Davraniş bizim xarici görkəm fonundakı hərəkətimiz deməkdir. Çox zaman davraniş pozuntusu ile autizm sindromunu dəyişik salırlar. Davraniş pozuntusu əsasən oğlan uşaqlarında rast gəlinir. Davraniş pozuntusu zamanı diqqetsizlik, aqressivlik, plastiklik, daim inkarlıq, qidalanmada mehdudluq, streotiplik daimsizlik, daim özünü göstərmək kimi xüsusiyyətlər özünü göstərir.
Davraniş pozuntusu nitqədə öz təsirini göstərir. Beləki davraniş pozuntusu uşağın digər uşaqlarla oynamasına mənfi təsir göstərir. Uşaqlardan və insanlardan, ünsiyyətdən qaçırlar. Bu zaman isə nitq arxa plana keçir. Lüğət ehtiyatı minimum dərəcəyə enir. Davraniş pozuntusunu aradan qaldırmaq üçün mütləq uşaq psixiatoruna muraciət etmək lazımdır. Sonra psixoloq və defektoloq ilə meşğələlərə başlamaq olar. Mütləq daimi olaraq uşaq psixiatorunun nəzarəti altında olmalıdırlar. Əbəttəki məşğələlər yoğun ve çox zaman"muharibəyə" bənzəyəcək. Bu prosess muveqqetidir. Çünki onların bir yerdə oturub məşğələyə diqqətlə qulaq asmağı ilkin olaraq mümkün deyil. Amma effekt özünü çox gözlətməyəcək. Valideyinlər meşgələlər zamanı aktiv olmalı, verilən tapşırıqları mütləq evdə təkrar etməlidirlər. Davraniş pozuntusunu aradan qaldırmaq üçun mutləq erkən müdaxile vacib sayılır. Həmçinin bu tip uşaqları onların maraq dairəsinə yaxın olan sahəyə qoymaq lazımdır. Çünki onlar öz enerjisini düzgün sərf etməlidirlər.