
Uşaqların təhsil hüququnu kimlər əlindən alır?!
Xüsusi təhsil məktəblərində oxuyan uşaqlar – istər məktəbdə, istər evdə təhsildə olsunlar – bu gün sistemin içində əzilir, hüquqları əllərindən alınır. “Təhsilə yararsız” diaqnozu ilə məktəblərdən çıxarılan uşaqlar var! Bu, nə vicdana, nə qanuna, nə də insanlığa sığar!
Dərəcəsindən asılı olmayaraq, əqli inkişaf geriliyi olan hər bir uşağın da təhsil almaq hüququ var. Bəli, bu onların KONSTİTUSİYA hüququdur! Bəs bu hüququ kimlər tapdalayır? Həkimlər! Uşaq psixiatrları, komissiyalar, xəstəxanalar – sanki təhsil almaq istəyən bir valideyn Harvard Universitetinə sənəd verir!
Bir valideyn övladını məktəbə yazdırmaq üçün əvvəl uşaq psixiyatrına, sonra iki nömrəli xəstəxanəyə, daha sonra isə psixopedoqoji komissiyaya üz tutmalı olur. Bu qədər bürokratiya hansı məntiqlə izah olunur? Bu qədər çətinlik niyə? Sadəcə bir uşaq məktəbə getsin deyə?
Niyə bir uşağın təhsili bir neçə həkimin qələminə bağlanıb? Nə vaxtdan həkimlər uşağın oxuyub-oxumamasına qərar verir? Bu qədər təhqiredici bir sistem ola bilərmi?
Valideynlər uşaqlarını təhsildən kənar qoymamaq üçün yalancı kağızlara möhtac qalır. Bəs bu “xüsusi qayğı”dırmı? Bu, sadəcə uşaqları sistemdən uzaqlaşdırmaq və məsuliyyəti üstlərindən atmaqdır! Dövlət büdcəsini qorumaq üçün təhsildən uşaq qovmaq, onları “təhsilə yararsız” damğasıyla kənara atmaq heç bir qanunda yazılmayıb! Amma bu gün bu, reallıqdır! Uşaqların hüquqları ilə oynamayın! Hər bir uşaq – sağlam və ya xüsusi qayğıya ehtiyacı olan – oxumaq, inkişaf etmək, cəmiyyətə qatılmaq haqqına sahibdir!
Əlimizi vicdanımıza qoyaq – bu haqsızlığın SONU GƏLMƏLİDİR! @saidabekirqizi_official , @ayten.safarova bəlkə sizlər işıqlandırasınlz
📢 Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinə müraciətimizdir:
Xahiş edirik, bu məsələni ciddi şəkildə gündəmə gətirəsiniz. Yalnız valideynlərin deyil, illərlə bu uşaqlarla çalışan müəllimlərin də səsini eşidin. Bu özbaşınalıq sona çatmalıdır. Biz sizdən bu ailələrin və müəllimlərin xahişlərini, çağırışlarını nəzərə almağınızı rica edirik. @elm_ve_tehsil_ @sehiyyegovaz
Çünki bu yalnız təhsil məsələsi deyil – bu vicdan məsələsidir!