Yastıpəncəlik nədir? Yastıpəncəliyin mənfi təsirləri

El arasında “əyri pəncə” , “düz daban”, “əyri ayaq” və s. kimi deyilən sözlər əslində yastıpəncəlikdir. Yəni, ayağın iç tərəfdən yerə yapışmamalı olduğu hissəsinin (qövsün) yerə toxunmasıdır. Bu zaman topuq oynaqları da içəri doğru (valqus) əyilir. Uşaq yeriyən zaman ayaq altında və üstündə, topuq oynağında ağrılar olur. Tədricən uşağın yaşı artdıqca yeriş zamanı yastıpəncəlik səbəbindən amortizasiya itir və bu zaman bədənin çəkisinin təzyiqi onurğa sütununa düşür. Uşaqlarda kürək əzələləri zəif olduğu üçün onurğa sütunu gələcəkdə əyilə bilər.

Bədənin çəkisini ayaqda saxlayan və hərəkət etdirən ayağın topuq oynağı və onun döşəməyə toxunan hissəsidir və bədənin bütün ağırlığı da məhs bu hissəyə düşür. Ayağın bu hissəsində əzələlər zəif olduqda sümük və oynaqlarda müxtəlif əyilmələr olur. Bu əyilmələrə misal olaraq yastıpəncə, topuq oynağı valqusu (içəri əyilmə) və s. bu kimi problemləri göstərmək olar.

Bütün bunların olmaması üçün uşaqlar hələ kiçik yaşlarından müxtəlif səthlər üzərində (yarpaq, qum, ot, xırda daş, torpaq, noxud və s.) ayağı yalın addımlamalı, yeriməlidir ki, ayaq əzələləri inkişaf edib sümük və oynaqları düzgün formalaşdırsın.Valideynlər uşaqları üçün ayaqqabı alan zaman da çox diqqətli olmalıdırlar. Ayaqqabının daban tərəfdən arxası sərt və qapalı olmalıdır. Ayaqqabının içi isə düz olmalı deyil, orta hissəsi qabarıq olmalıdır. Valideynlər uşaqları üçün standartlara cavab verən ayaqqabılar almalıdırlar ki, uşaqları ayaq problemləri ilə üzləşməsinlər. Əlavə olaraq ayaq əzələlərinin möhkəmlənməsi və ayaq əyilmələrinin aradan qalxması üçün xüsusi kompleks idman hərəkətləri də var. Bunlardan bir neçəsinə ev şəraitində nümunə olaraq nəzər yetirək:

  • Pəncə üzərində 1 dəqiqə yeriş 4yanaşma;
  • Ayaqlar çiyin bərabərliyində, dabanları qaldıraraq pəncə üzərinə qalxıb-enmə 10 dəfə 4 yanaşma;
  • Döşəmədə xalça üstündə ayaqların yan hissəsi üzərində yeriş 1 dəqiqə 4 yanaşma.

Bu idman hərəkətlərinin icrasının düzgünlüyü əsas şərtdir. Uşaqlara müsbət  təsirinin dərəcəsi, artıq anatomik quruluşdan asılıdır.

 

NİTQ İNKİŞAF MƏRKƏZİ’nin müalicəvi bədən tərbiyəsi mütəxəssisi NATİQ KAMİLOV

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr