Uşaq serebral iflici termini ilk dəfə 1893-cü ildə psixoanalitik Ziqmund Freyd tərəfindən təklif edilmişdir. Uşaq serebral iflicinin səbəbləri haqqında hələ viktorian dövrdə* (Viktorian dövr (1837—1901) — Böyük Britaniyanın və İrlandiyanın kraliçası, Hindistanın imperiatriçası Viktoriyanın hakimiyyətdə olduğu və ölkənin hərtərəfli inkişafı dövrü) 2 əsas nəzəriyyə mövcud idi. Ziqmund Freyd tərəfindən təklif edilmiş nəzəriyyəyə görə uşaqda beynin zədələnməsi bətndaxili dövrdə baş verir. Digər alim – Uilyam Littl isə israr edirdi ki, zədələnmə doğuş prosesində baş verir və serebral iflic doğuş zamanı uşağın beynində oksigenin çatışmamazlığının nəticəsi olur. Serebral iflic beynin ayrı-ayrı dövurlərdə (bətnda daxili dövrdə,doğuş zamanı və uşaq doğulduqdan sonra) və müxtəlif səbəblərdən aldığı zədə nəticəsində baş verən, uşağın hərəkətinə və bədən vəziyyətinə təsir göstərən beyin iflicidir. 1970-1980-cı illərdə bir qədər azalma qeyd olunsa da, hal-hazırda çoxalmaya tendensiya müşahidə olunur: 1000 yeni doğulmuş uşaqdan 2-5-də serebral iflic aşkarlanır.
Serebral ifliclin yaranma səbəbləri:
- Hamiləlik dövründə
- Döğuş zamanı
- Doğuşdan sonra
Serebral iflicin üç növü var:
- -Spastik
- -Atetoz
- -Ataksiya və ya zəif balans
Serebral iflicli uşaqlarda nitq qüsurları olur. Rast gəlinən nitq qüsurları bunlardır:
- Dizarteriya
- Alaliya
- Kəkələmə və s.
Bu uşaqların nitqlərinə müdaxilə edən zaman mütləq kiçik matorikanın inkişafınada üstünlük vermək lazımdır. Loqopedik masaj, artikulyar gimnastikalar və nəfəs aktı gimnastikalarıda loqopedik işin əsasıdır. Serebral iflicli uşaqların nitqlərinə vaxtında və düzgün müdaxilə edilərsə onlar danışa bilərlər.