılmış kompüterlər
  • Səs sintezatorları
  • Bəzən joystikli və ya infraqırmızı göstəricili olan, təsvirləri və ya sözləri işarə etməyə yaxud tutacağı sıxmağa imkan verən Proqram təminatı

Danışıq və nitq terapiyası üçün siz haraya gedirsiniz?

Uşağın qəbul edəcəyi terapiya yeri əsasən onun yaşından, tibbi vəziyyətindən və onun yaş qrupuna xidmətlərin mümkünlüyündən asılıdır. Uşaqlar xidmətləri qrup formasında və ya fərdi qəbul edə bilər.

Bundan əlavə, uşaq danışıq terapiyasını öz evində peşəkar pataloq tərəfindən qəbul edə bilər. Çox hallarda uşağın valideyininə və ya baxıcısına xüsusi müalicə planının bir hissəsi kimi evdə məşğul olmaq üçün dərslər və məşqlər verilir. Danışıq və ünsiyyət çətinlikləri olan Serebral İflicli uşaq üçün ən məsləhətli üsul uşağın professional terapiya qəbul etməsi və həm də bacarıqlarını təkmilləşdirməsi üçün evdə praktika etməsidir.

Uşağın danışıq terapiyası xidmətlərini qəbul edə biləcəyi bəzi yerlər bunlardır:

  • Kliniki praktika mərkəzləri
  • İctimai sağlamlıq mərkəzləri
  • Xəstəxanalar
  • Rehabilitasiya mərkəzləri
  • İctimai məktəblər
  • Baxım evləri
  • Dövlət sağlamlıq departamentləri

Danışıq və Nitq terapiyasını yerinə yetirənlər kimlərdir?

Danışıq və nitq pataloqları istənilən yaşdakı şəxslərin məhdud ünsiyyət bacarıqlarını bərpa edə bilən təlimli, sertifikatlı peşəkarlardır.

Pataloq danışığa və ünsiyyətə aid olan problemlərə diaqnoz qoyur, onları müşahidə və müalicə edir. Pataloq həmin problemlərin təbiətcə doğuşdan gələn, sonradan yaranan və ya inkişafa meyilli olub olmadığını müəyyənləşdirir. Pataloqlar effektiv bir müalicə planı hazırlamaq üçün uşaqların həkimləri, fizioterapistləri, peşə terapistləri, pisxaloqları və sosial xidmət mütəxəssisləri ilə əməkdaşlıq edirlər.

Danışıq və nitq terapiyası ilə əlaqəli hər hansı risk və ya əhəmiyyətlilik varmı?

Əgər uşağın danışıq və nitq terapiyası ehtiyacı təmin edilmirsə, onun üçün bir çox risklər mövcuddur.

Bunlar ondan ibarətdir ki, əgər uşaq başqaları ilə ünsiyyət qurmağı bacarmırsa cəmiyyətdən təcrid olunacaqdır. Əgər danışıq terapiyası uşağın müalicə planından silinirsə, bu onun sosial, fiziki, elmi, pisixaloji inkişafına əngəl ola bilər.
Bundan əlavə, danışıq terapiyası həm də yemə, içmə və digər əhəmiyyətli funksiyaları idarə edən ağız, boğaz, çənə əzələlərini məşq etdirir. Hansı ki, bu funksiyalar uşağa və onun baxıcılarına uşaq qidanı udarkən, mayeni sorarkən və ya udma zamanı nəfəsalmanı əngəlləyərkən, tıxanma və nəfəs kəsilməsi kimi ölümcül problemlərdən yayınmaq üçün kömək edir.

 

Ədəbiyyat:

www.cerebralpalsy.org  

Oxunub 1749 dəfə

Şərhinizi yazın

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr