Xüsusi qayğiya ehtiyaci olan uşaqların sosial bacarıqlara yiyələnməsi nə üçün lazımdır

Biliyimiz kimi insan sosial varlıqdır. Onu qeyd edim ki, hər uşağın öyrənməsi fərqlidir. Müəllimin uşağa öyrətdiklərinin qalıcı olması üçün valideyn bütün məşğələləri evdə davam etdirməlidir. Məsələn: ayaqqabı geyinib-soyunmaq. Evdə çox zaman ananın uşağa yazığı gəlir, ya da ki öz işini asanlaşdırır vən özü onun işini edir. Amma bunu işi uşağa etdirərsə bir müddət sonra uşaq heç kəsdən asılı olmadan bunu edəcək. Birinci növbədə valideyn uşağının problemini qəbul etməlidir, onları öz normal yaşıdları ilə müqayisə etməməlidir, bu ancaq valideynlərin yaralarını təzələyə bilər. Bu cür uşaqları sosial mühitdən uzaqlaşdırmaq olmaz. Bəzən küçədə, avtobusda onların fərqliliyini hiss edənlərin qəribə baxışları valideynləri cox narahat edir. Bəzi valideynlər uşaqlarının qohum, tanışların tərəfindən qəbul edilməyəcəyini düşünüb, sosial ortamlara girmirlər və dostları ilə əlaqəni kəsirlər.Əgər doğrudan belə dostlarınız varsa, onlarla əlaqəni kəsin, amma siz belə düşünürsüzsə bilin ki, insanlıq hisslərini itirməmiş biri belə uşaqdan narahat olmaz.

Bu cür uşaqların öyrənmə müddəti milyonlarca pillələri olan pilləkən kimidir. Bəzən bir pilləni bir saata çıxa bilərkən, bəzən isə bir pilləni bir aya da çıxa bilmirsən. Uşağın özünün-özünə bəs etməsi üçün başqalarına ehtiyac duymaması, öz ayaqları üstündə durması üçün birinci növbədə ona özünə qulluq öyrədilməlidir.Vacib olan doğru zamanda doğru metodla işə başlamaqdır. Bu cür uşaqlar başqalarına ehtiyac duymadan yemək yeyər, əl-üzünü yuyar, paltarını geyər, tualet vərdişlərini edərlərsə, ailə üzərində yük də azalar. Belə valideynlər də sosial münasibətlərini artırar, dostlarına, qohumlarına daha tez–tez gedib gələr. Çünki altını isladan, yeməyini üstünə, ətrafa dağıdan uşağı heç kim rahatlıqla evində istəməz. Öz yeməyini yeyən, əynini geyən, yerini yığışdıran uşağın özünə inamı da artar. Bu da sosial münasibətlərə, ruh sağlığına müsbət təsir göstərir. 

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr